-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Tiflis təəssüratları


Vüqar Zifəroğlu
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri

25 iyun 2012-ci il - 13 avqust 2012-ci il

    Tiflisə getmək çoxdanki arzum idi. Gedib o tarixi torpaqlarimizi görmək, şah Abbasın Narınqalasına qalxmaq, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Fətəli Xan Xoyskinin, XX əsrin əvvəllərində Azərbaycanın milli müqavimət hərəkatının ən parlaq səhifələrinə öz möhürünü vurmuş “Difai”nin yaradılması və fəaliyyət göstərməsində Rəfibəylilər, Əhməd bəy Ağaoğlu kimi böyük xidmətlər göstərmiş Həsən bəy Ağayevin, böyük ədiblərimiz Mirzə Şəfinin, Mirzə Fətəlinin məzarlarını ziyarət etmək istəyirdim. Şükür Allaha, bu arzualrıma çatdım. Bu gün sərhədlərimiz içində olmayan, o torpaqlarımıza ayaq basmaq nəsib oldu!
    Sınıq körpü qədər ürəyi sınıq olan, ruhu paralanan Azərbaycanımın nə zamanlarsa qərb torpaqlarına daxil olan kimi başladı elə macəramız! Neytral zonada ilk çəkdiyimiz şəkil gürcü gömrükçülərinin heç xoşuna gəlmədi. Halbuki hələ rəsmi Gürcüstan ərazisinə heç daxil olmamışdıq da. Kiçik mübahisədən sonra şəkilləri “sildik”.   
    Gürcüstana daxil olduqdan sonra da, bilmirəm aci taleyin bir oyunu idimi, ya nə, yol soruşduğumuz ilk insan elə öz soydaşımız oldu. Rus dilində yolu sual edərkən, sürdüyü taksidən tez-tələsik düşüb şirin Borçalı ağzı ilə bizə bir xoşgəldin etdi. Bizim ona “Bərk durun, Siz bizim buradakı varlığımızsınız” deməmizə, “Siz olmasanız, bizi burada rahat qoymazlar. Yaxşı ki, siz varsınız! Siz möhkəm olun” deməsinə də o qədər təsirləndik. Öz torpağımızda, öz soydaşımızın dediyi ürək sözləri idi bu!
    Oralarda Azərbaycan adına hörmət qoyulur! Çünki, biz olmasaq, dəstəyimiz olmasa, onsuz da iqtisadi cəhətdən çox çətin vəziyyətdə olan gürcülər, hallarının nə cür olacağını gözəl anlayırlar. Gürcüstanda tam şəkildə AZƏRBAYCANIN bir dövlət olaraq Cənubi Qafqazın ən güclü, lider dövləti olduğunu görmüş olursan! Azərbaycan dövlətinin adı qarşısında geri çəkilir hamı. Amma ürəklərində o həsəd və anlaşılmaz hissləri də sezməmək olmur...
    Gəldiyimiz günün axşamı, bir qədər dincəldikdən sonra Tiflisin düz mərkəzinə gəzintiyə çıxdıq. Ümummilli liderimizin adını daşıyan parkı görmək, onun büstünün qarşısında şəkil çəkdirmək istəyirdik.  Park kiçik olsa da, son dərəcə səliqəli və gözəldir. Parkin arxası isə, tarixi Azərbaycan məhlələridir. Burada bir simvolik mənada var. Sanki bu park, o tarixi məhlələrimizin qoruyucusudur, himayəçisidir - “Heydər Əliyev Parkı”! Həmin parkda daha bir neçə soydaşımızla tanış olduq. Ürək söhbəti etdik, xatirə şəkili çəkdirdik. Ümumiyyətlə bu park, bizimkilərin istirahət, dincəlmək yeridir. Bu park sanki, Azərbaycanımızdan bir parçadır.
    Bərkdən öz ana dilimizdə danışaraq gəzmək və ətrafda bəzən erməni baxışlı yastıbaş yaratıqların necə nifrət və paxıllıqla dop dolu nəzərlərini öz üzərində hiss etməyin isə ayrı ləzzəti var. BİZ SEÇİLİRİK! BİZ HƏMİŞƏ SEÇİLMİŞİK! BİZ TÜRKÜK! AZƏRBAYCANLIYIQ! İNSAN İRQİNİN ƏN KAMİL NÜMUNƏSİ, PEYĞƏMBƏR (s.a.s.) ƏFƏNDİMİZİN ÖVDÜYÜ NƏCİB İRQİK! YARATIQ DEYİLİK DƏ O SƏBƏBDƏN!!!
    Növbəti gün Botanika bağına getmək ən birinci hədəfimiz idi! Çünki, AZƏRBAYCAN SƏFƏVİ İMPERATORLUĞUNUN TARİXİ YADİGARI VAR İDİ ORADA! ƏZƏMƏTLİ NARIN QALA! Tibilisinin harasında olursansa ol, Narınqala oradan görünür! İndi başına xaç salınıb amma o qala divarlarının, həyətində də, turistlərə 4-5-ci əsrlərdə tikilmiş kilsə kimi təqdim edilən bir xristian məbədi var...
    Narın qalanı zatən gürcü tarixçiləri ora gələn qonaqlara bir gürcü çarının öz sevgilisi üçün inşa etmiş olduğu bir yer kimi təqdim edirlər. Şah Abbasın adı gələndə də diksinirlər. Nə deyəsən axı. Şah babamız Tiflis səfəri zamanı xaincə edilmiş Gəncə yürüşünün və aparılan Gəncə qapılarının əvəzini çıxıb o zaman. Gürcülər bunu unutmurlar. Biz isə Gəncə yürüşünü unutmuşuq...
    Anar Turanla mənim, Türkiyəmizdən olan qonaqlara Narın qala haqqında danışmağımız, qardaşlarımızı gəzdirən gürcü tarixçi xanımla kiçik polemika yaratdı. “Siz bilirsiniz heç Şah Abbas nə edib bura yürüş edəndə?” sualına, mənim “Siz nə gözləyirdiniz ki? Əlində gük-çiçək gəlməli idi buralara?” cavabını verməyim isə, xanımı həm çaşadırdı, həm də susmağa məcbur etdi.  Həyatın bir istehzası idi həmin an orada yaşananlar. BİR AZƏRBAYCAN TÜRKÜ, BİR ANADOLU TÜRKÜNƏ TARİXİNİN DOĞRULARINI, İNDİ YAD ÖLKƏ OLAN, AMMA NƏ ZAMANSA BU İKİ TÜRKÜN İMPERİYALARININ SƏRHƏDDLƏRİNİN KƏSİŞDİYİ TORPAQLARDA  İZAH EDİRDİ, HƏMİN TARİXİN YADİGARI OLAN QALA DİVARLARI QARŞISINDA...   
    Ərazisi son dərəcə böyük olan Botanika bağında kiçik bir qəbiristanlığı tapmaq isə lap sərgüzəşt oldu! İlik dəfə idi ora gedirdik. Amma böyük şəxsiyyətlərimizin, ələlxüs Xoyskinin və Ağayevin məzarlarını ziyarət etmədən dönməyi yaraşdırmırdıq özümüzə. Kimə də soruşurduq ya cavab vermirdilər, ya da bilmədiklərini söyləyirdilər. Demək olar ki, həvəsdən düşmüşdük. Ceyhun Bayramlının ən son anda “bura qədər gələsən, Xoyskini ziyarət etməyəsən” deməsi, sanki hamımıza yeni bir həvəs gətirdi. Bir neçə saat gəzdikdən sonra, nəhayət ki, bəxtimiz gətirdi. Məktəblilərlə gələn bir gənc gürcü xanm müəllimə mənim israrlı xahişimdən, “Əli və Nino” romanından gətirdiyim iqtibaslardan və nəhayət gürcü və azərbaycanllıların “tarixi dostluğu” ilə bağlı pafoslu şüarlarımdan təsirlənərək bizə kömək edə biləcəyini söylədi. Və biz bir qədər aralıda gəzən digər məktəbli ekskursiya qrupuna yaxınlaşdıq.  Bu qrupa rəhbərlik edən xanımı isə mən tanıdım. Maraqlı orasıdır ki, həmin qadını təqribən bir saat bundan qabaq görmüşdük və mən ondan qəbiristanlığın yerini soruşsam da, o ümumiyyətlə mənə cavab verməmiş və gəzdirdiyi uşaqları səsləyərək bizdən aralanmışdır. Mən o qadının rus dilini bilmədiyini düşünmüşdüm  o zaman (mən isə rus dilini çox gözəl bilirəm və zatən səfərdə olduğumuz müddət ərzində qrupumuzun qeyri-rəsmi baş tərcüməçisi mən idim, yəni, rus dilini bilən insanın mənim ruscamı anlamaması mümkünsüzdür). Yanımdakı xanım müəllimə isə gürcü dilində ona nələrsə dedikdən sonra, sanki bu qadın birdən birə rus dilini bildi. Hətta həmin qəbiristanlıqda dəfn olunan Mirzə Şəfi və Axundovun adlarını da çəkdi. Yolu yarıya qədər gətirdikdən sonra, qalan hissəsini izah etdi. Biz onlardan ayrıldıq və bu böyük şəxsiyyətlərimizin ziyarətinə tələsdik. Və nəhayət ki, onları tapdıq...
    Azərbaycanımızın XX əzrin əvvəllərində dünya tarixinə, bütün Türk-İslam dünyasında ilk demokratik cümhuriyyət kimi damğa vurmasında müstəsna xidmətləri olan bu iki böyük dövlət xadimimizin məzarları qarşısında durduq! Ürəyimizdə onlara öz hesabatımızı verdik. Ruhlarına bir fatihə ehsan etdik!
    Sabahisi Gürcüstanda səhər yeməyimizi canımız Türkiyəmizin adını daşıyan restoranda yedikdən sonra yola rəvan olduq. Azərbaycanımıza doğru. Soydaşlarımızdan qucaq dolu sevgi və salamlar gətirərək...
    Ayrıldığımız zaman qəribə bir hisslər keçirirdim. Bakım üçün – doğma şəhərim üçün çox darıxmışdım. Bir tərəfdən düşünürdüm. ORADA OLARKƏN, ÖZ YURDUNDA İKƏN ÖZÜNÜ QƏRİB HİSS ETMƏK NƏ QƏDƏR DƏ AĞIR İMİŞ! ALLAH ORADAKI SOYDAŞLARIMIZIN YAR VƏ YARDIMÇISI OLSUN! BİZ SİZİNLƏYİK! AZƏRBAYCAN SİZİNLƏDİR!







1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  Birol Akbaba

E-mail:           [email protected] .com

Şərh:             Ben Birol Akbaba ulu türk yurdu Tiflis Arıklı köyündenim. Dedemiz Arpaçaya gelmiş, oraya yerleşmiş. Tiflis Arıklı koyünde dedem, amcam ve bütün akrabalarım kalmışlar.

Bu yazı 786 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :