Məqalələr
Facebook




Sorğu

Azərbaycan-Türkiyə-İran birliyini real hesab edirsinizmi?

Bəli (66)
Xeyr (14)
Bilmirəm (1)



Ən çox oxunanlar
ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

Sabah Bakıda “Sabahın alimləri” seçiləcək

22.02.2012

    Sabah Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Mədəd” təşkilatı birgə “PARK İNN” mehmanxanasının “Dan ulduzu” zalında “Sabahın alimləri” respublika müsabiqəsinə start verəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə ilk dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verməkdir. Ən mühüm məqam isə bu məktəblilərdən 5 nəfərin seçilərək ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi - “İntel İSEF”-ə göndərilməsidir.
    “Intel ISEF” və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.
    Qeyd edilən müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Məhz bu səbəbdən də, müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.
    Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elm tutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdirsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Lakin bu yarışmada şagirdlər üçün əsas iş yalnız mükafat qazanmaq deyil. Intel ISEF müsabiqəsində şagirdlər onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə ola bilir, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi unikal bir fürsət qazanırlar. ISEF-də qazanılmış kiçik elmi nailiyyətlər bir çoxlarını böyük elmə gətirib çıxarır. Belə ki, Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olmuşdur.
    Müxtəlif ölkələrdə Intel ISEF müsabiqəsinə seçim turunun düzgün təşkil edilməsi və bu işin səmərəliliyinin artırılması məqsədilə hər il müsabiqə ilə eyni vaxtda Intel Təlim Akademiyası da fəaliyyət göstərir. Akademiyanın dinləyiciləri milli müsabiqələrin keçirilməsi barədə müxtəlif ölkələrin təcrübəsi ilə tanış olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri və digər maraqlı şəxslərlə görüşlər təşkil olunur.
    2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in 62-ci müsabiqəsi ABŞ-ın Los Anceles şəhərində (Kaliforniya ştatı) təşkil edilmişdir. Müsabiqədə 65 ölkədə keçirilmiş 443 seçim müsabiqələrinin qalibləri olan, 1500-dən çox finalçı şagird iştirak etmişdir. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən müsabiqəyə 198 şagird qatılıb.
    Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 2012-ci il may ayının 13-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilməsi planlaşdırılır. Ölkəmizin də bu il müsabiqəyə qatılması nəzərdə tutulur. Müsabiqə bütün dünya ölkələri üçün aktual olduğu kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.
    Müsabiqənin Elmi Ekspertiza Şurasına 87 layihə təqdim edilib. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompyuter elmləri üzrə fənləri əhatə edir.
    Müsabiqə ilə əlaqədar www.sabahinalimleri.edu.az saytı yaradılıb. Əlavə məlumat əldə etmək istəyənlər həmin ünvana müraciət edə bilərlər. Müsabiqə 24 fevral tarixinədək davam edəcək.

Bu yazı 7 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share