-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

Millətin, Hüququ, İstiqlalı, Hürriyyəti

        Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin 28 may 1918-ci ildə müstəqilik qazanmış və 1920-ci il 28 apreldə işğal edilmiş dövlətin gördüyü işlərə verdiyi qiymət çox ibrətamizdir.

        Məhəmməd Əmin Rəsulzadə
        (Milli Şuranın sədri, «Müsavat» başqanı):

        - Türk mənşəli digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Cümhuriyyəti müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumuna əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir. İstiqlal elanı üzərində qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. Yüz ildən bəri əsgərlikdən kənar edilən Azərbaycanda bir ordu yaratdıq. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabit və əmniyyət qüvvələri vücuda gətirildi.
        Sosial sahədə əsaslı islahata girişdik. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladıq.
        Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldıq.
        Xalqı az zamanda oxutmağa başladıq.
        Türkcəni dövlətin rəsmi dili elan etdik.
        Orta və ali məktəblər açdıq.
        Qərbi Avropa demokratları tipində bir hökumət üsuli, idarəsi yaratdıq.
        Hakimiyyət millət məclisinin əlində idi. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi.
        Məmləkətdə tam bir azadlıq var idi. O zamang terror deyilən şeydən bir əsər yoxdu.
        Şəxslər də, məskənlər (mülklər) də əmin və amanda idi.
        Vətənin qapıları qapalı deyildi. Hər bir azərbaycanlı istədiyi zaman hara istərsə gedə bilərdi.
        Qonşu və Avropa dövlətləri ilə qonşuluq münasibətləri təsis edilmişdi.
        Bütün millətlər də alış-veriş var idi.
        Bütün bunların nəticəsi idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə birgə Amerika tərəfindən də tanındı. Böyük bir çox dövlətlər dəxi istiqlalımızı tanıdılar.
        Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq əhdnamələri imzalandı.
        12 yanvar 1920-ci il cümhuriyyətin müttəfiq dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı bayram etməyə haqlı idi.
        Bu, həqiqətən böyük bir bayramdır. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış millətlərarası bir məsələ olmuşdur.
        Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu qabaqcıl dünya demokratiyası tərəfindən təqdir ilə qarşılandı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila vahiməsi artıq bizdən uzaqlaşdı.


        Nəsib bəy Yusifbəyli
        (baş nazir):

        - Bu az vaxt ərzində Azərbaycan türkləri özlərinin müstəqil və azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib və dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərini isbat etdilər. Bunun sayəsində isə indi məmləkətdə insanı məmnun edəcək bir dərəcədə nizam və asayiş hökmfərmandır. Dövlətin fəaliyyəti isə bir dəqiqə də olsun təxir etməyib, haman hökumət işlərində davam etməkdədir.
        İnqilabın bizəvermiş olduğu səmərəsi mühafizə edilmək ilə bərabər, indi məclisi-məbusan seçkiləri ərəfəsindəsiniz. Bu məclisdə Azərbaycan milləti öz fikir və rəyini aşkar edəcəkdir.
İstiqlalı müdafiə və mühafizə etmək ümum Azərbaycan xalqının müqəddəs vəzifəsidirg
        Mayın 28-i böyük və ümumi bir bayram hesab edilməlidir! Bu gündə bilafərq millət, hər kəs özünü bərabərhüquqlu Azərbaycan vətəndaşı hiss etməlidir. Bu gün ümumcahan millətlərinin ədalət üzrə olan hüquq və ixtiyaratının təmin edilən günlərindən bir günüdür!.


        Fətəli xan Xoylu
        (baş nazir, xarici işlər naziri):

        Azərbaycan hökuməti o vaxt təşkil etdi ki, Gürcüstan Zaqafqaziyadan ayrılıb elani-istiqlal etmiş idi. O bir məqam idi ki, Türkiyə ilə hənuz hərb halında idik. Sülh əhdnamələri həruz bağlanmamışdı? Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaz cəbhəsinin təsviyyəsi (ləğv edilməsi) və Türkiyə ilə mübahisəli məsələlərin həlli lazım idi. Xarici işlərimiz belə, daxili işlərimiz məlumdur. Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə deyildi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi: Dəmir yolları tamamilə yatmışdı. Poçta, teleqraf yox idi. Bir kağız yollamaq mümkün deyildi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmışdı. Xidmətçilər qaçmışdılar. İdarənin adı vardısa özü yox idi. Hərə başına 5-10 adam yığıb hökumət, bir qanun düzəltmişdi. Güclü olanlar özlərini ağa hesab edirdilər. Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmiş isə də, heç bir hökumət tərəfindən tanınmamışdı. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş Milli Komitə bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdnaməsi tezliklə bağlandı. Bununla bərabər hökumət qayda və qanun barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idig Sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam (təəhhüd) edildi. Sülhanəmədə bir fəsil var ki, Azərbaycan hər vaxt lazım görsə, müdafiə üçün Türkiyə bir qədər əsgər versin.
        Hökumət bu çarəyi təvəssül (xahiş) etdig Türkiyə öz borcunu yerinə yetirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də, bir fayda olmaz idi.
        Türkiyə həm dinimiz, həm vətənimiz idi. Ona görə ondan kömək istədikg Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerində lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız varg Dəmir yolları düzəlib idarə olunur. Çox yerdə poçta və teleqraf açılmışdır, Bakı alındıqdan sonra Bakı bonu (pulu) buraxıldıg Hökumət başqa yerlərə adam göndərib ki, Azərbaycanın öz pulu kəsilsing
        Bayrağında hürriyyət və üxüvvət (qardaşlıq) yazılmış firqələr Bakını əlimizdən almış idi, bizim paytaxtımız buraxılmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər. Başbilənlər Dağıstan, İran və Turana dağılmışlardı. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın bir iş görsün. Türkiyə müracətimizin əsl səbəbi də paytaxtımızın əlimizə qaytarması idi. Bu barədə çox əziyyətlər çəkildi. İndi şükür olsun         Allaha məqsədə çatdıq, Bakı əlimizə keçdig
        Hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ!

Həsən bəy Ağayev
(parlamentin sədr müavini):

        - Türk xalqı azadlığı qanı ilə satın almışdır və onu heç vaxt əldən verməyəcəkdir. Azadlıq meyvəsini dadmış olan xalq bir daha zülmətli keçmişə qayıtmaz. Azad Azərbaycan ziyalıdan tutmuş fəhlə və kəndliyə qədər türk xalqının varlığına hopmuş bir idealdır.
        Azərbaycan o respublikadır ki, tam birlik şəraitində işləyəcəkdir. Biz özümüzdə firavanlıq yaratmağa çalışarkən başa düşürük ki, bu firavanlıq qonşularımızın firavanlığı ilə qırılmaz tellərlə bağlıdırg Biz Azərbaycanın bütün vətəndaşlarını azad və tamhüquqlu vətəndaşlar kimi təsəvvür edirik. Bizdə ögey-doğmalıq yoxdurg
        Rus xalqına qarşı heç bir düşmənçiliyimiz yoxdur. Mən ürəkdən arzulayıram ki, Rusiya onu boğan dəhşətdən daha tez xilas olsun. Bu bizə onunla ən mehriban qarşılıqlı münasibətlər yaratmaq imkanı verər.


Axund ağa Ağaəlizadə
(Azərbaycan şeyxülislamı):

        - Azadlığı yalnız müstəql yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəni və fikrini şövqlə söyləmək və öz bəşəri iradəni ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında – orta və ali məktəblərdə – ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər.         Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəfəqiyyətlə inkişaf etdirmək olar.

Bu yazı 1138 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share