-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Marş
Şiriftin ölçüsünü dəyiş

Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavata ithaf


Abdulla Şaiq Talıbzadə

Birləşəlim, Türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim iləri, haydı millət əskəri,
Keçmişimiz şan, şərəf, durmayalım biz geri.
Yıldırımlı gözünüz qan ağlatsın düşmənə,
Qorxaq, alçaq, xainin bu meydanda işi nə?
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altun ordu, iləri! Dağlar, daşlar aşalım!
Türk qafasında qorxu yuvalamaz, düşmənim!
Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim!
Süngümüzün ucundan damlar qətrə-qətrə qan,
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman!
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə Ergenekon ocağı!
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!
Marş iləri, ilərdə cənnət kibi cahan var,
Günəş orda həp doğar, səadət orda parlar!
Türk firqəsi Müsavat,
Açalım quş tək qanad,
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat.

“Açıq söz” qəzeti,
6 fevral 1918, N 674

Bu yazı 802 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :