-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Müsyö Jordan və dərviş Sarkozi şah


Qulu Məhərrəmli

3 fevral 2012-ci il - 11 fevral 2012-ci il

    Bizim Fransa əhlini bədii obrazlarla tanımağımızdan ən azı 150 il keçir. Düzdür, həmin tarixdən əvvəl də, sonralar da bu yerlərə xeyli diplomatlar gəlib-gedib, tacirlər buralarda dolaşıb, A. Düma  kimi yazıçıların ayağı torpaqlarımıza dəyib. Amma bütün hallarda firəng əhlini bizə böyük Mirzə Fətəli tanıdıb…
    Müsyö Jordan bir elm adamı idi və Qarabağın bitki aləmini öyrənib fransız xalqını təbiətin buradakı möcüzələrindən xəbərdar etmək istəyirdi. Daha bir işıqlı niyyəti vardı bu avropalının: qonqaq olub çörəyini kəsdiyi evin övladını-gənc Şahbaz bəyi Parisə aparıb oxudub elmi-ürfan sahibi etmək istəyirdi. Amma dərviş Məstəli şahın cadusu ilə Parisin “dağılması” və  Fransa demokratik inqilabının üst-üstə düşməsi müsyö Jordanın planlarını alt-üst etdi.
    Bu, həmin inqilab idi ki, tarixin təkərini irəli fırladaraq demokratiyanı bəşər övladlarının dəyişməz həyat tərzinə çevirdi. Məşhur İnsan və Vətəndaş Haqları Bəyannaməsi, məhz bu inqilabı yetişdirən  fransızların siyasi təfəkkürünün məhsulu oldu. Bu gün də insan azadlılarının təməl daşı sayılan həmin sənəddə deyilir ki, fikrin və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir!
    Deyəsən, müsyö Sarkozi klassik demokratlar kimi düşünmür, o, ölkə daxilində, elə Avropa hüdudlarında da xeyli qəliz siyasət yürüdür. Bu siyasətdə ayrıca erməni sevgisi var və pul qoxuyan bu sevgi bəzən ABŞ kimi ölkəyə də etirazlara səbəb olur. Məsələn, Vaşinqton Gürcüstanın NATO-ya üzv olmasını arzu edir, lakin Fransa və Almaniya bu ölkənin NATO-ya üzvlük məsələsini əsl problemə çevirib, faktiki olaraq onun qarşısını alıb. İstər-istəəz suallar meydana çıxır: axı nə baş verir? Bəlkə Fransa cırlaşır, yoxsa bir vaxtlar Napoleonun, Şarl de Qollun tutduğu postun bugünkü yiyəsi ölkənin siyasi yükünü çəkə bilmir?  Nədən “soyqırım” qanunu olkə konstitusiyasına zidd olduğu halda belə senat tamaşasına çıxarılır? Belə suallar çoxdur və ölkə içində gərginlik artdıqca bu sualların da sayı çoxalacaq.
    Tarixi bir daha saxtalaşdırmaqla erməniləri ovudan qanunun təsdiq edilməsi gerçəkdən bütün Fransanı silkələyəcək, ölkəni ayağa qaldıracaq, narazıların sayı yüz minlərlə olacaq. Bu, antidemokratik hərəkat olacaq və Parisi, sözün həqiqi mənasında dağıdacaq. Amma bu dağılmada nə dərviş Məstəli şahın caduları, nə də onun əcinnələrinin heç bir rolu olmayacaq, çünki indi Firəngistanın öz Məstəli şahı var: bu demokratiyaya, insan haqqlarına, bu haqqın verdiyi söz-ifadə azadlığına dərviş kimi baxan müsyö Sarkozidir…

Bu yazı 621 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :