-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Cinsi tərbiyəsizlik


Nərmin Məmmədli

13 avqust 2012-ci il
- 31 avqust 2012-ci il

   Uşağın cinsi şəxsiyyətinin formalaşmasında valideynlərin rolu əvəzedilməzdir. Burada cinsəlliklə bağlı doğru məlumatlandırma ən önəmli  ünsür sayılır. Ən kiçik yaşlarından tətbiq edilməsi gərəkli olan bu cinsi tərbiyə təəssüf ki, bir çox Şərq ölkələrində olduğu kimi bizdə də “ayıb” qəlibi içərisindədir. Keçmişdən qalma mənasız bir çox inanclar  bu qəlibin divarlarını sıvayır. Əlavə olaraq elə ata-analarının özlərinin də bu tabularla böyüdülməsi, o mühitdə tərbiyənləndirilməsi bu inancları qırmağa imkan vermir, beləcə “cinsi tərbiyəsizlik” meydana gəlir. Mütəxəssislər qeyd edir ki, fərdin cinsəlliklə əlaqədar məlumatların, düşüncələrin, necə və hansı şərtlər daxilində öyrənmiş olması çox əhəmiyyətlidir. Belə ki bu fərdi həm müsbət, həm də mənfi cəhətdən təsirləndirə bilər.

Ayıblarımızı örtməyək!
   Bizdə cinsəllik mövzusunda 3 inanc vardır: o ayıb, qadağan və günahdır. Lakin bunlardan daha ötə olan insan təbiətindəki maraq duyğusudur. Məhz insanın bioloji və fizioloji inkişafından irəli gələn maraq duyğusudur ki, onun vasitəsi ilə mümkün variantlar çərçivəsində bu məsələyə dair məlumat əldə edilir. Əslində etiraf etmək gərəkir ki, bizim cəmiyyətdə ayıb anlayışı çox qəribədir. Sanki ayıblarımızı örtməklə reallığı dəyişdirəcəyimizi sanır və bu səbəbdən qadağalara baş əyirik.
   Bir neçə dəfə cinsi tərbiyənin önəmi ilə bağlı gənc analarla söhbətlətim olub. “ Mənim uşağım o barədə düşünməz” , “mənim uşağım elə şeylər bilmir” –bu cavablarla susdurulmağa çalışılmışam. Lakin müşahidələrim deməyə imkan verir ki, məhz o anaların özləri həqiqətən  doğru cinsi tərbiyə görmədiklərindən övladlarına bu anlayışı ayıb, qadağa və günah çərçivəsində 1-2 cümlə ilə anladaraq onların başqa yollarla məlumat arayışına çıxmasına zəmin yaradıb.  Bu gün kimsə zəmanət verə bilməz ki, bu vəziyyət o uşağın irəli zamanda cinsi şəxsiyyətinin formalaşması  baxımından hansı nəticələri doğuracaq. Hətta araşdırmalar göstərir ki, bu kimi şəxslər gələcəkdə orgazm ola bilməmə, erkən boşalma və ya sərtləşmə pozuqluqlarla yanaşı istənməyən hamiləlik, cinsi təzyiqlər, cinsi yolla bulaşan xəstəliklər və s. kimi cinsi problemlər yaşayır.

Cinsi həyat evliliyin təməlidir
   Hər nə qədər statistiki göstəricilər olmasa da, müşahidələr göstərir ki, bu gün evliliklərin çoxunun dağılmasında önəmli faktorlardan biri məhz cinsi problemlərdir. Elə bu səbəbdən bu vəziyyət cəmiyyətin sağlam təməllərini sarsıdan əsas amil sayıla bilər. Çünki unudulmamalıdır ki, cinsi həyat hər bir evliliyin əsas qoruyucusudur.  Lakin tabular mühitində yaşayan fədlər cinsi problem səbəbiylə boşanma iddiasına baş vurduğu zaman məlum olur ki, çoxluq bu problemi qarşı tərəflə heç müzakirə etməyib. Səbəb bəllidir: beynimizə hopdurulan ayıb anlayışı. Bu özü ayrıca bir problemdir, kökündə isə əlbəttə, yanlış tərbiyə durur.

Cinsi tərbiyə ailədən başlayır
   Uşaq lap körpəlikdən özünü kəşf etməyə başlar. Hətta ilk olaraq altının dəyişdirilməsi zamanı cinsi orqanına toxunar və bu toxunuşun ona həzz verici olduğunu öyrənər. Daha sonra 2-2,5 yaşlarında aldığı tualet təhsili ilə cinsi orqanına olan marağı artar. Bu zaman valideynlərin ən böyük səhvi övladlarına qarşı bu marağa görə ciddi və sərt reaksiya göstərmələridir. Bu da tamamilə yanlış bir davranışdır. Çünki bu sadəcə öz cinsini kəşf etmə duyğusudur, masumanədir. 3-5 yaş arasında artıq uşaq öz cinsinin fərqindədir, qarşı cinslə özünü müqayisə edib nəticələr çıxardaraq suallarına başlayar. Bu seksual suallar daha çox onun necə doğulması, qarşı cinsdəki fərqli görünüşlərlə bağlı ola bilər. Bu zaman valideynlərin sərt reaksiyası onda utanma və duyğularını gizlətmə kimi hisslər yaradar. Beləcə onun şəxsiyyət kimi formalaşmasının təməl daşını yerindən tərpətmiş olarıq. Məhz belə yanlışlıqları önləmək üçün uşağın yaşına uyğun şəkildə, sadə dildə ona gerçəkliyi anlatmaq gərəkir. Leylək gətirdi, bazardan aldıq kimi nağıllarla siz onları aldada bilməyəcəksiz. Özu də indiki dövrdə heç uşaqlar leyləklərə də inanmır axı.
   7-8 yaşlarında sönən cinsi maraq yetişkinlik dövründə yenidən başlayar. Bu səbəbdən yetişkinlik öncəsi və zamanı ata-anaların cinsi tərbiyə vermələri çox önəmlidir. Çünki sizin onlara qoyduğunuz qadağalar onlar üçün keçilməz sədd deyil. Sizdən öz suallarına cavab almazsa, ən əsası cinsi problemlərini sizinlə bölüşməzsə, xüsusən yetişkinlik dövründə keçirdiyi yeni hiss və duyğuları, inkişafı ona anlatmazsanız, əmin olun ki, başqa qaynaqlara baş vuracaqdır. Araşdırmalar da göstərir ki, bu qaynaqlar çoxluqla sağlam bilgilər olmur. Və bu yeniyetmənin sağlam cinsi həyatına təsir göstərəcəkdir.  

Cinsi tərbiyədə edilən 4 səhv
   -cinsəlliklə bağlı məlumat yardımı istəyən uşağa ciddi və sərt reaksiya göstərmək.
   Bu zaman  maraqlanılan mövznun qadağan ya da günah olduğu düşüncəsi şüuraltına yerləşir. Unudulmamalıdır ki, belə bir qadağa və utanc anlayışı ilə inkişaf edən cinsi istək heç zaman sağlam həyat bəxş edə bilməz.
   -cinsi sağlamlıqla bağlı problemləri görməzdən gəlmək
   Bu da öz növbəsində çox yanlış və sıxlıqla görünən haldır. Hətta tibbi cəhətdən yardım göstərilməsi lazımı anda hər hansı cinsəlliklə bağlı  problem paylaşılmadıqda bu gələcəkdə ciddi nəticələrə gətirib çıxarda bilər.
   -cinsi orqanlar daha çox utanılacaq, murdar olaraq tanıdılır
   Bu məqam uşaqların  irəli yaşlarında hətta partnyorları ilə aralarında ciddi problemlər yarada bilər. Xüsusən də cinsəlliyə qarşı sərt və mühafizəkar davranışlar sərgiləmələrinə səbəb yaradar. Əlavə olaraq ata-anaların cinsi orqanlara qoyduqları uşaqcasına adlar da çox yanlış bir hərəkət sayılır. Cinsi orqanlar vagina və penis olaraq tanıdılmalıdır. Hər mövzuda olduğu kimi burada da uşaqların yaşına uyğun elmi yanaşma olması mütləqdir.
-uşaqlarda qarşı cinslərinə nifrət oyatmaq
   Bizim kimi qapalı cəmiyyətlərdə bu davranış xüsusən görülməkdədir. Bu isə övladın gələcək ailə həyatının istənilən məqamında özünü göstərir. Cinsi həyat da daxil olmaqla. Yeri gəlmişkən onu da qeyd edim ki, bizim cəmiyyətdə cinsəllik sadəcə nəsil artırma kimi anlaşılır. Tamamilə yanlış düşüncədir. Cinsəllik şəxsi gigiyenadan tutmuş, qadın və kişi anatomiyasına qədər bir çox mövzuları əhatə edən elmdir.

Məktəblərdə cinsi təhsil
   -ilk cinsi tərbiyə ailədən başlayır. Ata-analar bu mövzu ilə bağlı övladlarına doğru şəkildə ilkin bilgiləri verməlidir.
   -məktəblərdə qanuni olaraq cinsi təhsil verilməlidir. Bu əslində ayrıca bir fənn kimi deyil də,  fərdi şəkildə də müəyyən olunmuş psixoloqlar tərəfindən də ola bilər.
   -hər yaş dövrü üçün cinsi məlumatlandırma xidmətləri olmalıdır. Çünki bu günün və dünənin valideynləri də məhz cinsəlliklə bağlı tabularla böyümüşlər. Bu xidmətlər övladlarını doğru cinsi tərbiyə vermək üçün valideynlər, evlilik öncəsi gənclər və əlbəttə ki, istənilən yaş qrupunda cinsi problemləri yaşayan şəxslər üçün nəzərdə tutulmalıdır.
   -seksologiyaya ayrıca bir elm sahəsi olaraq ABŞ və bir çox Avropa ölkələrində olduğu kimi yer verilməlidir. Mümkün çərçivədə xaricdən bu sahə üzrə mütəxxəssislər dəvət edilərək maarifləndirici tədbirlər görülməlidir.
   Əslində variantlar çoxdur, sadəcə onu tətbiq etmək gərəklidir. Lakin bu gün cəmiyyətimizdəki inaclar elə bir duruma gəlib ki, onları yıxmaq çətinləşib. Bu da öz növbəsində istənilən yeniliyin tətbiqini gecikdirir. Demək, əsas iş bizlərin üzərinə düşür. İnsanın başqalarını dəyişdirməsi özünü dəyişdirməsindən daha çətindir. Buna görə də ilk olaraq özümüz bu məsələdə tabulardan qurtulmalıyıq ki, başqalarına da bunu aşılaya bilək.

Bu yazı 1107 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :