Məqalələr
Facebook




Sorğu

Azərbaycan-Türkiyə-İran birliyini real hesab edirsinizmi?

Bəli (66)
Xeyr (14)
Bilmirəm (1)



Ən çox oxunanlar
ARXİV
Dost saytlar
Sayğac

free counters

“Milli kimliyin dərki: yanlışlar və doğrular” tədbiri
Şiriftin ölçüsünü dəyiş

Milli kimliklə bağlı məsələ müzakirə edildi


    17 dekabr 2011-ci il tarixdə “Milli kimliyin dərki: yanlışlar və doğrular” mövzusunda müzakirə keçirilmişdir.
    Tədbirdə məruzəçi kimi “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev çıxış etmişdir:
    -  Azərbaycanda millətin formalaşması 250 il çəkmişdi. Millətin formaşaması Azərbaycanda müstəmləkə şəraitində getmişdir. Nadir xalqlarda bu proses ikiyə parçalanmış vəziyyətdə gedir və öz təsirini göstərir. Indi Azərbaycan müstəqildir. Milli özünüdərkdə hələ də bölgə mənsubiyyəti gedir. Müstəmləkə əsarəti gedib bu öz müsbət təsirini göstərib. Lakin hələ şüurlarda şimallı, cənublu təfəkkürü qalıb.
    Bir tərəfdən dəyərləri yada salırıq, digər tərəfdən həyata keçirmirik. Biz qılafından çıxmış millətə bənzəyirik. Təhlükə nədən ibarətdir? Milli kimliyi dəqiq dərk etmirik. Özünü müqayisədə özünüdərk olmadığı üçün milli mənəvi dəyərləri də biz müəyyənləşdirə bilmirik.
    Şagird hansı millətə mənsub olduğunu bilmir. Özünü Azərbaycanlı sayır. Bu Azərbaycan Respublikasının konstitusiyasında da var. Hər bir millətin qədimdən gələn milli mənvi dəyərləri var.  
Bax uşaq bunu dərk edə bilmir. Ona görə də dəyər verə bilmir. Özününkü kimi görmür. Bu səbəbdən də uşaqlar arasında uyğunlaşmağa daha çox dəyər verirlər nəinki, qoruyub saxlamağa. Bu ondan ibarətdir ki, biz özümüzə aid olanı müəyyələşdirə bilməmişik.
    Bizə müxtəlif Avropa dəyərləri gəlir. Onlar bir çox hallarda mövcud dəyərlərlə ziddiyyət təşkil edir. Bu gün mümkün qədər çalışmalıyıq ki, bəşəri dəyərlərlə ziddiyyət təşkil etməyən bizim kökümüzə aid dəyərləri qoruyub saxlayaq.
Əvvəla millətə öz adını qaytarmaq lazımdır. 1937-ci il SSR-i konistitusiyasında bu milləti Azərbaycanlı adlandırdılar.  Əvvəllər bizə Azərbaycan Türkləri, Azərbaycan tatarları deyirdilər.
    Azərbaycançılıq ideyası yaxşıdır. Azərbaycan burada yaşaya xalqların vahid və bölünməz vətənidir. Əsas, aparıcı etnos olaraq əgər biz buna nail olsaq, Azərbaycanda yaşayan bütün xalqların Azərbayccanın qorunmasında xidmət etməsinə nail olmuş olarıq. Bu zaman milli kimliyimizi unutmamalıyıq. Bundan utanıb çəkinməməliyik. Buna səbəb kimi, uzun illər Sovet Rusiyasının Türkiyəyə düşmənçiliyi, bunların iqtisadi, siyasi maraqlarının toqquşması dayanırdı. Milləti millət edən adətlər, ənənələrdir. Qanunlarda da milli mənəvi dəyərlərin qoruyub saxlanması, ümünbəşəri dəyərlərə uyğunlaşdırılması göstərilir. Bəs bizim dəyərlər hansılardır. Biz bunları KİV, reklam, təlim-tərbiyə vasitələri ilə qorumalıyıq.

    Sosioloq Əhməd Qəşəmoğlu:
    - Millət deyəndə biz etnik mənşəyi daha çox xarakterizə olunan, eyini mənəvi dəyərləri yaradan sosial sistemləri nəzərdə tuturuq. Ərazi birliyi əsas deyil. Mərhum prezidentimiz H. Əliyev alimləri bir yerə toplayıb bu məsələni müəyyən etməyə çalışdı. Lakin təssüf ki, adına alim deyilən şəxslər bu məsələni həll edə bilmədilər. Bu dil Azərbaycan dili adlana bilməz. Biz bu dili o zaman Azərbaycan dili adlandıra bilərik ki, bu dil Azərbaycanda yaşayan bütün etniklərin dilinin hesabına zənginləşsin. Bu dil Türk kökü üzərində zənginləşib. Biz dilimizi türk dillərinə məxsus, ruhumuza yaxın sözlərin hesabına zənginləşdirməliyik. Bu dil Azərbaycan dili deyil. Burada Azərbaycan mədəniyyəti var. Bu mədiniyyət həm də etniklərin mədəniyyəti hesabına firmalaşıb. Bunu qarışdırmaq olmaz. Burada yaşayan etnik mənsubiyyətlər də bizim qardaşlarımızdır. Burada qarşıdurma yaratmaq lazım deyil. Lakin Azərbaycan mədəniyyəti də daha çox türk mədəniyyəti hesabına formalaşmış mədəniyyətdir. Qloballaşma getdiyi dövrdə milli kimliyimizə diqqət verməliyik ki, dəyərlərimiz aşınmasın. Biz bir millət kimi yeni dünyaya öz dəyərlərimizi verə bilməliyik.

    Mirələkbər Seyidov:
    - Məsələyə qaynaqlara əsaslanaraq daha dərin baxmağı təklif edirəm. Azərbaycan Respublikasının hələ 20 yaşı var. Bəşər mədəniyyəti tarixi tamdır. Belə cəhdlər bizi yalnışlığı gətirə bilər. Biz Azərbaycanın malik olduğu iqlim qurşağına, yerləşdiyi coğrafi mövqeyə nəzər salaq. Azərbaycan şərqlə-qərb arasında yerləşir. Milyon illərdir ki, şərq və qərb çayları bizim ərazidən axır. Müqəddəs kitabda sözü gedən çaylar bəlkə də Dəclə-Fərat cayları yox elə Kür-Araz çaylarıdır. Təbii ehtiyatlarımız var. Gəmi qaya abidəsi bizim ərazimizdədir.  Bu xalq dünyaya çoxlu sayda dahilər vermişdir. Azər sözünün kökü zərdən işıqdan gəlir. Bunlar biz özümüz də bəhrələnməmişik. Təklif edirəm ki, AMEA-na tariximizin dəqiq araşdırılmasını, müəyyən edilməsi üçün müraciət edək.

    Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu:
    - Azərbaycan bu günə neçə gəlib çıxıb. Anadolu Türkləri Osmalı imperiyasını, Azərbaycan Türkləri isə Səfəvi imperiyasını qurub. Bu imperiyaların hər ikisi xanədanlıq idi və dövlət millətçiliyinə əsaslanırdı. Belə dövlətlərdə əsas etnos digərlərinə uyğunlaşır. Iran çoğrafi addır. Biz İranlılıqdan Azərbaycançılığa keçdik.
İndi bizdə millətçilik deyəndə Azərbaycançılıq yaddan çıxır. Azərbaycançılıq dedikdə kosmopolitizmlə qarışdırılır. Biz sintez yaratmalıyıq. Millətçiliyi tutub Azərbaycançılığı etniklərə veririk. Onlar da əsil Azərbaycanlı bizlərik, siz Türklər gəlməsiz deyirlər. Azərbaycançılığı tutmaq, elə bilirik ki, bizim türklüyümüzə ziddir. Biz çoqrafiya ilə bu etnosların bütünlüyünü yaradan dəyərlərə önəm vermirik. O zaman düşüncələrdə teorik böhranlar yaranır. Rəsulzadə və Əli bəy Hüseyinzadənin verdiyi Türklük forması reallıqlardan doğurdu. Biz Azərbaycan deyəndə İranı da düşünməliyik. Biz konsepsiyamızda İranlılıq nədir, Azərbaycanlılıq nədir, Türklük nədir suallarına cavab tapmalıyıq.

    “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü Ceyhun Bayramlı:
    - Əsas məsələ etnosun özünü adlandırması məsələsidir. Bu məsələ 90-cı illərdə həll edilməmiş qaldı. Vaxtaşırı bu mövzuda tədbirlər keçirmək təqdirəlayiq haldır və bu məsələni ictimailəşdirmək lazımdır. Millətə verilən təriflər çox fərqlidir. Mənim fikrimcə milləti 7 parametr müəyyən edə bilər.
    1 bioloji, 2 yüksək səviyyədə formalaşmış dil. Yəni bəşəriyyətə dühalar vermiş millətin dili. 3 din, 4 tarixi vətən, 5 milli dövlətçilik inistitutları, 6 mədəniyyət, 7 mənəvi dəyərlər, adət ənənələr. Bu parametrlərə uyğun olmayan etnoslarn özünə millət deməsi pafosun nəticəsidir. Coğrafi ad etno-sosial varlıq ifadə etməyə kifayət deyil. Millət özünə coğrafi ərazinin adını götürə bilər, lakin olduğu kimi sırf özünə şamil edə bilməz.
    Millətin özünü adlandırmasında tarixi mənbələrin rolu var. Bizim əsil adımız türkman olub. Assurlar bizi “azari” adlandırıb, bu isə millətin adının azər olduğunu göstərir.
    Ziya Göyapda yalnışlıq var idi. Türk sözü bir millət adını ala bilməz. Qırğızlar, Qazaxlar və digərləri lokal olaraq ayrılıqda inkişaf etdi, lakin türklüyünü itirmədi. Biz Azər və ya Oğuz ismini özümüzə şamil edə bilərik. Azərbaycan Türkləri də qəbul olunan versiyadır. Lakin, Rusiyada, Gürcüstanda yaşayan Azərbaycanlıları Azərbaycan Türkü adlandıra bilmərik. Burada uyğunsuzluq yaranır. Türkçülüyün Azərbaycanda əsasarını işləmək lazımdır. Lokal milli təfəkkür məsələsinə diqqət ayrılmalıdır. Azərbaycanda milli azlıq yox, milli çoxluq problemi olub. Qloballaşma və inteqrasiya məsələlərinə Güneylilər olmadan qəti şəkildə mövqe ortaya qoymaq olmaz.

    “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu:
    Hər dəfə eyni müzakirə gedir. Yanlış olan budur. 91-ci ildən  müstəqil olmuşuq, amma müstəqil olmağa alışmamışıq. Biz öz tariximizi xarici mənbələrdən öyrənirik. Bizə niyə Alpan yox Alban deyirlər. Türk adından qorxmaq lazım deyil. Bizim kadrlarımız yoxdur. 90-cı illərdə də olmadı. Kıbrıs problemi ilə Qarabağ probleminin fərqini anladacaq kadırımız yoxdur. Əhalinin əksəriyyəti bu araşdırmalardan kənarda qalıb. Gəncləri özgür düşüncələrə alışdırmaq lazımdır. Biz müzakirələrdən kənara çıxmalıyıq. əmələ  keçməliyik, yazmalıyıq.

    “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü Taleh Çəfərov:
    - Millətin özünü adlandırmasında ziyalı faktoru olmalıdır. Ermənilər özlərinə erməni demirlər. Hay deyirlər. Onlara qədim Yunanlar və Farslar erməni deyib. Etnonim xalqın özünə verdiyi addır. Endoetnonim başqalrının xalqa verdiyi addır. Bir də var sub etnonimlər bunlar keçid adlardır. Akademik Marın fikrincə dillərin formalaşması yalnız zamana və məkana bağlı deyil, bu eyni zamanda gen və qarışıqların təşkilindın irıli gəlir. Ona görə də biz bu məsələdə Türk məsələsini qoyuruq kənara. Çünki geoloji mövqeyinə görə bura daima müxtəlif xalqlar axın edib. Türk xalqları, hun tayfaları gəlib avropaya axın edəndə qanbir qardaşlarını burada görəndə bir hissəsi burada qaldı. Azərbaycan xalqının formalaşmasında uzun müddət xırda-xırda tayfaların iştirakı olub. Azərbaycan xalqının formalaşması Səlcuq Türklərinin gəlişi ilə başa çatmadı. Azərbaycan xalqının təşəkkülü 3-4 əsirlərdə, formalaşması isə 7-8 əsrlərdə Ərəblərin gəlişi ilə bitir. Ərəblərin gəlişi ilə Azərbaycan xalqının adı da yarandı, özü də yarandı. Səlcuqları bura qatmaqda məqsəd xalqın formalaşmasını bir qədər də cavanlaşdırmaqdır. Türk amilini özrt-bas etməkdir. Təəssüf ki, ziyalılarımız hələ də bu təfəkkürdə qalmaqdadırlar. Əsas odur ki, siyasi şüur formalaşmalıdır. Cəmiyyətdə maariflənmə problemi var. Nə qədər yazılır. Qəzet oxunmur .

    “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri Vüqar Zifəroğlu:
    - Bu mövzunun özünün müzakirəyə çıxarılması özü yanlışdır. Çünki aydınlar artıq belə mövzunu müzakirəyə çıxarmırlar. Biz özümüz üçün artıq müəyyənləşdirmişik. Bu millət artıq bilir kimdir. ABŞ-da, Böyük Britaniyada, İzraildə ən aparıcı elmi tədqiqat labaratoriyalarında genetik kodlar və genetik yaddaşla bağlı çox böyük təcrübələr aparılır. Yunanıstanda zəlzələ olanda Türkiyədən verilən qanı qəbul etmədilər. Əhatə dairəsi isə insanın cəmiyyətə adaptasiyası ilə bağlı məsələdir. Bunun qan və genetik yaddaşa heç bir dəxli yoxdur. Burada etno psixologiya kimi məsələlər müzakirə edilməlidir. Mən elmi müzakirələrin açılmasını təklif edirəm.
Sonda bu cür müzakirələrin davam etdirilməsi qərarlaşdılıb.

 
 
 
 
 
 
 

Bu yazı 163 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :