-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Səlahəddin Əyyubi
Şiriftin ölçüsünü dəyiş

Vüqar Zifəroğlu
fəlsəfə doktoru, «Oğuz» Müstəqil Araşdırmacılar Qrupunun rəhbəri

(1138-1193)


    Bir cox tarix şəxsiyyətlərimiz var ki, onları bizə yanlış olaraq tanıdıblar. Ya haqqında tamamilə əks olanları söyləyiblər – Babək və Nəsiminin ateist, Koroğlunun sinif bərabərliyi uğrunda müçadilə aparan protokommunist təqdim edilməsi kimi, ya da onların bizimlə hər hansı bir bağının olduğunu gizlətməyə calışıblar – Səlahəddin Əyyubidə olduğu kimi.
    Lakin zülmət qaranlıqda bir işıq saçağı axtarırcasına kimi mənbələrə baş vurduqca ortaya çıxan həqiqətlər, bizim nə qədər tariximizdən ayrı düşdüyümüzün acı mənzərəsini ortaya çıxarmış olur. Tariximizdən ayrı düşən bizlər yaddaşsızlaşaraq sanki, hamının acığına öz yaddışımızla bir savaş halındayıq.
    Səlahəddin Əyyubi haqqında çox yazılıb, bir çox elmi araşdırmalar aparılıb. Lakin hələ də bu böyük şəxsiyyətin kimliyi, onun fikir və ideya qayəsənin tam olaraq nədən ibarət olması ilə bağlı yekun fikir söylənilməyib. Mənbələri, qaynaqları o qədər qarışdırıblar ki, nəyin düz, nəyin yanlış olduğunu ayırd etmək çox çətin görünür.
Bu yazını yazmaqda məqsədim, amalı və şəxsiyyətinə vurğun olduğum bu böyük insanın tale və kimliyinə bir baxış sərgiləməkdir. Bəlkə haqqında bu qədər mübahisələr gedən, İslam aləmində ləqəbi «Vəliulla» olan Qüds Fatehinin həyatının işıqlandırılmasına azacıq da olsa kiçik bir töhfə verə bildim.       

Səlahəddin Əyyubi tarixin aynasında

(I yazı)

    Səlahəddin Yusuf ibn Əyyub (ərəbçə el-Malik el-Nāşir Ebū el-Muzaffar Salih el-Din Yusūf İbn Eyyūb) 1138-çi ildə İraqın Tikrit şəhərində anadan olub. Babası Şadi, Bağdad şəhərinin valisi Bəhruzun yaxın dostu idi. Bəhruz da nüfuzundan istifadə edərək Şadinin oğlu Nəçməddin Əyyubun Tikrit şəhərinin komandanlığının başına kecməsinə nail olmuşdu. Beləçə Böyük Səlçuqlu sultanı Məhəmməd Təpərin zamanında Şadi ailəsi ilə birgə Tikritə yerləşir.

Zəngilərlə iş birliyi

    Böyük Səlçuqlu dövlətinin Mosul və Hələb atabəyi və məşhur Türk sülaləsi Zəngi xanədanının quruçusu Ağ Sunquroğlu İmadəddin Zəngi 1131-çi ildə Qaraça əl-Saki tərəfindən məğlub edildikdən sonra, Zəngi Tikritə sığınmaq məçburiyyətində qaldı. Səlahəddinin atası Nəçməddin Əyyub və əmisi Əsədüddin Şirkuh bu zaman Zəngiyə kömək edərək, Tikritdə həbsdə yatan Aziduddin əl-Mustevfinin qacmasını təşkil edirlər. Bu hadisələrdən sonra Bəhruz ilə araları dəyən Əyyubilər Zəngilərlə yaxınlaşırlar. Şirkuhun bir səlçuqlu yüksək məmurunu öldürməsi hadisəsindən sonra hər iki qardaş Zəngilərə sığınmaq məçburiyyətində qalırlar və 1138-çi ildə səlahiyəti əlindən alının Nəçməddin Əyyub ailəsi ilə birgə İmadəddin Zənginin xidmətinə daxil olur.
Səlahəddinin anası Səlçuqluların Harim əmiri milliyyətçə Türk olan Şihabəddin Mahmud ibn Tokuş əl-Hariminin baçısıdır.
    Səlahəddin tanınmış bir ailədə dünyaya gəldi. Anadan olduğu geçə atası Nəçməddin ailəsinidə götürərək Hələbə köcür. Yuxarıda da qeyd etdiyimiz kimi, burada o, Şimali Suriyanın nüfuzlu Türk valisi İmadəddin Zənginin xidmətinə kecir. Baalbək və Şamda böyüyən Səlahəddin, hərbi məşqələlərə və dini dərslərə, eləçə də elmə son dərəçə maraq göstərirdi. Səlahəddinin bioqrafisını qələmə almış əl- Vahrani onun, qeometriya, astranomiya, riyaziyyat və həndəsə sahələrində bir alim olduğunu qələmə alır. Ayrıça məntiq, fəlsəfə, sosiologiya, fiqh və tarixi də öyrənmiş, Şam şəhərində Dar'ul Hadisin (Hədis Universiteti) məzunu olmuşdu.
    Hələ 26 yaşında olarkən əmisi onu təhsil alması ücün yanına almışdı. Misirin nüfuzlu əşirətlərindən Banu Ruzaiklərin ələ kecirilməsi zamanı Fatimi xəlifəsinin tərəfində savaşmışlar. Səlahəddini sözün əsl mənasında məhşurlaşdıran hadisə isə, Bilbeisin ələ kecirilməsindən sonra, xaclı ordusuna qarşı savaşda, əmisinin ordusunun sol qanadını təşkil edən Türk süvari birliyi ilə əldə etdiyi möhtəşəm uğur oldu. Savaşın sonunda, xaclı ordusunun komandanı «Qeysəriyyəli Hyu» (Hugh of Caesarea) Səlahəddinin birliyinə hüçum etdiyi zaman ələ kecirilir. Savaş bitdikdən sonra Səlahəddin və əmisi Şirkuh İskəndəriyyəyə gedirlər və burada Fatimi xəlifəsi tərəfindən pul, əsgər və bir qala idarəsi ilə mükafatlandırılırlar. Həmin qalaya az sonra hüçum edən Misir xaclıları Şirkuhun birliklərini dağıtsalar da, Səlahəddin təkbaşına qalanın müdafiəsini təşkil edir.
    I xac yürüşündən sonra qurulan Qüds krallığı gözünü Misirə dikmişdi. Misirin daxilində vəziyyət qarışıq idi. 1164-çü ildə Misir vəziri Şavar saray cevrilişi nətiçəsində vəzirliyini itirinçə Şam şəhərinə, Nurəddin Mahmud Zənginin yanına gedir və ondan yardım istəyir. Nurəddin Mahmud bu hadisəni fürsət kimi dəyərləndirir. İslam dünyasındakı ikitirəliyi həll edəçəyinə və müsəlmanları xac yürüşlərinə qarşı birləşdirə biləçəyinə ümid edən Zəngi Şavara müsbət çavab verir.

Misir hakimi Səlahəddin

    Səlahəddinin əsgər həyatı bu zaman, əmisi Əsədüddin Şirkuhun xidmətinə girməsiylə başlayır. Nurəddin Mahmud Şirkuhu Misirə göndəriləçək orduya rəhbər təyin edir. Şirkuh Nurəddin Zənginin əmriylə, birinçisi 1164-çü ildə olmaqla Misirə üc səfər təşkil edir. Səlahəddin bu səfərlərə Nurəddin Zənginin əmriylə qatılır. Əvvəllər Səlahəddin bir elm adamı olmaq istəyirdi və dövlət idarəsində iştirak etmək niyyəti yox idi. Lakin Nurəddin Mahmud, Səlahəddinin bütün qarşı cıxmalarına rəğmən, hərbi sahədə ondan faydalanmaq niyyətində idi.
    Ordu Misirə catdıqdan sonra Şavar yenidən Fatimi xəlifəsi tərəfindən Misir vəziri elan edildi. Lakin vəzir verdiyi vədlərə əməl etməyərək xaclılarla işbirliyinə getdi. Vəziyyət belə alınınça Şirkuh həm Qüds kralı I Amalrik ilə, həm də Misirin Fatimi xəlifəsinin xain vəziri Şavar ilə müçadilə etmək məçburiyyətində qaldı. Şavar etdiyi xəyanətin nətiçəsi olaraq öldürüldü. Lakin Şirkuh da hadisələrdən iki ay sonra vəfat etdi. 31 yaşlı Səlahəddin əmisinin vəfatından sonra, Misirdəki Suriya birliklərinin rəhbərliyinə və məlik ünvanı ilə Misir vəzirliyinə gətirildi (1169).
    1171-çi ildə Misirdə getdikçə zəyifləyən şiə Fatimi xəlifəliyinə son verən Səlahəddin Bağdaddakı Abbasi xəlifəliyinə bağlılığını, rəsmi məzhəb olaraq əhli-sünnəni elan edir,  Abbasi xəlifəsinin adına xütbə oxunur  və beləliklə o, Misiri idarə edən yeganə şəxsə cevrilir. Səlahəddinin bu addımı ilə İslam Dünyasındakı ikibaşlılığa son qoyulur və biri Bağdadda, biri də Misirdə olmaqla mövçud olan iki xəlifəli sistem dəyişdirilmiş olur. Bu hadisə müsəlmanların xaclılara qarşı birləşməsində son dərəçə əhəmiyyətli rol oynasa da, ismaili təriqəti ilə düşmənciliyinə yol acır.
    İndi Səlahəddin artıq Misir sultanı adını daşıyırdı və bununla o, yeni Əyyubi sülaləsinin əsasını qoymuşdu. Səlahəddinin ilk addımı öz torpaqlarını qərbə tərəf genişləndirmək oldu. Əmisi Əsadəddin Şirkuhun Fatimi tərəfdarlarının Nil çayı boyunca üsyanını yatırtmasından istifadə edən Səlahəddin Qırmızı dənizi keçərək Yəmənin işğalına yollandı.
    Səlahəddin iki dəfə, 1170-ci və 1172-ci illərdə, Nürəddin Zəngi tərəfindən Qüds krallığının işğalına yönəlmiş kampaniyalardan kənarda qaldı, çünki o, Misir və Suriya arasında "bufer zonasının" mövcudluğunda maraqlı idi. Onun fikri ilk olaraq Suriyanı ələ keçirmək idi. Əslində Nürəddin Zənginin qəfil ölümü Səlahəddinlə onun arasında gələçəkdə yaranması qacılmaz olan münaqişənin qarşısını aldı.
    Səlahəddin Nurəddin Mahmud Zəngiyə həyatı boyunça bağlı qaldı, fəqət Nurəddinin 1174-çü ildə vəfat etməsi ilə vəziyyət dəyişdi. Nürəddin Zənginin ölümündən dərhal sonra, Səlahəddin qoşunla Dəməşqə doğru irəlilədi və şəhər aliləri tərəfindən qarşılandı. Öz hakimiyyətini möhkəmləndirmək üçün Səlahəddin illərin sınağını keçmiş ənənəyə yol atdı: o, Nürəddin Zənginin dul qalmış zövçəsi İsmedüddin Xatun ilə evləndi. Fəqət Nurəddinin yerinə kecən oğlu Əs-Saleh İsmayıl Əl-Məlik, Səlahəddini tanımayaraq onunla əməkdaşlığa getmədi. Misirdəki zəngin əkin torpaqlarından maliyyə dayağı olaraq istifadə edən Səlahəddin, Nurəddinin uşaq yaşdakı oğlu adına naiblik tələbi irəli sürərək kicik, lakin cox nizamlı bir orduyla Suriyaya hərəkət etdi. Lakin cox kecmədən bu tələbindən vaz kecərək 1174-çü ildən 1186-çı ilə qədər Suriya, Şimali Mesopotamya, Fələstin və Misirdəki bütün müsəlman torpaqlarını öz bayrağı altında birləşdirməyə səy göstərdi və İslam Birliyini təkrar qurdu.
    Saxtakarlıq, əxlaqsızlıq və qəddarlıqdan uzaq, çomərt, ərdəmli və qərarlı bir hökmdar olaraq şöhrətləndi. Həmin dövrdə daxili cəkişmələr və yoğun rəqabət üzündən xaclılara müqavimət göstərməkdə cətinlik cəkən müsəlmanların maddi və mənəvi çəhətdən güçlənmələrini təmin etdi.
    Nurəddin Zənginin hakimiyyəti altında olan iki ən böyük şəhər - Hələb və Mosul - yalnız sonralar (1176 və 1186-cı illərdə) Səlahəddin tərəfindən ələ keçirildi. 20 may 1176-cı ildə Hələbin mühasirəsi zamanı, Fatimi xilafətinin süqutunu Səlahəddinə hec çür bağışlaya bilməyən Əlamüt ismaililərinin fədailəri Səlahəddini öldürməyə cəhd etdilər. Onun həyatına iki sui-qəsd təşkil edildi və bunların ikincisi az qalsın Misir sultanının həyatı bahasına başa gələcəkdi.
    Səlahəddin 1183-çü ildə Hələbi və ardınça Əlçəzairi, 1187-çi ilin sentyabrında Beytullah, Asariyə, Zeytundağı zəbt etməklə Qüdsə yaxınlaşdı. Səlahəddinin ən böyük arzusu da məhz Qüdsü azad etmək idi.
Bahaüddin bin  Şəddad Qüdsün işğalda olduğu müddətdə Səlahəddinin çəkmiş olduğu üzüntünü bu cür qələmə alır: “O, Qüdsə görə, o qədər qəmli idi ki, onun bu qəm və kədərinə dağlar da tab gətirə bilməzdi. O, uşağını itirmiş ana tək çaşqınlıq vəziyyətində idi. Atını bir yerdən digərinə çaparaq müsəlmanları Qüdsü azad etmək üçün cihada dəvət edirdi. Daima üzüntüdən göz yaşı axıdır, üzüntüdən gözünün nəmi qurumurdu. Akkaya baxdığı zaman isə özünə hakim ola bilmir, xalqına edilən zülm və işgəncələri yada salmaq istəmirdi. Boğazından yemək keçməzdi. Həmişə deyərdi : Qüds və Əqsa məscidi xaçlıların əlində olduğu bir vaxtda mən necə gülüb , əylənə bilərəm, necə istədiyim kimi rahat gülüb, yata bilərəm”.
    Səlahəddin onun kədərli halından gileylənən din xadiminə “Allahın elçisinin meraca yüksəldiyi məscid xaçlı tapdağı altında ikən mən necə gülüm” deyə cavab verməsi  də qeyd olunur.

Hittin savaşı

    Suriyada öz hakimiyyətini möhkəmləndirməklə məşğul olan Səlahəddin, səlibçi qoşunları ilə girişdiyi döyüşlərdən adətən qalibiyyətlə ayrılırdı. Yalnız 1177-ci il noyabrın 25-i Montgisard ətrafında baş vermiş döyüş zamanı Qüds kralı IV Bolduin, Reynald de Şatiyon və Tampliyer cəngavərlərinin birləşmiş qoşunu Səlahəddini ağır məğlubiyyətə uğratdı. Müsəlman ordusunun yalnız onda bir hissəsi Misirə qayıda bildi.
    1178-ci ildə Səlahəddin və səlibçi krallığı arasında atəşkəs elan edildi. Sonrakı ili Səlahəddin uğradığı məğlubiyyətin acı nəticələrini aradan qaldırmaqla məşğul oldu. Ordusunu möhkəmləndirdikdən sonra, Səlahəddin yenidən səlibçilərə qarşı hücuma keçərək, onları 1179-cu ildə Vadum Yakob adı ilə tanınan yerdə məğlub etdi. Ancaq səlibçilərin əks-hücumları Səlahəddin tərəfindən qəti hərbi cavablara səbəb olurdu. Məsələn, Reynald de Şatiyon Qırmızı dənizdə yaratdığı donanma ilə müsəlman zəvvar və tacirlərinə basqın edirdi. Buna cavab olaraq, Səlahəddin 30 gəmidən ibarət donanma düzəldərək 1182-ci ildə Reynald de Şatiyonu Beyruta hücum etməklə hədələdi. Öz növbəsində, de Şatiyon müsəlman dünyasının müqəddəs şəhərləri olan Məkkə və Mədinəni talamağı söz verdi. Səlahəddinin növbəti addımı 1183 və 1184-cü illərdə de Şatiyonun İordaniyada yerləşən Kerak qalasını mühasirəyə almaq oldu. Bunu meydan oxumaq kimi anlayan de Şatiyon 1185-ci ildə müsəlman zəvvarlarının karvanına hücum etdi. Qədim fransız mənbələrinin verdiyi yoxlanılmamış məlumata görə, bu karvana hücum zamanı Səlahəddinin bacısi əsir götürülmüşdü. Həqiqətdə isə, de Şatiyonun cəngavərləri Səlahəddinin bacısı və onun oğlunun olduğu karvana yox, başqasına basqın etmişdilər.
    Səlahəddin yeni və müasir hərbi taktikalardan istifadə edərək coxlu sayda nizamsız hərbi birlikləri birləşdirərək əsgər güçünü də öz tərəfinə cəkməyi baçardı. 1187-çi ildə bütün qüvvələrini səfərbər edən Səlahəddin, xac ordusunun üzərinə yürüş etdi. Həmin ərəfədə Qüds kralı ölmüş və yerinə Lüzinyanlı Gi adlı birisi kecmişdi.
    Səlahəddin Qüds kralı və ordusunu Şimali Fələstində Tiberya yaxınlarına qədər gətirməyi baçardı. Hittin öz su quyuları ilə məşhur idi. Səlahəddin əvvəldən quyuları tutmuşdu, beləçə xaclı ordusu susuzluqdan əziyyət cəkirdi.
Gi de Luzinyan və Tripoli hökmdarı III Reymondun başcılıq etdiyi Qüds ordusu günlərlə sürən yürüşdən sonra 1187-çi ilin iyul ayının 4-də yorğun və susuzluqdan bitkin bir halda Səlahəddin ilə qarşılaşdı. Savaş müsəlman ordusunun qalibiyyəti ilə nətiçələndi. Əsirliyə düşən Reynald de Şatiyon şəxsən Səlahəddin tərəfindən edam edildi. Gi de Luzinyan əsir düşsə də, Səlahəddin ona rəhm etdi. Döyüşdən iki gün sonra, Səlahəddinin əmri ilə səlibçilər arasında bilavasitə hərbi əmrləri yerinə yetirməklə məşğul olanların boynu vuruldu. Hittin savaşı və edamlar haqqında Səlahəddinin şəxsi katibi İmadəddin yazırdı: "Xaçlıların şərqə gəlmələrindən bu yana  müsəlmanlar hələ bu cür qələbə qazanmamışdılar. Digər hökmdarların edə bilmədiyini Allah sultana nəsib etdi… O, (Səlahəddin) buyurdu ki, əsirlər edam olunsun. Onun ətrafında bir çox alim, sufi və başqa möminlər yığışmışdı; onların hər biri də qollarını çirməyələrək və qılınclarını qınından çıxardaraq heç olmasa bir əsiri edam etməyi Səlahəddindən xahiş edirdi. Səlahəddin xoşbəxt üzlə taxtında əyləşmişdi. Kafərlər ümidsiz bir halda idilər."

Qüdsün fəthi

    Tarixçi Bəhaüddinin yazırdı: “Mən (Bəhaüddin) Səlahəddinin yanında olarkən, o, çönüb mənə dedi: "Allah bütün Fələstin üzərində qələbəni mənə verərsə, onda mən torpaqlarımı böləcəm, bunu da vəsiyyətimdə yazacam. Sonra da gəmiyə minib, frankları onların uzaq ölkələrinə qədər təqib edəcəm. Mən ya öləcəm, ya da bütün Yer kürəsini Allaha inanmayanlardan qurtaracam."
    Hittin savaşında Xaclı ordusunun verdiyi böyük itki, Səlahəddinin demək olar ki, bütün Qüds Krallığını ələ kecirməsini təmin etmişdi. Akka, Beyrut, Sayda, Nasira, Çaesarea, Nablus, Yafa və Aşkelon üc ay icində Səlahəddinin nəzarətinə kecdi. Lakin o, xaclılara ən böyük zərbəni 88 il frankların əlində qalan Qüdsü 1187-çi ilin oktyabr ayının 2-də, meraç qəndili və müqəddəs çümə günündə təslim alaraq endirdi. Roma papası III Urban Qüdsün fəthi xəbərini eşitdikdən bir necə gün sonra kecirdiyi dərin sarsıntıdan vəfat edir. Şəhərə daxil olduqdan dərhal sonra Əqsa məscidinə girən sultan xaçlıların eyş-işrət məkanına cevirdikləri məscidi şəxsən özü təmizləyərək, gül yağı ilə yuyur. İlk cümə namazında fəthlə ilgili xütbə oxuyan Zəkiyiddin Əli əl-Kuraşi deyir: “Allah qulları arasında sizi seçməmiş olsaydı, bu fəziləti qazanmazdınız. Necə xoşbəxtsiniz ki, Rəsulullahın möcüzəsi olan Bədr hadisələri, Həzrəti Siddiqin idealları, Həzrəti Ömərin fəthləri, Həzrəti Xalidin hücumları sizinlə yenidən gerçəkləşdi. Allahın rəsulu Məhəmməd sizi ən gözəl təriflərlə öydü. Ona yaxınlaşmaq üçün tökdüyünüz qanları qəbul etdi. Sizə xoşbəxt insanların qərargahı olan cənnəti bəxş elədi”.
    Səlahəddin əvvəl səlibçilərin şəhərdə qalmış hissələrinə çıxış yolu vermək istəmirdi. Onun fikrini dəyişdirən o oldu ki, xristianların başçılarından biri Balian İbelin Qüdsdə yaşayan 3-5 minə yaxın müsəlmanı öldürməyi və şəhərdəki müsəlman incilərini dağıtmamağı söz verdi. Müşavirləri ilə məsləhətləşdikdən sonra, Səlahəddin səlibçilərin şərtlərini qəbul etdi.
    Qüdsə daxil olan Səlahəddin şəhərdə səlibcilərə qarşı hec bir qətliam törətmir. Qüdsdə qalmaq istəyən qeyri-müsəlmanlara çizyə vergisi kəsilir. Qüdsdə qalmaq istəməyənlərə isə şəhəri tərk etmələri ücün 40 gün möhlət verilir. 7 min əsir 30 min dinara, 3 min əsir isə təmənnasız olaraq azad edilir. Elm və fiqhə yüksək qiymət verən fateh əhli-sünnənin dörd məzhəbini əhatə edən mədrəsələr inşa etdirir, tarixi məsçidləri, o çümlədən səlibcilərin saraya cevirdikləri Əqsa məsçidini bərpa etdirir. Əqsanın mehrabını və digər y    erlərini mərmər və mozaiklərlə bəzəyir. Qahirə qalası yenidən inşa etdirilir, elm və sənətkarlığa böyük diqqət və qayğı göstərilir. Mütəfəkkir İmadəddin əl-Katib yazır: “Sultan ilə söhbət edən hər hansı bir şəxs hökmdarla deyil, bir dostu ilə danışdığını zənn edər. Anlayışlı, dininə bağlı, pak, xətaları əfv edən, hirslənməyən bir şəxsdir. Donuq surətli olmaz, həmişə təbəssümlü görünərdi. Bir şey istəyəni əliboş qaytarmazdı. Hər kəsə incə davranar, kimsəyə kobud hərəkətlər etməzdi. Söz verdiyi zaman yerinə yetirirdi”.  
    Xristian istehkamlarından yalnız Tir özünü saxlaya bilmişdi. Şəhərin hökmdarı Konrad Montferrat Tirin müdafiə xətlərini möhkəmlədib, Səlahəddinin qoşunlarının iki mühasirəsinə tab gətirə bildi. 1188-ci ildə Gi de Luzinyan azadlığa buraxılaraq, öz yoldaşı Qüds kraliçası Sibillanın yanına qayıtdı. 1189-cu ildə bu kral ailəsi Montferratın məskəni olan Tiri öz krallığına qatmaq istədi. Lakin Montferrat, Gi de Luzinyanı kral kimi tanımaq istəmədi. De Luzinyan və kraliça Sibillaya qalan yeganə addım Əkr şəhərinin mühasirəsi oldu.
    Səlahəddinin müvəffəqiyyətlərinin üstünə düşən tək kölgə Surun ələ kecirilməməsi idi. 1189-çu ildə xaclı ordusunun işğalı altında yalnızça 3 kənd qalmış, lakin sağ qalan dağınıq xristian hərbi qüvvələri alınması son dərəçə cətin olan Sur qalasında toplanaraq əks-hüçum ücün hazırlıq görməkdə idilər. Qüdsün fəthi ilə dərindən sarsılan avropalılar yeni bir xac yürüşü cağırmaqda idilər. Hətta İngiltərə və Fransada xüsusi "Səlahəddin vergisi" yığılırdı.
    Papa VIII Qriqorinin fitvası ilə bu şərtlər altında təşkil edilən III xac yürüşü, coxlu sayda adlı-sanlı soy və şöhrətə sahib çəngavəri və üc ölkənin kralını - Alman kralı Fridrix Barbarossa, Fransa kralı  I Filipp Avqust və İngiltərə kralı Aslanürəkli I Riçardı da müharibə meydanına cəkdi. Hazırlıqlar sürətlə aparılırdı. Hətta Ricard müharibə xərçlərini ödəmək ücün lazım gəlsə Londonu belə satmağa hazır olduğun bəyan etmişdi.
    Lakin III xac yürüşü xristianlar ücün pis başlayır. 1190-çı ildə Alman kralı Fridrix Kilikiyada Tarsus cayında cimərkən boğulur və bu hadisə almanların müharibən cəkilmələrinə nədən olur.
    Bu yürüş, 1191-çi ildə Əkr qalasını geriyə qaytara bildi. İngiltərə kralı I Riçard Əkrdə əsir götürülmüş təqribən 3 minədək müsəlmanı edam etdikdən sonra, Səlahəddinin əsiri olan frankların da aqibəti buna bənzər oldu. Bu qanlı hadisələrdən sonra Fransa kralı müharibədən cəkilərək geri qayıtdı. 1191-ci il sentyabrın 7-i Səlahəddin və I Riçardın orduları Ərsuf ətrafında görüşdülər. Bu döyüşdən səlibçilər qalib çıxdılar. Səlahəddinlə Riçard arasindakı münasibət hərbi rəqabətdən başqa qarşılıqlı hörmət üzərində qurulmuşdu. Məsələn, İngiltərə kralı döyüşlərin birində yaralandıqda, Səlahəddin ona özünün şəxsi təbibinin qulluqlarını təklif etmişdi. Daha sonra, Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların mərd sultanı öz rəqibinə iki at yolladı. Frankların düşərgəsində su çatışmamazlığı haqqında eşitdikdə isə, Səlahəddin onlara dağlardan yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard öz bacısını Səlahəddinin qardaşına verməyi və Qüdsü onların toy hədiyyəsi etməyi təklif etdi. Deyilənə görə Səlahəddinə xüsusi hörmət bəsləyən Ricard «İnsanlığı Səlahəddindən öyrəndim» məşhur kəlamını da işlədib.
    İki hökmdar 1192-ici il sentyabr ayının 23-də Ramla müqaviləsini bağlayaraq, bu qərara gəldilər ki, Qüds müsəlmanların əlində qalsın, ancaq bir şərtlə ki, xristian zəvvarlarına heç bir maneə törədilməsin. Müqavilənin şərtlərinə görə, Latın krallığı indi Tirdən Caffaya qədər uzanan ensiz zolaq çərçivəsində yerləşməli idi.
III xac yürüşü uzun və ağır oldu. «Aslan ürəkli» I Ricard hec bir nətiçə əldə edə bilmədi. Xaclı ordusu Aralıq dənizində yalnız əhəmiyyətsiz bir torpaq parcasına sahib ola bildilər. Kral Ricard 1192-çi ilin oktyabrında geriyə dönmək ücün yelkən acdırdığında müharibə başa catmışdı.
    1193-çü ildə Şama qayıdan Səlahəddin Əyyubi fevral ayında bərk xəstələnir və mart ayının 4-də 56 yaşında vəfat edir. Mənbələrdə qeyd edilir ki, ölüm yatağında ikən Səlahəddin əmr verir ki, mizrağa kəfən keçirib xalqa göstərərək desinlər: “Ey əhali, şərqin hakimi sultan Səlahəddin ölmək üzrədir. Axirətə ancaq bu bez parçasını apara biləcəkdir. Ona görə də Allaha qulluq etməkdə etinasızlıq göstərməyin”. Tarixi mənbələr yazır ki, o vəfat etdiyi gün bütün Yaxın Şərq qara geyib ağladı. Həm müsəlmanlar, həm xristianlar, həm də musəvilər eyni dərəçədə kədərləndilər və yas tutdular. Mütəfəkkir Əbdüllətif əl-Bağdadi yazır: “Səlahəddin Əyyubini heybətli insan olaraq gördüm. Sözləri qəlblərə təsir ediciydi. Yanına ilk gəldiyim gün məclisinin alimlərlə dolu olduğunu gördüm. Hərəsi müxtəlif elmlərdən danışırdı. Sultanın yaxınları onu özlərinə örnək götürür, yaxşılıqda yarışırdılar. Müsəlman da, kafir də sultanı çox sevirdi. Onun ölümüylə insanlar həqiqi bir atanı itirdilər. Ölümünə kədərlənməyən bir insan olmadı”. Sultan Şamda Mədrəsətül-əziziyyədə dəfn edilir.
    Onun vəfatı ilə Yaxın Şərqə hətta az müddətə olsa belə gəlmiş, barış və hüzün də sona catdı. Qohumları imperatorluğu aralarında bölüşdürməyə girişərkən, dostları İslam Dünyasının ən çüsur və ən əli acıq hökmdarının, məzarını belə düzəltdirməyə yetəçək qədər pul buraxmadığını gördülər…   
…Və 1917-çi ilin dekabr ayının 11-də Qüdsə daxil olan ingilis orduları komandanı general Edmund Hinman Allenbi Səlahəddin Əyyubinin məzarına təpiklə vuraraq, «Qalx Səlahəddin, biz yenə gəldik» deyirdi…

Bu yazı 2025 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :