-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Elmi elitanın gələcəyini düşünərkən...


İlkin Ağayev

8 iyun 2012-ci il - 18 iyun 2012-ci il

   Türkiyədə Təhsil Sosiologiyası üzrə 1-ci Beynəlxalq Simpoziuma tezislər və məqalə göndərmişdim və bunun nəticəsində orada iştirak üçün dəvət almışdım. Amma yalnız yol xərcini təmin etmək üçün müvafiq maliyyə mənbələrinə müraciət etmək lazım gəldi. Bununla bağlı müraciət etdiyim əlaqədar qurumlarda məni o qədər get-gələ saldılar, o qədər lazımsız –bürokratik sənədlər tələb etdilər ki, doğrusu, sonda həmin qurumların bilet pulunu ödəməsindən vaz keçməli oldum. Çünki bütün enerjim buna sərf olunacaqdı və sonda da yəqin ki, həmin qurumlar uçuş biletimi təmin etməyəcəkdilər... Hər halda indiyə qədər bu qurumlara müraciət edib əliboş qalan gənc alimlərin dedikləri də mənə vəziyyəti izah etdi...
   Amma bu məsələ barədə danışarkən ayrı-ayrı insanlar tərəfindən bilet xərcini ödəmək təklifi ilə çıxış edənlər çox oldu. Onların içində xüsusilə hacılar üstünlük təşkil edirdi... Amma bu hacılar hələki istər mənən, istərsə də maddi baxımdan hacı üstəgəl Zeynalabdin ola bilmədiklərinə görə onların da bu cür təkliflərindən vaz keçdim. Nəhayət belə bir qurum tapıldı – Türkiyəni təmsil edən Gəncliyə Yardım Fonduna müraciət etdim və bu qurum bilet xərcimi ödəməyi üzərinə götürdü. Buna görə həmin quruma və onun rəhbərliyinə təşəkkür etməyi özümə borc bilirəm... Amma hər halda o da maraqlıdır ki, bu qədər ayrı-ayrı insanlar özlərini xeyriyyəçi kimi göstərmək istədikləri halda niyə qruplaşıb bizdə məhz bu cür məqsədlərə xidmət edən fondlar yaratmırlar? Niyə belə fərdlər özlərini qələmə verdikləri kimi, xeyriyyəçi məqsədlərlə kollektivləşmirlər? Bunun üçün nə çatışmır?...
   Beləliklə, Ankaradakı simpoziuma qatıldım. Oradakı gənc alimlərin fəaliyyəti, araşdırmaları ilə də tanış olmaq imkanım oldu. Doğrusu, orada fərqli bir elmi və təhsil mühitinin olduğunu gördüm. Xüsusilə gənc alimlərin yalnız elmlə məşğul olmaları üçün kifayət qədər şərait və maddi stimul var. Onlar imkansızlıqdan bir əldə “üç qarpız” tutmayaraq sırf elmi fəaliyyətlə məşğuldurlar və xarici elmi konfranslara olan səfərləri də təmsil olunduqları elmi qurumlar tərəfindən maliyyələşdirilir. Onlar kifayət qədər həqiqi elmi araşdırmalar, orijinal mövzularla məşğul olurlar, gənc olmalarına baxmayaraq ortaya bəzi “professorların” yaza bilməyəcəyi fundamental elmi işlər qoya bilirlər...
   20 ildir müstəqillik qazanmış ölkəmizdə bu cür üstqurum sahələrinin qurulması prosesi sürətlə gedir – bu, özlüyündə çox yaxşıdır. O da sevindirici haldır ki, ölkəmizdə də son zamanlar gənc alimlərin elmi tədqiqatlarının maliyyələşdirilməsi ilə bağlı xeyli vəsait ayrılır. Məsələn, az öncə gənc alimlərin layihələrinin maliyyələşdirilməsi üçün Elmin İnkişafı Fondu tərəfindən 3 milyon manat vəsait ayrıldı. Bu məbləğ gənc alimlərin daha effektiv tədqiqat aparmalarına xeyli kömək edəcək. Bu cür təminatların gələcəkdə daha da intensiv olacağı ağlabatandır.Bu kontekstdə yuxarıda qeyd etdiyim məsələyə də ayrıca bir nəzər yetirilməlidir. Yəni gənc alimlərin, tədqiqatçıların elmlə bağlı beynəlxalq səfərlərinin maliyyələşdirilmə mexanizmi təkmil bir şəkildə formalaşdırılmalıdır. Burada elə bir mexanizm olmalıdır ki, daha kütləvi sayda gənc tədqiqatçılar bu mexanizmdən bəhrələnə bilsin. Bununla gənc tədqiatçıların təcrübəsi daha da artmış olar, innovativ elmi ideyaların ölkəmizdə reallaşdırılması daha yaxşı mümkün olar, eyni zamanda Azərbaycan elmi, eləcə də Azərbaycan barədə bilgiləri beynəlxalq arenada daha çox yaymaq imkanları qazanmış olarıq...

Bu yazı 671 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :