-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Şimal obyektivliyi və cənub mənəviyyatı


Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyi İdarə Heyətinin üzvü

29 avqust 2012-ci il - 5 oktyabr 2012-ci il


    Məsələ süjet xəttində müəyyən analogiyalar olan bəyəndiyim iki film: “Vaterloo körpüsü”  və “Günəbaxanlar” barədə təssüratlarımdan gedir. Mən burada istər Vivien Linin, istərsə də Sofi Lorenlə Marçello Mastrayanenin gözəl aktyorluq qabiliyyəti barədə müzakirə aparmaq istəmirəm. Əsas məsələ hər iki film üçün əsas süjet xətti ola müharibə və onun gətirdiyi bəlalara müxtəlif millətlərin, müxtəlif temparamentlərin yanaşmasıdı.
    Belə bir qənaətə gəlmək olar ki, daha sonrakı filmi çəkmiş italyanlar bununla bir növ britaniyalılara dərs vermək istəyirmişlər. “Vaterloo körpüsündə” söhbət birinci dünya müharibəsində cəbhəyə getmiş və öldüyü güman edilən britaniya zabitinin nişanlısının başına gələnlərdən bəhs edir. Günəbaxanlarda da əsər ikinci dünya müharibəsi zəminində baş verir və cəbhədə həlak olduğu güman edilən italyan əskərinin arvadının qürurundan, sdaqətindən mən deyərdim qəhrəmanlığından bəhs edir.
    Hər iki filmdə ortaq süjet elementləri və qəhrəmanlar var: müharibə, onun gətirdiyi məhrumiyyətlər qadın, ər (kişi) ana-qaynana münasibətləri. Ancaq hansı formada?
    “Vaterloo körpüsündə” baş qəhrəmanın sadəcə qəzetdə nişanlısının həlak olmasına dair ani oxuduğu informasiya ilə dünya başına yıxılır və bununla da belə demək mümkünsə bütün həyatını məhvə aparan bizim ifadə ilə desək axırıncı yola düşməyə təslim olur. Onun artıq kimsəsi yoxdur, işini də itirib, aclıq və səfalət içərisindədir. Yaxın rəfiqəsinin onu aclıqdan və xəstəlikdən qurtarmaq üçün axırıncı yola baş vurması qənaətindədir və özü də bu yolun yolçusu olur. Sonradan nişalnlısının sağ qalması faktı onun sevindirmək əvəzinə ikinci dəfə dünyanı başına yıxır, hər şeyi unudub gələcəyini xilas etmək istəyi də fiaskoya uğrayır, nişanlısının şərəfini qurtarmaq üçün intihar edir. Bununla da əslində britaniyalıların müharibənin gətirdiyi məhrumiyyətlər zəminində insanların öz əxlaqını qurban verməsinə bir növ haqq qazandırmaları qənaətinə gəlmək olar.
    Bəs italyan qadını nə edir? Adi qəzet xəbərindən yıxılan Vivien Linin qəhrəmanından fərqli olaraq Sofi Lorenin obrazı heç cürə ərinin ölüm xəbərini qəbul etmir. Onun müəmmalı şəkildə kəskin Rusiya çöllərində yox çıxmasını bir növ optimizlə qarşılayır. Əsas odur ki onun meyidi gəlməyib, demək ki sağ qala bilər. Bu ümidlə ismətli italyan qadını illərlə ərinə sadiq qalaraq onun yolunu gözləyir. Zahiri gözəlliyi onu ətrafdakıların güclü maraq dairəsinə çevirsə də o təslim olmur. Ta ki illər sonra Stalinin ölümündən sonra SSRİ-yə getmək imkanı əldə edir, əvvəlcə ərinin son dəfə itkin düşdüyü yeri tapır, bircə bircə qəbirləri axtarır, orada də onun qəbrini tapmayanda ümidləri daha da artıq. Daha sonra onu harda gəldi axtarır, hətta ərinin sağ qalacağı halda mümkün SSRİ-İtaliya oyununa gedə biləcəyi ehtimalını əsas tutaraq 100 minlik stadionu belə taramaqdan çəkinmir. Nəhayət dünyanın ərazisinə görə ən böyük dövlətində çoxsaylı axtarışlardan sonra mümkünsüzü bacararaq ərini tapan bu obraz insanda sadəcə hörmət və iftixar hisləri oyadır. Yalnız ərinin naməlum səbəbdən vətənə dönməyərək, öz xilaskarı ilə ailə qurmasını biləndən sonra özü demiş “ölsəydi bundan yaxşı olardı” fikri ilə dünya başına yıxılır, ölkəsinə dönür, ailə qurur, övlad sahibi olur.
    Fikir verirsinizmi italyanlar bu filmdə qadının maddi vəziyyəti, nə ilə dolanması, Britaniyaya nisbətən daha az inkişaf etmiş İtaliyada necə yaşaması barədə heç nə demirlər. Çünki filmin konteksti bu deyil. Əsas məqsəd qadının böyüklüyünü, ismətiniu, qətiyyətini, cəsarətini, sədaqətini və hər necə xoş sözləri deyirsiniz onu vurğulamaqdı. Fikir verdinizsə mən bir neçə dəfə ənənəvi peşəni ifadə edərkən məhv axırıncı yol sözlərini işlətdim. Bəli, bu axırıncı yoldu, sağ qalmaq üçün bundan daha alçaldıcı peşə, dolanışıq, çörək qazanma yolu  ola da bilməz. Bəs yaxşı adi qəzet xəbərindən sarsılan britaniyalıdan fərqli olaraq italyan qadını niyə bu yola düşmür və hətta ərinə olan sədaqətini qoruyur?
    Gəldiyim qənaət məhz bu filmlərdə istehsalçıların ifadə etdikləri məqsədin, eyni zamanda xalqlar arasında olan dəyərlər sisteminin fərqliliyin olmasındadır. Dəfələrlə italyanlarla aramızda olan temperamentin, dəyərlər sisteminin oxşarlığının şahidi olmuşuq. İtalyan qadınının hərəkətləri bizdə ancaq xoş təəssüratlar oyadır, biz onu alqışlayırıq, fəxr edirik, nümunə kimi qəbul edirik. Bəlkə ola bilsin hardasa bir qərb cəmiyyətində tamamilə fərqli qənaətlərə gələrlər? Nə bilmək olar?
    Filmlərdə diqqətimi çəkən başqa bir məqam gəlin-qaynana münasibətləri oldu. Britaniya təqdimatında qaynana daha böyük maddi imkanlara, statusa malik olsa da gəlinin düşdüyü həyat şəraitdən dolayı etdiyi hərəkətləri hətta deyərdim üzlü sayır, özünü də bunda günahkar bilir. İtalyan qaynana isə maddiyən və statusca gəlinlə bərabər olsa da onun üzərində hakimiyyətə meyl edir, hətta gəlinini haqlı olaraq oğlunu təhqir etmsini belə qəbul etməyərək onu şapalaqla vurur. Bu amili yenə də cənub və şimal temperamentləri arasındakı fərqlə izah etməklə yanaşı başqa qənaətə də gəlmək olar. Cəmiyyətlərin  kökündən baş verənlərə qarşı münasibəti. Əminəm italyan qaynana heç bir halda pis yola düşmüş gəlini qəbul etməzdi, ən azından ona görə ki, bu istənilən halda axırıncı yoldur!

Bu yazı 770 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :