-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

"Anamın kitabı”


Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü

18 iyun 2012-ci il - 29 avqust 2012-ci il

Əsas personajlar:
   Rüstəm - Avropada təhsil alıb. Liberal - demokratdı. ATƏT-in Bakı ofisində işləyir. Dindən uzaq adamdır, bütün dindarları avam, cahil, xürafatçı hesab edir. Öz millətini bəyənmir, onu geridə qalmış feodal qalığı sayır. Milli bayramlara, adət-ənələrə lazımsız, əhəmiyyətini itirmiş bir şey kimi baxır. Evlənmək, ailə qurmaq, övlad uşaq sahibi olmağı hələ ki tez, ümumiyyətlə lazımsız hesab edir. İş yoldaşları, xaricdə birgə təhsil aldığı rəfiqələri ilə müvəqqəti münasibətlərə üstünlük verir. İran əleyhinə kompaniyada aktiv iştirak edir, İsrailin köməkliyi ilə orada da qərb modelli dövlətin qurulmasını arzulayır. Ən böyük arzusu Azərbaycanın Avropa Birliyinə qəbul olunması, bütün şərqin demokratikləşməsidi.
   Muhammed Abu-Bekir – Qardaşlar arasında yeganə ailəli olanı. 3 uşaq atası. Xanımı ilə Mədinədə təhsil alarkən tanış olub, elə oradaca müsəlman qaydasınca kəbin kəsdirib. Uşaqlarının ikili vətəndaşlığı var. Ailəsində Quranın dili olan ərəbcə danışılmasına üstünlük verir. Uşaqlarını Allahın köməkliyi və əxilərin yardımı ilə kiçik biznesi sayəsində dolandırır. Uzun saqqal saxlayır. Sadə geyimə, qısa şalvara üstünlük verir. Dini ayinlərin icrasına çox həssas yanaşır. Namaz qılıb oruc tutmadıqları üçün qardaşlarına və bacısına nifrət edir. Cümə günlərini məsciddə və onun ətrafında əxilərə məxsus obyektlərdə keçirir. Rüstəm qardaşı ilə ortaq cəhəti milli bayramlara və ənənələrə artıq lazımsız bir şey kimi baxmasıdı. Maraqlıdı ki, ortaq tanışları da çoxdu. İdealı böyük xilafətin bərpası və Azərbaycanın da bu xilafətdin trəkib hissəsi olması.
    Səməd Vahid - litsey məzunu. Biznesmen. Liberal, ilıq islam tərəfdarı. Özəl bir müəssisədə rəhbər vəziədə işləyir. Həyatını işinə və dostlarına həsr edib. Dini ayinləri deyilənlərə görə yerinə yetirir, ancaq bunu hələ heç kəs görməyib. Yayda məzuniyyətini nişanlısı Hülya ilə İstanbulda yaxud Ankarada keçirməyi üstün tutur. Orada çoxlu arkadaşları var. Ən böyük idealı RTƏ.
    Gülbahar – Ailənin son beşiyi. Hər tərəfdə rüşvətin söz keçirdiyi zamənədə təmənnasız orta məktəbi qızıl medalla, ali məktəbi isə qırmızı diplomla bitirib. Öz istəyi ilə müəllimə olub. Aldığı kiçik məvaciblə özünü və anasını dolandırır. Buna baxmayaraq şagirdlərinə bir ana kimi qayğı göstərir, onların savadlanması üçün hər şey edir. Daha qabiliyyətliləri üçün dərsdən sonra pulsuz məşğələlər təşkil edir. Dəfələrlə qabiliyyətsiz şagirdlərinin valideynləri təırəfindən yaxşı qiymət yazması üçün pul və hədiyyələr təklif olunsa da imtina edib, yuxarıya müraciət etməyi məsləhət görüb. Qardaşlarının bir neçə dəfə təklifi olsa da yalandan ehtiyacımız yoxdu deyərək onlardan kömək qəbul etməyib. Işdən gələn kimi yeganə işi xəstə anasına qayğı göstərməkdir. Dəfələrlə həm qohum-qonşudan, həm də qardaşlarınn dostları tərəfindən elçilər gəlsə də heç birinə razılıq verməyib. Həm onların arasında özünə layiq olanı görməyib, həm də anasının qeydinə qalmağı üstün tutub. Ən böyük arzusu, nə vaxtsa bütün ailəsinin bircə saatlıq da olsa bir yerdə yılğılmasını görməkdi.
    Anamız – Yaşlanmış, əldən düşmüş xanım. Əslində əldən düşmsəinin səbəbi yaşı deyil, övladlarının münasibətidi. Həyat yoldaşı 20 yanvarda şəhid olduqdan sonra öz zəhməti ilə övladlarını yarı ac, yarı tox böyüdüb. Bədəninin 20 % demək olar ki, tam iflic olub, ancaq həkimlərin rəyinə görə tamamilə sağalıb ayaq üstə qalxa bilər. Sadəcə çəkdiyi dərdlər və oğullarının laqeyd münasibəti bədəninin qalan hissəsini də halsız vəziyyətə salıb. Aldığı kiçik pensiya ilə qızı ilə birtəhət dolanırlar. Böyük oğlunu nə qədər qohum-tanış qızı ilə evləndirmək istəsə də heç nəyə nail ola bilməyib. O biri oğullarına da üzərinlərində nə qədər haqqı olsa da söz keçirə bilməyib. Üzlərini ildə bir dəfə görə bilir ya yox. Bir-birilərinə görməmək üçün eyni vaxtda gəlməməyə üstünlük verirlər. Nəvələrinin isə ümumiyyətlə dilini anlamır. Ən böyük arzusu sağalıb ayağa qalxmaq, övladlarının hamısını bir yerdə görüb bağrına basmaqdı.
   İnşallah Allah arzusuna çatdırar...

Bu yazı 1698 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :