-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qiraətxanə
Şiriftin ölçüsünü dəyiş

Məhəmməd Əmin Rəsulzadə

    Hörmətli qarelərimiz, keçən nömrələrimizdə Bakı xəbərləri qismində tazə bir qiraətxanə açılmasını qiraət  buyurdular.
    Qərinələrlə zülm və cəbrə tabe olan millət axır bir cüzi olsa da hürriyyətə, sərbəstliyə nail oldu. Yəni illər ilə arzusunda olub dəfaat ilə ərizələr verib, pullar xərc edib bir belə mədəniyyət vasitəsi olan qiraətxanə iftitahına nail olmuyordular.
    Hörmətli qarelər! Yuxarıda zikr etdiyimi nəzərə alaraq xəyal edə bilərsiniz ki, Badkubə qiraətxanə üzü görmüyüb əvvəlinci dəfə olaraq “Nicat” qiraətxaneyi-islamiyyəsini görmüşdür. Yox, əzizim qare, belə gümün etsək nəməkbəharamlıq etmiş oluruz.
    11 il bundan əqdəm millətimiz uğrunda şayani-təhsini-təşəbbüsdə bulunan ədəbiyyat xadimi Nərimanbəy Nərimanov Rusiya istibdadının qüvvətli bir dövründə sərfi-məsai edərək bir qiraətxanə güşadına izn alıb hər bir tərəfdə nəşr olunan islam qəzetlərini havi bir qiraətxanə açmışdı. Lakin millət bağçasında yeni açmış bu qızılgül millətimizə ariz olan xəzan vasitəsi ilə tez soluxub bağlanması güşadinə müqabil olaraq millət dostların yaralı ürəyini xəraş etdi. Qiraətxanənin bağlanmasına səbəb nə oldu?
    Buna səbəb bizim cəhalətimiz , bətalətimiz, mədəniyyətimiz, daha doğrusu hümmətsizliyimiz oldu.
    Vaxtilə maarifimiz üfüqündə bu gün görükdü, lakin sərnigün edib 11 il təmam, qürub etdi. Indi isə zəmanə iqtizasi olaraq yenə tüluə başlamışdı.
    Mətləbimizi bir az açıq deyəlim, sözü başıörtülü deməyib məqsədimizi faş edəlim. Iyiriminci qərinə çatdı. Cümlə millətlər  tərəqqiyə üz çevirdilər. Istibdad və zülmün inhidaminə qəsd etdilər. Mədəniyyət yolları açıldı. Aralıqda tərəqqiyə sədd çəkən bəzi mümaniat götürüldü. Hamısı götürülmədisə də bir cüzi rəf edildi. Məsələn: qəzetlərdən senzur götürüldü isə də iki həfdə zərfində mətbuat moqutə nəşrinə izn almaq mümkün oldusa da amma qəzetələrin iki ya üç nömrəsi çıxdıqdan sonra bağlanması dəxi təcrübəyə mindi...
    Bu münasibətlə islam qəzetləri dəxi bollandı, çox şəhərlərdə birər qəzetə , jurnal nəşrinə iqdam edildi. Qəzetələrin artması oxucuların artmasına dəlil olmazmı? Oxucularımız varsa qəzetə muştuqları bol isə bir “oxu” yeri, qiraətxanə açılması təbii olmazmı? Odur ki, şəhərimizin hümmətli və qeyrətli cavanlarından bir firqəsi hümmət və qeyrət kəmərini bağlayıb, Bakıda “Nicat” adında bir qiraətxanə açadılar. Əfv buyurunuz, əfəndilərim! Şəhərimizdə yalnız bir “Nicat” deyil, bir də “qiraətxaneyi-ümumi” – deyə oxu yerimiz vardır ki, həmiyyətli mütəəllimlərimiz tərəfindən idarə edilir.
    Bu tövzihatdan demək istiyoram ki, 11 il bundan müqəddəm zikr etdiyimiz qiraətxanədir ki, indi bir az olsa da hürriyyət, həmiyyət və himmət ünsürlərindən mürəkkəb bir hava tapıb yenidən aləmə arzi-didar eyliyor.
    Ey mədəniyyətli, həmiyyətli əhli-maarif yoldaşlarım! Sizdən xahiş budur ki, bu tövr mədəniyyət asari olan təşəbbüsatda qayım durunuz, millətimizə rəhbər sizsiniz –rəhbərlik vəzifəsini ifayə hazırlaşınız! Hər dürlü-ümuri-xeyriyyəyə iqdam edib millətə xidmətdən usanmayınız.
    Ey nicatçı qardaşlarımız! Bu xeyir işə iqdam etdiniz də sabit qədəm olunuz! Zəmanənin hə bir təərrüzatına sədd olaraq hümmət və qeyrət ilə çalışınız. Var olunuz! Sağ olunuz qardaşlar!
    Ürəfalarımıza millətimizi tapşırdız. Indi isə cəmaətimizə ricu edib diyoruz: Ey cəmaət, ey millət, ürəfalarla birləşməlisiniz, onlar bir xeyir işə iqdam edərlərsə, siz də onlara maddən yardım etməlisiniz! Hər kəs təkliyində hər dürlü qəzetələrin hamısını alıb oxumağa, hər qism kitabları pul verib mütaliəyə qüdrəti olmaz. Amma qiraətxanə vasitəsilə iki qəpikdən keçərək nə qədəri oxumalı olsa mümkündür...
    Həmin bu “Nicat”ın 11 il bundan müqəddəm şükufələnərək soxulmasına səbəb həmanən, cəmaətimizin bihümmətliliyi olmadımı?
    Bəli, 11 il bundan müqəddəm Nərimanbəyin zəhməti hədərə getdisə də, indiki qiraətxanələrin o günə düşməsinə inanmıyoruz. Zira ki, o bir bahar gülü idi ki, “akvarium” vasitəsi ilə qışda göyərilmişdi. Ona binaən də mötədil hava tapmayıb saqit olmuşdu. Amma “Nicat” və “qiraətxaneyi-ümumi”lər isə özlərinə məxsus bi mötədil hava içində olmalaırını görüb də davamlarına artıq inanırız.
    Yaşasın maarif!
    Var olsun əhli-maarif!
M. Ə. R-zadə
“İrşad”, № 67, 14 mart 1906

Bu yazı 828 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :