-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Dilimiz
Şiriftin ölçüsünü dəyiş

Əhməd Cavad

Baxaq dilimizə nələr görünür:
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə.
Ki, anlasın bu söz ərəbmi, farsmı?
O ki qaldı məna... anlayan hanı?
Çoxları anlamaz millətin aydın,
Bircə parçasını şair yazanın
Gün oldu şairlər göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” yetmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
İsmarlanıb “baran” “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə,
Dözdü, can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbisə” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli zənn etdi millət.
Çalındı “qardaş”ı, gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz.
Yaxasından tutub bu “el oğlu”nu
Fars ilə ərəbin bir “həmvətəni”
Şəklinə soxdunuz, baxınız sonra,
Oxunacaq lənət belə yazana

12 aprel 1913-cü il

Bu yazı 887 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :