-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Böyük Britaniyada SÖZ AZADLIĞI... pozulur


Ülkər Abdullayeva
 "Gündəlik Teleqraf" qəzeti
30 mart 2012-ci il - 30 aprel 2012-ci il

    Ölkəmizdə söz azadlığının vəziyyətinin"həyəcan" doğurması barədə Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun (İPGA) növbəti hesabatı təbii, ölkə müxalifəti üçün göydəndüşmə oldu. Bu məlumat müxalif mediada kifayət qədər məmnuniyyət hissi ilə hərtərəfli şərh olundu. Amma dünyada azad sözün, informasiya əldəetmə hüququnun pozulmasına dair başqa nümunələr də var ki, bu, sözügedən qrupda cəmləşmiş 20 təşkilatın mərkəzi ofislərinin yerləşdiyi ölkələrdə ciddi rezonans doğurub. Problemə sadəcə, son günlərin ən populyar hadisələrindən birinin misalında yanaşmağa cəhd edəcəyik.
    Ötən həftə Londonda rus milyonçusu, bankir, Vladimir Putinlə aralarında yaranmış sərinlik ucbatından ölkəsini tərk etmiş German Qorbuntsovun güllələnməsi Avropa dövlətlərində də söz azadlığı sahəsində vəziyyətin heç də yüz faiz yaxşı olmadığı qənaətini yaradıb. İngilis mediası Qorbuntsova sui-qəsd barədə məlumatın yerli mətbuatdan gizlədilməsi faktını söz və informasiya əldə etmək azadlığına zərbə kimi qiymətləndirib. Həm də bu hadisə təkcə mediaya qarşı deyil, London sakinlərinin, Qorbuntsovun rəhbərlik etdiyi biznes qurumlarının əməkdaşlarının, həmçinin bütövlükdə Böyük Britaniya vətəndaşlarının hüquqlarının pozulması kimi şərh edilir.
    "The Mail on Sunday" Qorbuntsovla bağlı məlumatın İngiltərə mətbuatına yalnız 3 gün sonra Rusiya qəzeti tərəfindən sızmasına qəzəbini ifadə edib. Qəzet Skotland-Yardın yalnız öz saytında nəzərə çarpmayan bir yerdə hadisə ilə bağlı kiçik məlumat yaymasını informasiya yayımının məhdudlaşdırılması kimi dəyərləndirib. "Cənab Qorbuntsovu avtomatla vurublar. Əgər əcnəbilər Britaniya torpaqlarında bir-birilərinə güllə yağdırırlarsa, Britaniya vətəndaşları bu barədə bilmək hüququna malikdirlər" - yazan qəzet bir müddət əvvəl Parlamentin Deputatların İş Standartları Komitəsinin sabiq sədri xanım Elizabet Filkinin Skotland-Yardla jurnalistlərin arasındakı əlaqələr barədə hesabatını da xatırladıb.
    Burada qeyd olunub ki, Putinlə münaqişəli olduğu üçün Britaniyada köç salan və narkotik mafiyası ilə əlaqədə olduğu söylənilən bankir Qorbuntsovun güllələnməsini altı il əvvəl KQB-nin sabiq əməkdaşı Aleksandr Litvinenkonun güllələnməsi ilə müqayisə edirlər. Qəzet bu barədə informasiyanın gizlədilməsini Britaniya xalqının aralarında qatillərin dolaşması barədə məlumat əldə etmək hüququnun pozulması kimi qiymətləndirib. Xanım Filkinin öz məruzəsində Rusiyanın söz azadlığı prinsiplərinə istinad etdiyinə dair kinayəli fikirlər də əksini tapıb.
    Britaniyanın digər nüfuzlu nəşrləri və BBC telekanalı da olayın xalqdan gizlədilməsini söz azadlığına zərbə kimi qiymətləndirib."Sizin MDB ölkələrində söz azadlığı barədə hesabatlarınız, fikirləriniz saxtadır, bu məsələdə imitasiya ilə məşğulsuz. Sözü, informasiya azadlığını siz boğursuz" deyə"Radio Free Europe"nin aparıcısı canlı efirdə bildirib.
    Böyük Britaniyanın"Redaktorlar cəmiyyəti"nin icraçı direktoru Bob Setçuell də qəzəbini bu sözlərlə ifadə edib:"Söz azadlığının boğulmasına dair məkanlar dəyişir, biz postsovet Şərqinə səcdə etməyə başlayırıq".
    Rusiyanın Qara dəniz-Xəzər Regionu Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov da ingilis qəzetlərinə bir sıra ölkələrdə söz azadlığının boğulmasına dair "Amnesty İnternational" təşkilatının hesabatından gileylənərkən deyib: "Tez-tez post-sovet regionunda söz azadlıqlarının boğulması barədə hesabatlara, mətbu yazılara rast gəlirəm. Bu regionda sözlə bağlı həssaslığın yüksək olduğu ölkələr var. Rusiyada gündəlik ifadələr kimi işlədilən sözlər Azərbaycanda cinayət məsuliyyəti yaradır. Adamlar o sözləri təhqir, şərəf və ləyaqətin alçaldılması kimi qəbul edirlər. Yaxud da, Rusiyada dahi şəxslər, dövlət və ictimai xadimlər barədə lətifələr çox populyardır, halbuki Gürcüstanda buna görə müharibə baş verə bilər. Belə özəllikləri nəzərə almayan Qərbdəki siyasi dairələr azad sözün boğulması ifadəsini işlətməyi sevirlər. Bu ölkələrə qarşı müxtəlif hesabatlar hazırlanır, məhdudiyyətlər, sanksiyalar planlaşdırılır. Lakin Qərbdə elə əhəmiyyətli informasiyalar əhalidən gizlədilir ki, bu söz və informasiya əldə etmək azadlığına çox ağır zərbə hesab oluna bilər".
    Rusiyalı həmkarının fikirlərinə Amerikanın media analitikası sahəsində məşhur mütəxəssis olan Uilyam Dankerli də dəstək verib. O, Qərbdə söz və informasiya azadlığı barədə prinsiplərin vaxtaşırı pozulduğunu açıqlayıb.
    "Post-sovet məkanında mediada prezidentin söyülməsinə imkanın yaradılmamasını söz azadlığına təzyiq kimi qiymətləndirirlər. Adamların söyüş barədə informasiya əldə etmək imkanları məhdudlaşdırılırmış. Amma Qərbdə elə məsələləri mediadan gizlədir, yaxud da elə informasiyaları yaymağa qoymurlar ki, bunun bütün dünya üçün əhəmiyyəti var" - deyən Dankerli təfərrüatlara varmanın onun özünə də problem yarada biləcəyini açıqlayıb. O, Qorbuntsovun güllələnməsi barədə məlumatın gizlədilməsini post-sovet ölkələrindəki informasiya azadlığına olan məhdudiyyətlərdən daha neqativ hal kimi dəyərləndirib.
    Məsələnin mahiyyəti ondadır ki, Qorbuntsov kimi ictimai əhəmiyyətli bir rus biznesmen London küçələrindəki sərbəst atışma nəticəsində vurulur. Bundan isə media və ölkə vətəndaşları 3 gün ərzində xəbər tutmur. Böyük Britaniya qanunlarına görə, ictimai əhəmiyyətli şəxslərlə bağlı ictimai əhəmiyyət kəsb edən informasiyalar dövlət orqanları tərəfindən ən çoxu 24 saat müddətinə açıqlanmalıdır. Əks halda, informasiya əldə etmək hüququ və dövlət orqanlarının məlumat yaymağa borclu olduğunu barədə ölkənin müvafiq qanunları, xüsusilə də Konstitusiyası pozulmuş sayılır. Qanunların şah olduğu, insan hüquqlarının hər şeydən öndə gəldiyi iddia edilən Avropa üçün belə kobud qanun pozuntusunun miqyasını müəyyən etmək yəqin ki, azacıq məlumatlı oxucu üçün çətin deyil. London polisi isə 3 gün susmaqla, həm də ictimai asayişin pozulması, londonluların təhlükəsizliyi, biznesmenin şirkətlərində çalışan işçilərə maddi və mənəvi ziyanın dəyməsi, ona məxsus qiymətli kağızların taleyinin risq altına girməsi və digər məsələlərə xələl gətirib.

Bu yazı 789 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :