-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Rafiq Əliyevin günahı


Cəmil Həsənli

11 fevral 2012-ci il - 28 mart 2012-ci il

    Hər bir insanın ictimai maraqlara görə özünün rahat hesab edilə biləcək həyatından imtina etməsi, millətinin dərdlərinin ifadəçisi missiyasını öz çiyinlərinə alması indiki zəmanəmizdə fədakarlıq hesab edilə bilər. Bu gün 70 yaşı tamam olan Rafiq Əliyev çağdaş fədakarlıq anlayışının canlı bir nümunəsidir. Vaxtilə M.Ə.Rəsulzadə deyirdi ki, böyük əməl sahibi olmayan yazıçıdan, alimdən böyük ideyalar gözləmək mənasızdır. Vicdanımızın zamanın imtahanına çəkildiyi çağdaş günlərimizdə bu dahiyanə fikir qabarıq görsənir.
    Dəyərli dostumuz Rafiq Əliyevin keçdiyi həyat yolu, burulğanına atıldığımız hadisələrin hazırkı gedişinə münasibəti, şərəf və ləyaqət anlayışlarının məddahlıq bazarına çıxarıldığı gəlimli-gedimli dünyanın tən ortasında şərəf və ləyaqət simvoluna çevrilməsi göstərdiyi fədakarlığın məntiqi yekunudur.
    Rafiq elm adamıdır. Amma elmə ehtiyacı olmayan ölkənin böyük alimidir. Bir ölkənin idarə edilməsi, inkişafı, iqtisadi həyatında elmə ehtiyac hissinin ölməsi cəmiyyətin böyük faciəsidir. O, bu fəlakəti hiss etdiyindən çağdaş hadisələrin mərkəzində dayanır. Yaxşı xatırlayıram “Azərbaycan milli azadlıq hərəkatı tarixi”nin ilkin planını Rafiq müəllim Azərbaycan KP MK-da şöbə müdiri işləyəndə hazırladıq. O, daim yenilik axtaran və Azərbaycanı bu yeniliyin içində görməyi arzulayan bir ziyalımızdır. Harada işləyibsə əməksevərliyi ilə seçilib, özünə, işə, inkişafa bağlı kollektiv yaradıb. Onun yaratdığı elmi məktəb öz çevikliyi ilə seçilir. Bütövlükdə, 200-ə yaxın elmlər doktoru və elmlər namizədi hazırlamaq hər alimə nəsib olmur. Bu böyük bir elmi tədqiqat institutunun kollektivi deməkdir. Son beş ilin elmi nəticələri ilə maraqlananda qəribə mənzərə yaranır. Yalnız Rafiq Əliyevin elmi kollektivinin dünya indeksli nəşrlərindəki çap işləri bütün Azərbaycanın elmi idarələrinin birlikdə həmin jurnallardakı nəşrlərlərindən daha çoxdur. Budur göstərici, məhz, bunun fərqində olmaq lazımdır. Budur Azərbaycanın çağdaş reallığında zamanın elmi dəyərlərə söykənən fövqündə dayanmaq və budur elmi fədakarlıq.
    Rafiq Əliyev müasir inkişafın əsas təminatçısı sayılan avtomatlaşma və innovasiya texnologiyaları üzrə alimdir. Bu elə bir sahədir ki, çağdaş dünyamız, məhz, onun üzərində oturub, əslində isə, oturmayıb, hər gün, hər saat onun üzərində irəli gedir. Təəssüf ki, biz bu ümumdünya irəliləyişin önündə yox, arxasındayıq. Bu minvalla heç önə keçmək fikrimiz də yoxdur. Əgər olsaydı, dünyanın bu irəliləyişdə faydalandığı bir almı ictimai mövqeyinə, vətəndaş qayəsinə, dəyişiklik istəklərinə görə ölkəmizdə az qala bidətçilikdə günahlandırmazdılar. Amma Azərbaycan ziyalılarının taleyidir bu. Zəmanəsində Mirzə Fətəliyəmi çox sağ ol dedilər, milli çırağımızı yandıran Zərdabiyəmi daş atmadılar, millət yolunda hər cür fədakarlıq göstərən Sabir və Mirzə Cəlilə hansı bihürmətliyi etmədilər. Bu böyük kişilər axına qarşı getdilər, ümmətdən millət yaratmaq yolunda edə biləcəkləri hər şeyi etdilər. Bu fədakarlıq idi. Bu gün 70 yaşının tamamında Rafiq bəyə qarşı hücumların arxasında dayanan məqsəd nədir? Azərbaycan yol ayrıcındadır. Ya biz sübut etməliyik Axundovun, Zərdabinin, Sabirin, Mirzə Cəlilin millətiyik, ya da, onların personajlarının davamçılarıyıq. Rafiq Əliyevin günahı Axundovun milləti olmaqda israr etməsindədir və son aylarda məşhur personajların hücumu da bununla bağlıdır. Tale elə gətirib ki, XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində Azərbaycan ziyalısı axına qarşı getmək dilemması ilə üz-üzə dayanıb. Bir əsr əvvəl olduğu kimi, üzərindən yüz il keçəndən sonra çağdaş günlərimizdə də axına qarşı getmək fədakarlıq sayılır. Rafiq böyük bir ziyalı iradəsi ilə axına qarşı gedir və həyatımız dəyişmədikcə bu fədakarlığı etməli olacaq.
    Allahın insana verdiyi ən böyük mənəvi keyfiyyət başqasının uğuruna sevinmək əxlaqıdır. Rafiq bəy bu əxlaqın daşıyıcısıdır. İstedadlı tələbə, intellektli doktorant, məhsuldar alim onun yanaşma meyarıdır və o, Azərbaycanın inkişafını da bunda görür. Bütün dəyərlərin pozulduğu, ədalətin ərşə çəkildiyi, insanların ən elementar haqlardan mərhum edildiyi günlərimizdə millətimizin yanında olmaq, hər kişiyə nəsib olan xoşbəxtlik deyildir. Zamanəmizdə fədakar millət adamı olmaq daha böyük xoşbəxtlikdir. 70 yaşın tamamında Rafiq bəy bu xoşbəxtliyin içindədir. Axına qarşı getdiyi yolda ona möhkəm iradə, can sağlığı və uğurlar arzu edirik.

Bu yazı 643 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :