-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Hərb və fəlakət
Şiriftin ölçüsünü dəyiş

Hüseyn Cavid

Anadolu hərbzadələrinə yardım münasibətilə

...Bir zamanlar şərəfli Turanın,
O cihani-qəyuri qavğanın
Qəhrəman, bərgüzidə övladı,
Türklərin ünlü-şanlı əcdadı,
Saldırıb titrədirdi yer üzünü,
Hökm edər, dinlətirdi hər sözünü.
Nə zaman kişnəsəydi Türkün atı,
Qırılırdı bir ölkənin qanatı.
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün,
Diz çökərlərdi Türkə qarşı bütün.
Çünki parlardı ərlərin qılıncı,
Həpsi qartal kibiydi saldırıcı.
Həpsi bir zevq alırdı qüvvətdən,
Ululuqdan, müzəfəriyyətdən.
Bunu gördükdə qomşu dövlətlər,
Məmləkətlər, zavallı millətlər,
Hər boyun bükdü, Türkə yalvardı,
Mərhəmət gördü... canı qurtardı.
Sonra lakin bu mərhəmət, bu aman,
İştə tarix!.. Türkə verdi ziyan.
Qavrulub əski sızlayan yaralar,
Fışqırıb durdu odlu qumbaralar.
Mərhəmətkarı mərhəmətlə deyil,
Qəhrü-şiddətlə qıldılar tənkil.
Böylə dəhşətli, qanlı mənərələr,
Hər zaman eyləməkdə cəlbi-nəzər.
İştə bir levhə! Görmək istərsən
Baq da gör!.. ah bir bakıb görsən!?
O şəhamətli Türkün evladı
Şimdi topraq yiyor da, fəryadı,
Çıqmış əflaka, həp yanar sızlar.
İşə baq! Yavrular, xanım qızlar,
Titriyor pənceyi-fəlakətdə,
Həp ölüm qarşısında, zillətdə...
Həpsi avarə, həpsi ac-çılpaq,
Həpsi biçarə... baq, gözündən iraq!
Həpsi qan ağlıyor da zarü-zəbun,
Həpsi məzhun, şikəstəxətr, dilxun...
Həpsi qardaşca bir nigh arıyor,
Bir kömək, bir pənahgah arıyor.
Dinləyən kim... fəqət bu fəryada?
Avutan kim... o qəlbi naşadı?!
Nə fəlakət bu, həm nasıl müdhiş?!
Ah, ölüm ən böyük səadət imiş...

    *    *    *    *    *

Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər... dəyişdi zaman;
Sıyrılır, baq, yavaş-yavaş zülmət,
Barı dan yıldızından al ibrət!
Nə diyor, baq o pəmbə çöhrəli nur?
Səhər olmuş demək, günəş doğuyor.
Azacıq varsa hissü-vicdanın,
Qalx, oyan, sönməmişsə imanın,
Qalq, oyan! Gör nə fikrə xadimsin?
Kimlərin oğlusun, nəsin, kimsin?
Sürünüb durma böylə, bir yüksəl!
Bir düşün beş-altı əsr əvvəl
Nə idin? Şimdi nerdəsin? Bu nə yəs?
Əcəba yokmu səndə izzətü-nəfs?
Bu qədər sərxoş oldun, iştə yetər,
Diksinib bir ayıl da, gör nə xəbər?!
Adəm övladı qol-qanat açaraq,
Çarpışır yerdə, göydə od saçaraq.
Yetişir, haydı zəfi, əczi buraq,
Qan, alev püskürən mühitinə bak!
Bak da bir an təsəvvür et yarını,
Daha sürətlə at addımlarını!
Kim bakıb dursa bil ki, qeyb edəcək.
Ayaq altında məhv olub gedəcək...
Sürüsündən kənar olan qoyunu,
Canavar parçalar, görüb də bunu
Dona qalmaqda varmı bir məna?
Bunca zillət yetişməzmi sana?
Çok əzildin yetər, ər oğlu ər ol,
Çırpınıb çareyi-xilas ara, bul!
Qoşaraq nura, cəhli et pamal!
Həp səninlədir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə... bir aydın
İdeal arxasınca qoş, çırpın!
İdealsız nicat ümidi-məhal...
“İttihad”! İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!

“Kanuni-əvvəl”, 1916

Bu yazı 802 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :