-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Ovqat

yaxud «çevir tatı, vur tatı»


Elçin Mirzəbəyli
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

30 mart 2012-ci il - 19 aprel 2012-ci il

    Ənənəmə uyğun olaraq, yazının başlığını öncədən qoydum: «Ovqat». Amma nədənsə birdən-birə siyasətdən yazmaq qərarına gəldim… Görünür, hansısa təhtəlşüur qüvvə məni siyasətin ovqatından yazmağa təhrik edir. Bəlkə də Azərbaycan siyasətini ovqatsız təsəvvür etmək mümkün olmadığına görə…
    Bəlkə də… bu qərarımın tamamilə fərqli təkanverici səbəbləri var.
    …Hər halda çözə bilmədim. Amma bir məqamı xüsusilə vurğulamaq istəyirəm: Adətən regional, yaxud beynəlxalq siyasi proseslər haqqında yazanda, yaxud bu və ya digər ölkənin, xüsusilə də Qərb dövlətlərinin iç siyasətində baş verən hadisələri şərh edəndə heç bir şuaraltı faktor düşüncələrimi «Ovqat»a doğru sürükləmir. Yəqin ona görə ki, Qərbdə politika ilə məşğul olurlar. Bu sözün kökü «poli» yunan dilindən tərcümədə «çoxluq», «polis» isə şəhər (dövlət, cəmiyyət), fəaliyyət (idarəçilik) anlamını verir. «Politika» sözünün ümumi mənası isə yenə eyni dildən tərcümədə əksər ensklopedik lüğətlərdə «dövləti idarəetmə incəsənəti» kimi təqdim olunur.
    «Siyasət» sözü isə ərəb dilindən hərfi tərcümədə «at təlimi», yaxud «at təlimçisi» anlamına gəlir. Mən hələ «siyasət» sözünün Şərq təfəkküründə kök salmış və toplumsal olaraq qəbul olunmuş anlamlarına xüsusi nəzər salmıram. Söhbət «kələk gəlmək», «hiylə işlətmək» və bu kimi digər yozumlardan gedir…
    Yəqin elə buna görə də Qərb siyasətçiləri siyasətə (politikaya) dövləti, ictimaiyyəti idarə etmək incəsənəti (!) kimi yanaşır, məsəli bizdən uzaq… Şərq siyasətçiləri isə əksər hallarda «at təlimçisi» missiyasını mənimsəməklə, konkret toplumu, cəmiyyəti at kimi ram və istifadə etmək niyyətinə düşürlər. Bu baxımdan da birincilərin idarəçiliyə incəsənət, ikincilərin isə at təlimi prosesi kimi yanaşmalarını təbii qəbul etmək lazımdır. Birincilər incə üsullardan, elmi əsaslara söykənən ictimai rəyə demokratik yolla təsiretmə mexanizmlərindən yararlanır, ikincilər isə feodal təfəkküründən qaynaqlanan «daha çox zopa, daha az kökə» təlimini əsas götürməklə… ram edir, minir və nəfəsi kəsilincəyə qədər çapırlar…
    …Mətləbdən bir qədər uzaqlaşdım. Deyəsən, «Ovqat»dan yazmaq istəyirdim. Həm də TV-lərdən birinə transfer olunmuş və aşırı «səmimiyyətilə» adamı birnəfəsə 5-6 kilo arıqlamağa məcbur edən «Ovqat»-dan yox, siyasi ovqatdan, yaxud ovqat siyasətindən…
    …Nəhayət ki, tapdım. Qəzetçilərin təbirincə desək, «2 min işarəlik» vaxtınızı aldığıma görə üzr istəyirəm. Sən demə məni ovqatdan siyasətə doğru çəkən və bu iki bir-birinə zidd istiqamət arasında uzlaşma tapmağa sövq edən varaqladığım qəzetlər və səhifələrdə qamçı oynadan tanış üzlər, tanış simalarmış…
    Daha öncə, yəni siyasətlə uğraşmağa başladığım zaman kəsiyindən bir qədər əvvəl elə düşünürdüm ki, Azərbaycan siyasətçilərinin bir hissəsi axşamlar qorxulu filmlərə baxır, ertəsi gün isə yuxuda gördüklərini mətbuata danışır, yaxud bunun üçün «ləbbeyk» deyənlərinin xidmətindən istifadə edirlər. Zaman keçdikcə təsəvvürlərim bir qədər dəyişdi. Bəlli oldu ki, ölkənin siyasət meydanında, daha doğrusu onlar üçün ayrılmış məhdud çərçivəli meydançanın bir hissəsində uzun illərdir ki, «at oynadan» siyasətçilərimizin əhəmiyyətli hissəsi ümumiyyətlə film izləmir, kitab oxumurlar. Sadəcə qəzet oxuyurlar. Həm də bir çox hallarda öz danışdıqlarını, yazdıqlarını… Sonra isə öz danışdıqlarının və yazdıqlarının emosional təsiri (ovqatı) altında yenidən danışır və yenidən yazırlar.
    Kəsəsi, el arasında deyildiyi kimi «çevir tatı (qamçını), vur tatı (qamçını)»…

    P.S. Yeri gəlmişkən, atı arabaya da qoşmaq olur… Deyilənə görə bu üsul miladdan öncə təxminən 3000-ci illərdə kəşf olunub…

Bu yazı 862 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :