-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

İsa Qəmbərin çarmıxa çəkilməsi


Rüfət Əhmədzadə

31 avqust 2012-ci il
- 12 sentyabr 2012-ci il

   Xəstə yanında idim. Tələsik xəstəxanadan yaxınlıqdakı internet-kafeyə düşdüm… İsa Qəmbər “Azadlıq Radiosu”nun qonağı idi. Söhbətin yarısına çıxdım. Amma Müsavat Partiyasının başqanının başdan bəri sıxışdırıldığına və dolaşığa düşdüyünə şahid oldum. Çünki neçə gündür havada olan suallar hələ də voleybol topu kimi Xədicə İsmayılla İsa Qəmbərin arasında dövr edirdi. İflas mənzərəsiydi. Acı istehza da çəkmək olardı. Amma məsələyə demokrat kimi yanaşmağı üstün bildim. Kimsənin bədbəxtliyinə gülmək olmaz. İsa Qəmbər Azərbaycanın Milli Azadlıq Hərəkatında əvəzsiz xidmətləri olan insanlardandır. Azərbaycan siyasətində kifayət qədər çəkisi var. Bəzən elə olur ki, belə çəkidə olan adamların iflasından sonra siyasətdə çəkisizlik yaranır. Ya müsbət, ya da mənfi mənada. Xalq ya dingildəməyə durur, ya da mübarizə aparmağa… Amma kimlə, necə?
   Başqanın xidmətləri sırasına “20 Yanvar” faciəsini və 1992-1993-cü illərdəki daxili siyasi qarşdurmalarında hansısa oynadığı və ya oynamadığı rolu da şamil edənlər var, amma bilmədiyimi danışmayacam.
    Hər şey bəllidir. Müsavat Partiyasının üzvü olmayan, amma Milli Məfkurə mövzusunda ağlı kəsəndən bəri Rəsulzadənin irsi sayılan bu partiyanın təəssübkeşi kimi çox məyus oluram. Bizim partiyamız belə duruma düşməməliydi, bizim məfkurəmiz belə dalana dirənməməliydi. Əgər belə oldusa, 20 ilin başqanı bu işdə cavabdehdir. Ən azından başqan məsuliyyəti var. Bu partiya isə bizimdir, xalqındır. Ən azından ona görə ki, bu partiyada Rəsulzadə irsinin davamçılığı iddiası var. Ümumiyyətlə, söhbət heç partiyadan da getmir. Etimaddan.
    İqtidarı tənqid etmək olar. İqtidara qarşı ittiham da irəli sürmək olar. Amma müxalifət liderlərinə qarşı kimsə nəsə deyəndə, o dəqiqə ad qoyurlar, hakimiyyətə işləməkdə ittiham edirlər. Emin Millinin və ya digərinin İsa Qəmbərə hər hansı sual ünvanlamağa haqqı var idi, bunu müsavatçılar özləri də etməli idilər. Etmirlərsə, hörmətlə yanaşmalıdırlar. Amma əksini gördük.
    Sanki müsavatçılar bundan “İsa Qəmbərə qarşı ləkələmə kampaniyası” kimi istifadə etdi… Əgər İsa Qəmbərə qarşı hər hansı qara piar varsa, bunda AXCP barmağının olduğuna da şübhə etməyənlər var. Mənsə sadəcə gözləmə mövqeyindəyəm.
    İsa Qəmbər hələ də nəsə açıqlamağa, cavablamağa çalışdı sözügedən verilişdə. Amma çalışdı. Xədicə İsmayılın bəzən həmsöhbətləri gərəkdiyindən çox sıxmasına baxmayaraq, bu məsələdə onunla razılaşdım əvvəlcə. Amma gəlin bir az da düşünək. İsa Qəmbər cavabı verməyə yox, onu gizlətməyə çalışdı. Şablon cəsarətsizlik ittihamı səsləndirmək istəmirəm, amma texnoloq-informator söhbətlərinin yeri yox idi…
    Əgər İsa Qəmbər bu hakimiyyəti “quldur və repressiv rejim” adlandırırsa, o zaman hər şeyi gözə almalı idi. Radikal ola bilməyən siyasi lider loyal yol seçir. Baxın, Müsavat başqanının uğursuzluğu da bunda oldu… Seçimsizlikdə.
    Mən onun siyasətdən getməsini istəmirəm. Baxmayaraq ki, Ayaz Mütəllibovdan da yaxşı memuarlar yaza bilər… Amma qoy qalsın, ahıl vaxtında tənhalıq insanı daha müdrik edir, bir növ düşündükcə axirətini qazanır. İsa Qəmbər artır tənhalaşma prosesinə qədəm qoydu bu məsələdən sonra… Fikrim budur.
    Qısası, tarixi hadisənin şahidi olduq: “Azadlıq” Meydanında yüksələn İsa Qəmbər “Azadlıq” Radiosunda iflasa uğradı. Acınacaqlı haldır.

Bu yazı 581 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :