-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiasının daha bir səhifəsi
Şiriftin ölçüsünü dəyiş

Xəqani Məmmədov
 professor

    Qarabağ torpağı qədim Azərbaycanın Albaniya dövlətinin ərazisi olmuşdur. Lakin özgə torpaqlarına ərazi iddiası və tarixi təxribatcılığı ən qədim dövrlərdən özlərinə peşə etmiş ermənilər e.  əv. II minilliyin əvvəllərindən başlayaraq Qarabağa «sahib cıxmağa» calışmışlar. Selevklər dövlətinin hökmdarı III Antioxun (e.ə.223-187-ci illər) vəfatından sonra onun sərkərdəsi erməni mənşəli Artaşes (e.ə. 189-160-cı illər) Armeniyanın ərazisini Albaniya və İberiya torpaqları hesabına genişləndirmişdir. O, Azərbaycana məxsus Kaspianani, Basoporedanı və Favnitidanı müvəqqəti işğal etmişdir. Lakin Artaşesin ölümündən sonra Azərbaycanın ərazi bütövlüyü və sərhədləri bərpa edildi. Armeniya hökmdarı II Tıqranın (e.ə. 95-55-ci illər) geniş işğalları dövründə erməni nəsli zadəganlarının yenidən Azərbaycan torpaqlarına sahib olmaq ümidləri baş qaldırdı, lakin II Tiqran Azərbaycan istiqamətində yürüşə cıxa bilmədi, işğal etdiyi digər torpaqları Roma ilə müharibəni (e.ə. 67-65-ci illər) uduzduqdan sonra itirdi. Buna baxmayaraq erməni zadəganlarının Azərbaycana qarşı torpaq iddiaları həmin dövrdən – yəni 2 min il bundan əvvəl ənənə şəklini aldı. Özgə torpaqlarına, o cümlədən Azərbaycan ərazisinə iddia tədricən Armeniya torpaqlarına məxsus ərazi kimi təqdim olunmağa başladı. Ermənilərin Albaniyaya qarşı ərazi iddiaları qədim və orta əsr erməni qaynaqlarında  (Fafst Buzand, «Erməni coğrafiyası») müasir erməni tarixşünaslığında (S.T.Yeremyan, K.V.Trever və b.) öz əksini tapdı. Tarix boyu, min illər ərzində özləri ücün əlverişli tarixi şərait yarandığını guman edən erməni əyanları və millətciləri, hakim sinif nümayəndələri Azərbaycan torpaqlarına qarşı ərazi iddiasını irəli  sürərək xalqları qarşı-qarşıya qoymuş, milyonlarla insanın nahaqdan məhv edilməsinə bais olmuşlar.
    Qarabağ e.ə. IV əsrdən eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycanın Şimalında mövcud olan Albaniya dövlətlərinin mübahisəsiz və ayrılmaz tərkib hissəsi olmuşdur. Ərəb işğalları dövründə erməni kilsəsinin hiyləsi nəticəsində 705-ci ildə Albaniya dövləti süqut etdikdən sonra Dağlıq Qarabağ daim Azərbaycan ərazisində mövcud olmuş müsəlman dövlətlərinin tərkibində olmuşdur.
    1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Dağlıq Qarabağ Pənahəli xanın yaratdıtı Qarabağ xanlığının tərkibində olmuşdur. 1805-ci ildə Qarabağ xanlığı Rusiyanın vassallığını qəbul etməyə məcbur oldu. 1805-ci il 14 may tarixli Kürəkcay andlı müqaviləsinə əsasən Rusiya carı «Şuşalı, Qarabağlı İbrahim Xəlil xanın … ölkəsinin bütövlüyünün saxlanmasına öz imperator zəmanətini» verdi. Lakin cox kecmədiki, Rusiya imperator zəmanətinə naxələf cıxıb 1822-ci ildə Qarabağ «müsəlman əyaləti» kimi Rusiyaya birləşdirildi.
    Rusiyaya birləşdirildikdən sonra da Qarabağ əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Rusiya məmurları tərəfindən 1823-cü ildə hazırlanmış «Qarabağ əyalətinin təsviri» kitabına görə, 1823-cü ildə Qarabağ əyalətində 20 095 ailə, o cümlədən 15 729 azərbaycanlı ailəsi və 4366 erməni ailəsi olmuşdur. Yəni, ermənilər Qarabağ əhalisinin cəmi 21,7 faizini təşkil edirdilər. 1828-ci il fevral ayının 10-da Rusiya ilə İran arasında imzalanmış Türkməncay müqaviləsinin 15-ci maddəsinə əsaslanan Rusiya İrandan və sonra Türkiyədən ermənilərin Cənubi Qafqaza köcürülməsi hesabına burada erməni əyaləti yaratmaq istəyirdi. Az müddətdə, yəni 1828-1832-ci illərdə İrandan 40 000, Türkiyədən 84 600 erməni İrəvan və Qarabağ xanlıqları ərazisində yerləşdirildilər.. Hətta bu köcürmələrdən sonra da ermənilər Dağlıq Qarabağda əksəriyyət təşkil edə bilmədilər. Rusiya mənbələrinə görə 1832-ci ildə ermənilər Qarabağ əhalisinin 31,6 faizini təşkil edirdilər.
    Car Rusiyasının həyata kecirtdiyi zorla erməniləşdirmə siyasətinin nəticəsində XIX əsrin sonu ücün Qarabağda ermənilərin sayı daha da artmışdı. Rusiya əhalisinin birinci ümumi siyahıya alınmasının materiallarına görə 1897-ci ildə Qarabağda (Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında) 175 min azərbaycanlı və 122 min erməni, o cümlədən Şuşada 14 356 erməni və 10 809 azərbaycanlı yaşayırdı.  
    1917-ci il ücün «Kafkazski kalendar» məcmuəsinə görə Qarabağda 142 min erməni (41,7 faiz) 199 min azərbaycanlı (58,3 faiz) yaşayırdı. Göründüyü kimi, car Rusiyasının bütün cəhdlərinə baxmayaraq Qarabağda azərbaycanlıların sıxışdırılması, başqa ölkələrdən ermənilərin köcürülüb süni surətdə Qarabağda yerləşdirilməsi hesabına burada erməni vilayəti yaratmaq planı boşa cıxdı.
    1917-ci il fevral inqilabından sonra ermənilər daha da həyasızlaşdılar. Onlar cəllad Andronik, Njde, Dro və başqalarının yaratdığı silahlı quldur dəstələri vasitəsilə İrəvan, Naxcıvan, Zəngəzur, Qarabağ və s. ərazilərdə Azərbaycan kəndlərinə silahlı basqınlar edir, silahsız, dinc azərbaycanlıları  qırırdılar. 1917-1918-ci illərdə İrəvan quberniyasında erməni daşnaklarının basqınları nəticəsində 100 mindən cox azərbaycanlı öldürülmüş, 199-dan cox müsəlman kəndi yandırılmış və dağıdılmış, 50 min nəfərdən cox adam baş götürüb Azərbaycana  və İrana qacmışdı.
    Azərbaycanda bolşeviklər S.Şaumyanın rəhbərliyi ilə daşnaklarla birləşərək Azərbaycan milli hərəkatını boğmaq, Bakını Sovet Rusiyasının tərkib hissəsinə cevirmək məqsədilə sinfi mübarizə pərdəsi altında Bakı şəhərində və Azərbaycanın digər bölgələrində türk-müsəlman qırğını həyata kecirtməyi planlaşdırırdılar. 1918-ci il mart ayının 30-dan aprel ayının 2-dək erməni bolşevik-daşnak birləşmələri Bakıda 12 min dinc azərbaycanlını məhv etdilər. Erməni daşnak dəstələri T.Amirovun və S.Lalayanın başcılığı ilə Şamaxıya hücum etmiş, yerli ermənilərin və molokonların köməyi ilə 8 mindən cox dinc azərbaycanlını qırmış, 72-dən cox kəndi yandırmışdılar. Daşnak Amazaspın quldur dəstəsinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən cox insan məhv edilmiş, 162 kənd dağıdılmışdır ki, onlardan 35-i hal-hazırda mövcud deyildir.
Yalnız 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra Nuru paşanın komandanlığı altında Türkiyə dövlətinin fəal yardımı ilə Azərbaycan Milli Ordusu S.Şaumyanın bolşevik-daşnak dəstələrini darmadağın etdi və 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini azad etdi.
    1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu nəticəsində yaranmış Ermənistan dövləti ilk günlərdən Dağlıq Qarabağa ərazi iddiaları irəli sürməyə başladı. Ermənistan dövləti əvvəlcə gah Azərbaycan dövlətindən Qarabağın mərkəzi olan Şuşaya Ermənistanın «xüsusi nümayəndə heyəti» göndərilməsinə razılıq verməyi xahiş edirdi, gah da ilk növbədə Dağlıq Qarabağa «mübahisəli ərazi» statusu verilməsinə calışırdı. Sonra zora üstünlük verən ermənilər Andranikin silahlı dəstələrini Zəngəzura və Dağlıq Qarabağa yeritdilər. Nəticədə həmin ərazilərdə 150-dən cox azərbaycan kəndi dağıdılmış, onların əhalisinin bir qismi qırılmış, digər hissəsi isə qonşu mahallara və hətta İrana qacmışdır.
    Yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Azərbaycan hökuməti 1919-cu il 15 və 29 yanvar tarixli iclaslarında Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun general-qubernator təyin olunması haqqında qərar qəbul etdi. X.Sultanovun həyata kecirtdiyi qətiyyətli tədbirlər nəticəsində erməni quldur dəstələri darmadağın edildilər və geri cəkilməyə məcbur oldular. 1919-cu il avqust ayının 15-də Dağlıq Qarabağ ermənilərinin Şuşa şəhərində kecirilən VII qurultayı «Dağlıq Qrabağ ermənilərinin Azərbaycan hökuməti ilə müvəqqəti sazişi»ni qəbul etdi. Sazişə görə «Qarabağın dağlıq hissəsi, ermənilər yaşayan (Dizax, Vərəndə, Xacın, Carabet) rayonları «özünü müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarında hesab edir». Bu sazişin qəbul olunması Ermənistanın Dağlıq Qarabağı «Ermənistan ərazisi» elan etmək siyasətinin iflası idi.            
    1920-ci il aprel ayının 27-də XI Qırmızı Ordunun işğalı nəticəsində,  Azərbaycan sovetləşəndən az sonra 1920-ci ilin iyununda AK(b)P MK-da iki büro – Siyasi büro və Təşkilat bürosu, habelə MK katibi vəzifəsi təsis edildi.
    MK-nı Siyasi bürosuna N.N.Nərimanov, V.İ.Naneyşvili, M.D.Hüseynov, A.İ.Mikoyan, V.Lominadze, Təşkilat bürosuna Sarkis (S.A.Daniyelyan), K.F.Stürüa, V.İ.Naneyşvili, D.X.Bünyadzadə,  Ə.H.Qarayev secildilər. V.İ.Naneyşvili isə AK(b)P MK katib oludu. 1920-ci ilin sentyabrında V.İ.Naneyşvilinin Bakıdan getməsi ilə əlaqədar olaraq MK katibi əvvəlcə Y.D.Stasova (sentyabrın 9-dan 15-dək), sonra isə V.Y. (Lado) Dumbadze (sentyabrın 15-dən 24-dək) oldular. MK katibi vəzifəsində 1921-ci ilin iylunadək Q.N.Kaminski, 1926-cı ilin yanvarınadək S.M.Kirov işlədilər.
    1920-ci il mayın 8-də AK(b) Bakı Komitəsinin bürosu yaradıldı. Büroya əsasən qeyri millətlərin nümayəndələri Sarkis, A.İ.Mikoyan, V.İ.Naneyşvili, L.Qoqobaridze, V.Lominadze, V.Yeqorov, N.Tyutenyev və başqaları daxil oldular. Sarkis AK(b)P Bakı Komitəsinin katibi secildi.
    Sarkis başda olmaqla bir qrup rəhbər işci Bakı komitəsini AK(b)P MK-ya qarşı qoyur, Bakı Komitəsini əlahiddələşdirmək və onun şəxsində müxalifət yaratmağa cəhd göstərirdilər. Bu işdə Sarkis və A.İ.Mikoyan xüsusi ilə fərqlənirdilər. N.Nərimanov RK(b)P MK-ya yazırdı: «A.Mikoyan Bakı komitəsinin şəxsində müxalifət yaradır».       
    Öz iqtisadi, siyasi, milli və başqa xüsusiyyətləri ilə fərqlənən Azərbaycan spesifikliyi Sovet hakimiyyətinin ilk günlərindən tez-tez cox ciddi fikir ayrığına, münaqişə və mübahisələrə səbəb olurdu. Milli şəraitin xüsusiyyətlərinin düzgün nəzərə alınmaması ətrafında daha cox mübahisələr baş verirdi. İlk sosialist tədbirlərinin həyata kecirilməsi, azərbaycanlıların partiya, sovet,ictimai və təsərrüfat təşkilatlarına geniş cəlb edilməsi, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi, ixtisaslı milli fəhlə kadrlarının hazırlanması, partiyanın Bakıda və kənddə siyasəti, xırda burjuaziyaya, ziyalılara və kəndlilərə, dinə, adət və ənənələrə münasibət və bu kimi bir cox məsələlər əsas münaqişə doğuran səbəblər idi. O zaman respublikanın müstəqilliyinə qarşı cıxanlar da tapılırdı. Azərbaycan sovetləşən günün sabahısı cıxış edən A.Mikoyan «Müstəqil sovet Azərbaycanı» şüarının partiyanın müvəqqəti taktiki şüarı olduğu və Sovet  hakimiyyəti qurulduqdan sonra öz əhəmiyyətini itirdiyini bildirmişdir. Onun bu cıxışı Azərbaycan kommunistlərinin, bütün zəhmətkeşlərin ciddi narazılığına və etirazına səbəb olmuşdur. Hətta o illərdə müəyyən dairələr Azərbaycan SSR-nin paytaxtını Gəncəyə köcürmək, Bakını Ümumrusiya əhəmiyyətli sənaye mərkəzi kimi RSFSR-ə tabe etmək kimi təklif də irəli sürmüşdülər.
    Bakı partiya təşkilatının rəhbər işcilərindən bir qrupu Sarkis (Daniyelyan), A.Mikoyan, L.Mirzoyan, R.Axundov, M.D.Hüseynov, H.Cəbiyev, S.Tutin, M.Kaxiani, V.Yeqorov, M. Quliyev və başqaları Azərbaycanda milli siyaəstin həyata kecirilməsi uğrunda ardıcıl mübarizə aparan N.Nərimanovun əleyhinə cıxdılar. Onlar Q.N.Kaminskiyə, S.M.Əfəndiyevə, M.Hacıyevə, M.Qasımova, H.Sultanova, D.Bünyadzadə, M.İsrafilbəyova (Qədirliyə) və başqalarına da hücumlar etməyə başladılar.  
    N.Nərimanov yaranmış vəziyyət haqqında 1921-ci ilin oktyabr ayında V.İ.Leninə məlumat verir. N.Nərimanovun mövqeyinə V.İ.Leninin tərəfdar cıxması RK(b)P MK-nın direktivlərində, MK Siyasi Bürosunun 1921-ci il 15 və 17 oktyabr tarixli qərarlarında öz ifadəsini tapmışdır. RK(b)P MK Siyasi Bürosunun 1921-ci il oktyabrın 15-də «Bakı məsələləri» adlı qərarına əsasən M.D.Hüseynov və R.Axundov Moskvaya cağrılır. Azərbaycanda düzgün kommunist siyasətinin mahiyyəti onlara izah edilir.
    N.Nərimanov bəzi rəhbər partiya və sovet işcilərnin işdə ciddi nöqsanlarına, səhvlərinə, hətta bəzən qanunsuzluqlarına qarşı mübarizə aparmalı olurdu. Öz düzgün əməli fəaliyyətində böyük cətinliklərə, maneələrə, hətta haqsız hücumlara məruz qalan N.Nərimanov Stalinə, onun havadarlıq etdiyi adamlara qarşı qətiyyətlə cıxış edirdi. Vaxtilə o, RK(b)P MK-ya V.İ.Leninə göndərdiyi məktublarda, 1923-cü ilin iyun ayında RK(b)P MK katibi İ.V.Stalinə, surətləri L.D. Trotski və K.B.Radekə təqdim edilmiş «Ucqarlarda inqilabımızın tarixinə dair» məruzə, 1923-cü il dekabrın 24-də və 1924-cü il mayın 27-də mərüzəyə yazılmış əlavələr, 1923-cü ilin oktyabrında Orconikidze ilə ixtilaflar haqqında V.İ.Leninə məlumat teleqramlarında partiyanın milli siyasətinin düzgün həyata kecirilməməsini, Stalinin və Orconikidzenin bu sahədəki fəaliyyətlərini ciddi tənqid etmişdi.
    N.Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunda yazırdı ki, Mikoyan, Sarkis, Mirzoyan bir tərəfdən kommunizm bayrağı altında daşnaqəməlləri yeridir, digər tərəfdən sabiq eserlər yavaş-yavaş və inadla Sovet hakimiyyətini icəridən ovub yıxırlar….. Serqo isə daha cox elə xırda canlara bel bağlayırdı ki, onlar öz şəraitini yaxşılaşdırmaq və qoruyub saxlamaq ücün onun qabağında nökərcilik edir və Azərbaycanda milli təmayül haqqında qışqırıb-bağırırdılar.. hal-hazırda Azərbaycanda məhz Azərbaycanı təmsil eləyən partiya vardırmı? Belə bir partiya yoxdur və nə qədər ki, Mirzoyanlar öz əclaf siyasətindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl cəkməyəcəklər, həmin partiya olmayacaqdır».
    20-ci illərdə milli məsələdə respublikanın rəhbərləri arasında olan əsas ixtilaflardan biri Qarabağın dağlıq hissəsinə aid idi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ilin iyununda Q.K.Orconikidze RSFSR xalq xarici işlər komissarı K.V.Cicerinə göndərdiyi teleqramda yazırdı: «Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti elan edilmişdir və yuxarıda adı cəkilən ərazilər özlərini Azərbaycan SSR-nin bir hissəsi sayırlar».
    1920-ci ilin noyabrın 30-da, Ermənistanda Sovet hakimiyyətinin qurulmasının ertəsi günü Azərbaycan K(b)P MK Siyasi Bürosunun və Təşkilat Bürosunun birgə iclası kecirildi. İclasda Q.Orconikidze, Y.Stasova, Sarkis, Q.Kaminski, V.Yeqorov, N.Nərimanov, M.D.Hüseynov, M.B.Qasımov, Ə.Qarayev, A.Serebrovski iştirak edirdilər. İclasın qərarında deyilirdi: «..v) Göstərilsin ki, Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında hec bir sərhəd yoxdur. q) Zəngəzur Ermənistana verilir. d) Dağlıq Qarabağ hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir. Sovet Azərbaycanını Sovet Ermənistanı ilə qırılmaz hərbi ittifaq və təsərrüfat ittifaqı bağlayır (məsələn, neft haqqında ittifaq göstərilsin)».
    1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qələbəsi münasibətilə kecirilən təntənəli iclasında N.Nərimanov Zəngəzurdan Sovet Azərbaycanının qoşunlarının cıxarıldığını bildirdi və öz cıxışında sadəlövhcəsinə elan etdi ki, «…İndən belə hec bir ərazi məsələsi əzəldən qonşu olmuş iki qonşu xalqın – ermənilərin və müsəlmanların bir-birinin qanını tökmək ücün hec bir səbəb ola bilməz».
    Beləliklə, Q.K.Orconikidzenin təzyiqi ilə və o zamankı Azərbaycan rəhbərlərinin həddindən artıq «belnəlmiləlciliyi» və maymaqlığı nəticəsində tarixən Azərbaycan torpaqları olmuş Zəngəzurun Ermənistana «bağışlanması» Azərbaycanla Naxcıvanın ərazi cəhətdən ayrılmasına səbəb oldu və sonrakı illərdə xalqımızın başına gətirilən faciələrin əsasını qoydu.   
    Azərbaycan rəhbərlərinin Ermənistana belə «səxavətli hədiyyəsindən» ruhlanan Ermənistan rəhbərliyi rəsmi surətdə Qarabağa dair ərazi iddiaları irəli sürdü. 1921-ci il iyulun 4-5-də RK(b)P MK Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclasın işində Qafqaz bürosunun üzvləri Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, RP(b)P MK üzvü Stalin Azərbaycan SSR xalq xarici işlər komissarı M.D.Hüseynov, Qafqaz komsomol bürosunun katibi Breytman və Svanidze iştirak edirdilər. İclasda Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması lehinə Nərimanov, Maxaradze, Nazaretyan, əleyhinə Orconikidze, Myasnikov, Kirov, Fiqatner səs verdilər. Qarabağın Dağlıq hissəsinin Ermənistanın tərkibinə verilməsi və Dağlıq Qarabağda rəy sorğusunun yalnız ermənilər arasında kecirilməsi leyhinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Nazaretyan səs verdilər. İclasda səs coğluğu ilə Dağlıq Qarabağı Ermənistan SSR-nin tərkibinə daxil etmək, rəy sorğusunu yalnız Dağlıq Qarabağda kecirtmək haqqında qərar qəbul edildi.  Lakin N,Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan ücün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq iclasda bu məsələnin RK(b)P MK-nın qəti qərarına kecirilməsi haqqında qərar qəbul edildi.
    Ertəsi günü, iyulun 5-də MK-nın Qafqaz Bürosunun plenumu RP(b)P MK-nın rəyini nəzərə alaraq aşağıdaki qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Daqlığ Qarabağ Azərbaycan SSR-nin hüdudlarında saxlanılsın. Ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin».
    1921-ci ilin sentyabr ayında Azərbaycan K(b)P MK Təşkilat Bürosunun birgə iclasında Qafqaz Bürosunun və Siyasi Büronun Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci ilin oktyabr ayında Qarabağın məsul işcilərinin konfransının (Şuşa, Cavanşir, Qubadlı, Qaryagin qəzalarının) qəbul etdiyi qərarda deyilirdi ki, «Dağlıq Qarabağa ayrıca vilayət muxtariyyətinin verilməsi məqsəduyğun hesab edilməsin».
    Lakin Azərbaycan rəhbərliyinin zəif müqavimətinə və acizanə xahişlərinə rəğmən RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsinin 1923-cü il iyunun 27-28-də kecirilmiş plenumu Q.Orconikidzenin təzyiqi ilə və erməni «kommunistləri»ndən Şaduntsun və Karakozovun təklifi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyətinin verilməsi haqqında AK(B)P MK-ya tapşırıq verdi. Azərbaycan rəhbərliyi həmin qərarı yerinə yetirməyə məcbur oldu və Azərbaycan xalqının iradəsinin əksinə olaraq 1923-cü il iyulun 7-də Azərbaycan MİK Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret verdi.
   Beləliklə, tələsik, düşünülməmiş qərarların qəbul edilməsi nəticəsində yaradılmış DQMV nəinki regionda vəziyyəti sabitləşdirmədi, əksinə erməni daşnaklarının iştahasını daha da artırdı. Ermənistan SSR zaman-zaman Azərbaycana ərazi iddiaları irəli sürməyə başladı. Ermənistanın təhriki ilə 1988-ci ildə Dağlıq Qarabağda başlayan və həmin vilayətin Ermənistan SSR-in tərkibinə daxil olması tələbləri irəli sürən separatcılıq hərəkatı nəticə etibarı ilə yenə də qan tökülməsinə, qacqınların meydana gəlməsinə, qonşu respublika tərəfindən Azərbaycana qarşı elan edilməmiş müharibənin başlanmasına gətirib cıxartdı.

Bu yazı 760 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :