-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

Qəhrəmanlar unudulmur!

24.03.2011

    22 mart Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovun doğum günüdür. Əsəd Soltan oğlu Əsədov 1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olmuşdur. Hərbi təyyarəçi kimi Qarabağ səmasında rəşadətlə vuruşmuş, düşmənə ağır zərbələr vurmuşdur. 1991-ci il oktyabrın 29-da Dağlıq Qarabağın Xanabad kəndi üzərində komandiri olduğu ekipaj düşmənlə son döyüşə girmiş və qəhrəmanlıqla həlak olmuşdur. Zəngilan rayonunda dəfn edilmişdir. Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.


    22 mart Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun doğum günüdür. İxtiyar Qasım oğlu Qasımov 1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdur. 1992-ci ilin yanvarında könüllü olaraq cəbhəyə getmiş, döyüşə kəşfiyyatçı kimi başlamışdır. Onun rəhbərliyi altında Dağlıq Qarabağın Qazançı kəndində düşmənin 3 PDM-i, 1 PZM-i və onlarla canlı qüvvəsi məv edilir. 1992-ci il mayın 15-də Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsində xüsusi fərqlənir. 1992-ci il iyulun 14-də Dağlıq Qarabağın Canyataq kəndinin müdafiəsi zamanı axıra qədər vuruşur, təkbaşına düşmənin qarşısını saxlayır və qəhrəmanlıqla həlak olur. O, bu hərəkəti ilə onlarla yaralı əsgərimizin həyatını xilas edir. Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. Salahlı kənd orta məktəbi onun adını daşıyır.

    23 mart Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin doğum günüdür. Viktor Vasili oğlu Seryogin 1944-cü il martın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. O, vertolyot heyəti tərkibində Qarabağ müharibəsində iştirak etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Vertolyot komandiri kimi Ağdam, Şuşa, Ağdərə rayonlarında döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci il yanvarın 28-də onun vertolyotu düşmən tərəfindən vurulur, o, alova bürünmüş vertolyotu Şuşa üzərindən uzaqlaşdırır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

 QAT Mətbuat Xidməti

Bu yazı 771 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share