-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Şeyx Cəmaləddin Əfqani
Şiriftin ölçüsünü dəyiş

Yusuf Akçura

   Batı (Osmanlı) türkləri içində əlamətlərini gördüyümüz türk millətçiliyinin siyasi qayəsi, hər şeydən əvvəl, Osmanlı imperatorluğunun bütünlük və bağamsızlığının qorunmasına xidmətdi; bu qayə xüsusən Mustafa Cəlaləddin Paşanın və Süleyman Paşanın əsərlərində açıqca seçilir. Osmalı türkləri, XVIII yüzildən etibarən sarsılan səltənətlərini büsbütün yıxılmaqdan qoruya bilmək üçün “Tənzimat” ilə “Osmanlı milliyyəti” meydana gətirməyə çalışdıqları kimi, təcrübənin uğurlu olmadığını görən bəzi Osmanlı mütəfəkkirləri də ya dinə, islamiyyətə, ya türklüyə, real bir milliyyətə dayanaraq məqsədə nail olmağın mümkün ola biləcəyini düşünmüşdülər. Osmanlılqda siyasi baxımdan belə bir qaynağa bağlanması mümkün olan milliyyətçillik, Asiyanın ortalarında ortaya çıxan bütün islam aləminə fikri təsiri olan bir şəxsin düşüncəsinə görə, daha geniş və ümumi bir istəyin əldə edilməsini təmin edən önəmli bir vasitə olur. Bəhs etmək istədiyimiz şəxs Şeyx Cəmaləddin Əfqanidir. Bu məhşur şeyx, bütün islam aləminin yaşaya bilməsi üçün müsəlman millətlərinin milli şüura sahib olmaları gərəyinə inanmışdır. Əfqani, islam aləminin hər tərəfinə düşüncələri ilə, sözləri ilə, işləri ilə çox bərəkətli toxumlar saçmış və Batı türklüyündə olduğu kimi Quzey türklüyündə də milliyyət fikrinin inkişafına xidmət etmişdir.
   Ya İranda, yaxud Əfqanıstanda 1836-cı il tarixində doğulub, 1897-ci ildə İstanbulda ölən Şeyx Cəmaləddin Əfqaninin tərcümeyi-talı rəvayətlərlə doudur. Nəslən hansı müsəlman qövmünə mənsub olduğunu qəti olaraq bilmirik: bir kitabçanın ərəbcə tərcüməsinə 1 ön söz olaraq yazılmış bioqrafiyasında şeyxin nəslən ərəb olduğu, hətta Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsindən olduğu qeyd edilməkdədir. Fəqət peyğəmbər övladından olmaq iddiası, islam aləmində o qədər yayılmışdır ki, belə bir iddia insanda dərhal və daim şübhə və tərəddüd hissləri oyandırır. Şeyx Cəmaləddin Əfqaninin İstanbulda olarkən yoldaşlarına əslən Türk olduğunu söyləməsi bu şübhə və tərəddüdü təbiətiylə artırır. Doğulduğu yer də mübahisəlidir; Əfqani soyadına baxıb Kabil ətrafında doğulmuş olduğunu qəbul edərsək belə, bu durum qövmiyyətini müəyyənləşdirməkdə bizə bir ipucu verə bilməz: əslən əfqan, fars, Türk və ya ərəb olması mümkündür. Yalnız bu qətidir ki, Şeyx Cəmaləddin Əfqani ərəbcə, farsca və türkcəni yaxşı danışırdı. Əsərlərinin çoxunu farsca və ərəbcə yazmışdır. Islam aləminin hər tərəfində dolaşaraq dərs, öyüd və risalə halında fikirlərini yayan və təlqin edən Doğu ilə ilgili Avropa böyük dövlətlərinin mərkəzlərində fikirlərini qəbul etdirməyə və bəzi siyasi kombinezonlar etməyə çalışan bu səyyah alim və siyasiyə filan və ya filan qövmdəndir, deməyə məncə gərək yoxdur. Batılıların “Un grand Europeen” dedikləri kimi biz də Şeyx Cəmaləddinə “böyük bir müsəlman”, və ya “böyük bir doğulu” deyib keçə bilərik. Bu böyük doğulunun fəaliyyət qayəsi hətta həyat qayəsi, Doğu islamiyyətinin geriləmə və çöküş səbəbləri ilə bu çöküşün önünü ala biləcək çarələri aramaq, tapmaq və tətbiq eməyə çalışmaqdı. Araşdırmaları arasında müsəlmanların irqi məsələlərə və irqi birliyə önəm vürməmiş olmalarının, geriləmə və çökmələrinin səbəblərindən olduğuna qənaət gətirmişdir; və bundan dolayı müsəlman qövmlərinə, irqə, milliyyətə, öz ifasədi ilə “cinsiyyətə” önəm vermələrini tövsiyyə etmişdir. Demək olar ki, Şeyx Cəmaləddin Əfqani, islam aləminin yaşaya bilməsini, inkişafını, müsəlman qövmlərinin şüurlu milliyyətçi olmalarına və milliyyətləri (cinsiyyətləri) daxilində irəliləyib inkişaf etmələrinə bağlı görürdü.
   Şeyxin bu görüşünü isbat edən iki şahidə sahibik: birincisi “Məqalati-Cəmaliyyə” adı ilə farsca olaraq Hindistanda yayınlanan tolanmış məqalələrdən  “Vəhdəti-Cinsiyə fəlsəfəsi” və “İttihadi-lisanın Mahiyyəti-həqiqiyyəsi” adlı məqaləsidir, ikincisi milli türk şairi Məmməd Əmin bəyə tövsiyyələridir.
   Türkcə tərcüməsi “Türk yurdu” nda yayınlanmış olan “Vəhdəti-Cinsiyə fəlsəfəsi”nin tezi budur: “Cinsiyyət (yəni milliyyət) xaricində xoşbəxtlik yoxdur. Dilsiz cinsiyyət olmaz, bütün təbəqələrin və siniflərin ifadə və istifadəsini təmin etməyincə bir dil meydana gəlmiş olmaz. ” 1 Şeyxin düşündüyünə görə: “İnsanlar arasında qapsamı geniş olub bir çox fərdi bir-birinə bağlı edən iki bağ vardır: biri dil birliyi – digəri bir ifadə ilə cins birliyi, ikincisi din. Dil birliyinin, yəni cins birliyinin (yəni irqin, milliyyətin) dünyada qalıcılığı və səbatı, heç şübbhə yoxdur ki, dindən daha davamlıdır. Çüni az bir zamanda dəyişə bilməz. Halbuki ikincisi belə deyildir: tək bir dildə danışan irq gördük ki, min illik bir zaman içində, dil briliyindən ibarət olan cinsiyyətdə bir pozlma olmadığı halda, iki-üç dəfə din dəyşdirir.” Bu ümumi ifadədən Şeyx Cəmaləddinin din birliyindən çox cins birliyinə və dolayısı ilə “ittihadi-isalm”dan çox hər hankı cinsi, yəni irqi biriyə, məsələn “bütün türklüy”ə dəyər verdiyini anlamış oluruq.
   Diqqətə dəyərdir ki, Şeyx Cəmaləddin Əfqani, cinsiyyəti, yəni irqi alman filoloqları kimi dil biriyi ilə tərif edir. Bu yöndən dilə, dil zənginliyi və təmizliyinə, terminlərinin tamam olmasına və eyni zamanda millətin çeşidli təbəqələri tərəfindən anlaşılacaq şəkildə olmasına çox önəm vermişdir: “Müəyyən bir irqə mənsub olan çeşidli təbəqələrin ifadə və istifadəsini təmin edə bilməyən bir dil, o irqin bütünlüyünü qoruya bilməz...”
   İrqi nəticələri təqdir edən alimlərin ilk vəzifələri öz dillərinin genişləndirilməsindən ibarətdir... dil məsələsindən bəhs edərkən ana dilinə üstünlük verilməsini, yetməzsə, “öz dilləri ilə sıx əlaqəsi olan digər dillərdən də ehtiyac və məcburiyyət olduqca kəlmələr alınmasının və artıq başqa çarə qalmadığı vaxt, yabançı kəlmələrdən gərəkli olanları alma yoluna gedilməsini” tövsiyyə edir. “Fəqət müəyyən kəlmələri öz dillərinin kirvəsinə satmaq şərtdir; o qədər ki, yabancı olduqları anlaşılmasın...”
   Görünür ki, Türçülüyün son dövründə türkcənin islahı məqsədi ilə ortaya atılan bəlli-başlı fikirlərin çoxunu, qüvvətli bir sezgi ilə yazılan bu məqalə qısaca əhatə etməkdədir. Nəhayət  Şeyx Cəmaləddin Əfqani, “dünyada səadət deyə qəbul olunan bütün xüsuslarda başarılı olamnın”, “vəhdəti-cinsiyə”nin, yəni müəyyən inkişafı və yetkinləşməsi ilə mümkün olduğu inancındadır.
   Təhlil etməkdə olduğumuz bu önəmli məqalənin ilk qismi belə ümumi mahiyyətdə, qiymətli görüşlərdən meydana gəlir; ikinci qism doğrudan-doğruya hindlilərə xitabdır. Şeyx Cəmaləddin Əfqani, məqaləsində mücərrəd və ümumi bir girişdən sonra, konkret və real tənqidlərə, öyüdlərə keçmişdir. Hindlilərə öyüdləri arasında israrla üzərində durduğu nöqtə “vətəni-dil” dediyi Urdu dilinin genişləndirilməsi və inkişafının mütləq şərt olduğudur. Çox qüvvətli bir sezgi  ilə yazılan bu məqalənin son sözləri həmişəki kimi peyğəmbəranədir: “Bəzi dar görüşlülərin bu bəyanatıma herətlə baxacaqlarınıı yaxşı bilirəm; ancaq zaman bu sözləri açıqlayıb mənalandırınca, ağıllı adamlar bu sözlərin nə qədər doğru olduğunu, əlbəttə, təsdiqləyəcəkdir.”
   Əfqanlı Şeyxin şair Məmməd Əmin bəyə söylədikləri də məqaləsində yazdığı əsas fikirlərinin təbii nəticələridir. Milli şairimiz hələ gənc ikən Cəmaləddinin Nişantaşındakı iqamətgahına gedirdi. Şeyx şairə indi təhlil etdiyimiz məqalənin doğrultusunda bir xeyli öyüd və tövsiyyələr etmişdir. Bu öyüd və tövsiyyələri milli şairimizdən bəhs edərkən bir az genişləndirərək ərz edəcəyik.

Bu yazı 965 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :