-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Milli-məvəvi dəyərlərin təbliği QHT-lərin əsas vəzifələrindən biri kimi


Elməddin Hacılı
Vətəndaş Cəmiyyəti Problemlərini Tədqiqi Mərkəzinin sədri

11 may 2012-ci il - 11 iyun 2012-ci il

    Bu gün Azərbaycan Respublikasının  dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması  vətəndaşların  tərbiyəsində  xüsusi yer tutur. Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara  yiyələnən  və yüksək milli  mənəvi dəyərlərə malik vətəndaşın yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Ekspertlərin də fikirincə maddi və mənəvi inkişafda müvazinətin saxlanmasının beynəlxalq mədəni təşkilatlar səviyyəsində dəstəklənməsi isə dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnozları hələ də stimullaşdırmaqdadır.
    Düşünürik ki, günümüzdə dövlətlə bərabər  QHT-lərin də  işinin əsas qayəsi   vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdən ibarət olmalıdır. Təəssüf hissi ilə deməliyik ki, mili-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin də işlərində bir sıra nöqsanlar və çatışmamazlıqlar mövcuddur. Bəzən  bir sıra  QHT-lər  tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir.
    Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarında olan QHT-lərin də üzərinə böyük məsuliyyət  düşür. Bu gün vətəndaşlarımızın  milli  ruhda tərbiyəsi dövlətlə bərabər QHT-lərin də prioritet istiqamətlərindən biri olmalıdır. Bir məsələni də qeyd etmək lazımdır ki, QHT-lərin inkişafı  barədə dövlət başçısı tərəfindən 2007-ci ildə  imzalanan  konsepsiyada da milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlərin də öz əksini tapıb.
    Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Vətəndaş cəmiyyətinin bir aparıcı inistutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki,  bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə,  öz  ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. QHT-lər bir məqamı da daim nəzərdə saxlamalıdırlar ki,   hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır.
    Bu baxımdan  yuxarıda göstərilənləri nəzərə alaraq ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə layihə və  fəaliyyətləri gücləndirmək, daha da təkimilləşdirmək lazımdır. Qeyd etməkliyik ki, bu bəzi QHT-lər  paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı  teatrların  inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihlər icra etməkdədirlər.
    QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Ekspertlərə görə də çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Azərbaycançılıq vahid Azərbaycanı, ölkəmizdə tarixən mövcud olmuş dini və milli tolerantlığı, həmrəyliyi ehtiva edir. Bu ideya Azərbaycandakı etnik müxtəliflikdən sui-istifadə etmək istəyən qüvvələrə qarşı ideoloji sipər, ölkəmizin şovinist Ermənistanla informasiya mübarizəsində mühüm təbliğat vasitəsidir. Bu istiqamətdə də QHT-lərin fəaliyyətini qənaətbəxş hesab etsək də,  onlar bu sahədəki işləri daha da təkiminləşdirilməli, müasir informasiya texnologiyalarının imkanlarından maksimum istifadə etməlidirlər. Həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində Azərbaycan xalqının tarixi-mədəni irsi, azərbaycançılıq fəlsəfəsi barədə elmi-tədqiqat və maarifləndirmə işlərinə informasiya dəstəyinin verilməsi işinə xüsusi diqqət ayrılmalıdır.  
    Yuxarıda qeyd olunduğu kimi,  hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də  mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması  və inkişaf inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin ən öndə gedən vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, ölkəmizdə  son illərdə  bu istiqamətdə  əhəmiyyətli layihələr həyata keçrilir və keçirilməkdədir.
    Son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçirib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və  ictimai fəallıq göstərmişlər. Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan qusurları ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində bulunublar.  Fikrimizcə, kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidirlər.
    Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər milli qəhrəman, şəhid ailələri, mədəniyyət aə milli adət-ənənələrimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qurur. Bütövlükdə  bu qrup QHT-lərin fəaliyyətində  vətəndaşları milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi də yüksək qiymətləndirmək olar. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almalıdırlar. Eyni zamanda QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında  milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların  təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir .
    Ümumiyyətlə, QHT-lər milli-mənəvi dəyərlərin qorunması ilə məşğul olmaq, onu təbliğ etmək imkanında olan praktiki qrumlardandır. Və onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum şəkildə həmişə yaralanmalıdırlar.
    Sonda onu da demək yerinə düşərdi ki, hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Bu yazı 827 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :