-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

 

Ədaləti bərpa etmiş ədalətsizlik və ədalətsiz ədalət carçıları!


Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyi İdarə Heyətinin üzvü

5 oktyabr 2012-ci il - 10 oktyabr 2012-ci il


    Ramil Səfərovun vətənə qayıtması şəxsən məni və Azəbaycan əhalisinin böyük hissəsini çox sevindirdisə də bundan sonra baş verənlər böyük təəssüf hissi yaratdı. Bəlkə də ilk dəfə Azərbaycan dövləti öz vətəndaşına qarşı bu cür prinsipial mövqe nümayiş etdirsə də, bəziləri qərəzli şəkildə, bəziləri isə “axına düşərək” bu hadisəyə dövlətin adına ləkə kimi don geydirməyə çalışdılar. Hadisələrin sürətlər dəyişməsi bu barədə münasibətimi yazmağa imkan vermədi. Ancaq, köməyimə yenə də ənənəvi ilham mənbəyim olan köhnə filmlər çatdı. Bu yaxınlarda baxdığım bir film və orada baş verən hadisələrlə hazırki durumumuz arasında olan analogiyalar fikrimi çatdırmağa kömək etdi.

“Mavi Maks”
      Söhbət 1966-cı ildə çəkilmiş “Mavi Maks” adlı filmdən gedir. Film Böyük Britaniya istehsalı olsa da onun mövzusu Birinci Dünya Müharibəsində alman hərbi pilotlarınını taleyindən bəhs edir. Britaniyalılar o vaxtkı düşmənləri ilə bağlı hadisələrə demək olar ki qərəzsiz, obyektiv yanaşmışlar.
     “Mavi Maks” nədir? “Mavi Maks” hələ Prusiya kralları dövründə təsis edilmiş, Almaniya imperiyası dövründə həm mülki, həm də müharibə qəhrəmanlarına verilən ordenin qeyri rəsmi adıdır. Filmdə hadisələr də məhz baş qəhrəman Bruno Ştaxelin həmin mükafat uğrunda keçdiyi döyüş yolundan bəhs edir. Burada ilk olaraq müqayisəsini aparacağımız zabitin məhz leytenant olmasını vurğulamaq istiyrədim. Öz vətənpərvərliyi, cəsarəti və qətiyyəti sayəsində qarşısına qoyduğu məqsədə nail olan baş qəhrəman elə bu xüsusiyyətlərdən doğan çılğınlığı, təkəbbürü və lovğalığı ilə də həyatını itirir. Ancaq necə?

Cənab leytenant
       Film 1916-cı ildə döyüş meydanında, səngərdə tənha şəkildə qısamüddətli təsviri ilə başlayır. Bu səhnə doğrudan da filmdə özünəməxsus xülasə rolunu oynayır. Düşmən pulemyotu altında səngərə sığınan Ştaxelin başı üzərində qəfildən göylərdə süzən alman təyyarələri peyda olur. Bu an qəhrəman doğrudan da yüksəklərdə öz xəyallarının gerçəkləsməsi üçün bir işarə görür. Daha sonra pilot məktəbinə gedərək təlimlərə qatılır və qərb cəbhəsinə göndərilir. Lakin, arzu etdiyi “Mavi Maks”ı qazanmaq onunçün heç də asan görünmür. Məsələ burasındadır ki, mənşəcə aşağı təbəqədən olan Ştaxel əksəriyyəti zadəgan nəslindən olan digər pilotlar tərəfindən bərabər səviyyədə qəbul edilmir. Elə ilk döyüşdəcə cəsarətlə irəliyə atılan qəhrəman ədalətsizliklə qarşılaşır. İzləyərək qovaladığı düşmən təyyarəsini vurub salsa da şahid olmadığndan onun bu qələbəsi qeydə alınmır. Özünü təsdiq etmək üçün qarış-qarış ərazini gəzsə də nəticə olmur və həm də başqa hərbiçini bu sadəcə sizif əməyinə məşğul eytdiyi üçün rəhbərlik tərəfindən irad alır.
     Lakin, bu baş qəhrəmanın qətiyyətinə təsir göstərmir, əksinə növbəti döyüşdəcə itirilmiş ədaləti bərpa etməyə çalışır. Elə bu məqamda məncə yazının əsas məqamına – Ramil Səfərovla bağlı digər analogiyalara keçmək olar.

İtirilmiş ədalətin bərpası
    Şahidsiz qəhrəman ola bilməyəcəyini görən Bruno Ştaxel, artıq növbəti döyüşdə düşmən təyyarəsinin pulemyotçusunu məhv edir, ancaq təyyarəni salmayaraq pilotunu öz qərargahına doğru sürməyə məcbur edir. Qərargaha çatar-çatmaz pulemyotçu ayılır və onun əlini gülləyə apardığını görən qəhrəman atəş açmalı olur. Bu zaman pulemyotçu ilə birlikdə pilot da həlak olur və təyyarə yerə çırpılır.
        Komandanlıq tərəfindən məsələyə subyektiv yanaşılır. Şahidin də təsdiq etməsinə baxmayaraq, rəhbərlik onun hər kəsin görməsi üçün pilotu qərargaha gətizdirərək məhv etdiyini düşür. Cəsarətli qəhrəman, bəlkə də mənşəyi səbəbindən köməksiz əsgəri qəddarcasına və vəhşiliklə qətlə yetirən qatil kimi qəbul edilir.
        Gələk Ramil Səfərova. Doğulduğu torpaq işğal edilən, müharibədə bir çox yaxınlarını itirən, özü və yaxın ətrafı “qaşqın” adlanan, alçaldıcı statusla yaşayan Ramil öz vətəninə xidmət etmək yolunu seçir. Leytenant Ramil Səfərov Budapeştdə artıq adı əzbərə çevrilən Sülh naminə tərəfdaşlıq tədbiri çərçivəsində keçirilən tədbirə qatılır və orada qan düşməni ilə məlum insident baş verir. Hələ də törətdiyi cinayətlərin ədalətli cəzasını almayan bir millətin nümayəndəsi ilə Azərbaycanlının necə sülh naminə əməkdaşlıq edə biləcəyi məsələsi başqa sualdır. Hadisəyə 2 cür yanaşma var: erməni diasporasının və digər düşmənlərimizin səyləri və saxta şahidlərin köməyi sayəsində hüquqi status qazanan “qəddar qatil” versiyası və yalnız Ramilin özünün təsdiq edə biləcəyi şahidsiz “affekt” versiyası. Bir Cəbrayıllı olaraq yerlim Ramilin hüquqi don geyindirilmiş qəddar qatil olacağına heç vaxt inana bilmərəm. Mənim tanıdığım Cəbrayıllılar qətiyyətli, cəsarətli, ədalətsizliyə qarşı dözülməz və bəzən həddindən artıq el dilində desək “düzünəquludular”. Bu anda iki leytenantın xarakterləri arasındakı oxşarlığa diqqəti çəkmək istərdim: cəsarətli, qətiyyətli və ədalətsizliyə qarşı dözülməz. Zənnimcə, elə bu xüsusiyyətləri də Ramilin faciəsinə ifadəsini işlətmək istəməzdim taleyindəki sonrakı hadisələrə zəmin yaradıb.
         Mənim düşündüyüm, Ramil doğulduğu vətəninə, yaxınlarına qarşı törədilən cinayətlərə , düşmən zabiti tərəfindən bayrağına və dövlətinə qarşı edilən təhqirlərə görə cəzasızlıqdan yaranmış ədalətsizliyi öz şüurunda ədalətli hesab etdiyi üsulla bərpa edib.
        Bruno Ştaxel başqa bir ədalətsizliyi elə ədalətsizcəsinə bərpa etməyə çalışır. Ona alçaq baxan zadəgan əsilli zabit iki düşmən təyyarəsini məhv etdikdən sonra gücünü nümayiş etdirmək üçün leytenantı hava müsabiqəsinə çağırır. Ancaq özü öz bacarığını lazımınca qiymətləndirməyərək həlak olur. Bu anda həmin zabitlə guya qalib tərəf kimi lovğalanaraq Ramili təhqir edən və bununla da öz ölümünə bais olan erməni zabiti yada düşür. Leytenant Ştaxel şahidsizlik ədalətsizliyini bərpa etmək üçün artıq təsdiq olunan vurulmuş təyyarələri öz adına çıxır. Komandanlıq bu dəfə düzgün olaraq ona inanmaq istəmir. Ancaq, daha çox leytenantn şəxsiyyətinə görə.
      Bəli, ola bilər ki Ramilin ədaləti bərpa etmək üçün seçdiyi üsul ədalətsizdi. Ancaq, illərdir Azərbaycan torpaqlarının işğal faktına, Xocalıda günahsız insanların başına gətirilən o faciələrə, çoxsaylı müharibə cinayətlərinə göz yuman qüvvələr indi bir erməninin ölümündə ədalətmi axtarmağa başladılar? Minlərlə günahsız insanın ölümünə qarşı edilmiş ədalətsizliyin yanında bir erməninin lap tutaq ki, ədalətsiz ölümü müqayisə edilə bilərmi ki? Ramilin gətirdiyi dəlillərə baxmayaraq və təqdim edilmiş bir çox sübutlar arasında çoxsaylı ziddiyətlər göz qabağında olsa da, nədənsə məhkəmə qərarında işin bir çox məqamları nəzərə alınmadı və hökm yalnız qarşı tərəfin maraqlarına uyğun oldu. Niyə? Çünki öldürən erməni yox türk, müsəlman və sadəcə azərbaycanlı idi.

Məqsədyünlü, birtərəfli, ancaq ədalətli qiymətləndirmə!
      Filmdə ədalətsiz ədalət axtaranlarla yanaşı ədalətsizliyi ədalətsizcəsinə bərpa edən insanlar da tapılır. Burada leytenant Brunonu milli qəhrəman səviyyəsinə qaldıran generalla leytenant Ramil Səfərova sadəcə qatil olmaqdan xilas edib qəhrəman səviyyəsinə yüksəldən bütün şəxslər o cümldən dövlət başçımız arasında müqayisə aparmaq istərdim. Həmin general bizim yuxarıda adını çəkdiyimiz loğva zabitin əmisidir. Lakin, qardaşı oğlundan fərqli olaraq general insanlarıa xidmətlərinə və qabiliyyətlərinə görə qiymət verməyi bacaran, uzaqgörən, ölkəsinin taleyin qarşı həssas yanaşan vətənpərvərdir. Leytenant Ştaxelin əməlləri barədə eşidən generalın diqqətini onun qətiyyəti və cəsarəti cəlb edir. Ştaxelin simasında o, dağılmaqda olan Almaniya imperiyasının ehtiyacı olan qəhrəmanı görür.
       Qəribə səslənsə də Ştaxelin yüksəlməsində “dayday” amili də mühüm rol oynayır. Bu dayday filmdə yeganə real şəxs olan məşhur “qırmızı baron” Manfred fon Rixthofendir. Adı əfasnəyə çevrilən bu şəxs filmdə yalnız bir səhnədə peyda olur, ancaq mən deyərdim film əslində onun fəaliyyətindən ilham alınaraq çəkilib. Elə həmin şəxs baş qəhrəmanın idealıdır. Təsadüfən havada bir alman təyyarəsinin mühasirədə olduğunu görən leytenant özü yaralanmaqla və təyyarəsini itirmək bahasına oxu xilas edir. Daha sonra qırmızı baron leytenanta qəhrəmanlığına görə təşəkkür etmək üçün onunla görüşür və ancaq bu zaman qəhrəman kimi xilas etdiyini bilərək qürur hissi keçirir. Rixthofenin eskadrilyasına qatılmaq təklifini rədd etsə də onun yazdığı raport Ştaxelin köməyinə gəlir.
     General çoxdan bəri axtardığı fürsət kimi həmin raportu əsas tutaraq leytenantı paytaxta çağırır və onu ictimaiyyətə qəhrəman kimi təqdim edir. Aşağı komandanlığın etirazlarına baxmayaraq mübahisəli 2 təyyarəni də onun adına yazdırır. Lakin, bu bir az da şişirdilmiş qəhrəmanlaşdırma leytenantın təkəbbürlük hisslərini qaldırır. Döyüşlərin birində komandanlığın əmrinə tabe olmayaraq geri dönüb cəsarətlə düşmən təyyarələri üzərinə gedir və bu döyüşdə “Mavi Maks” üçün lazım olan vurulmuş təyyarə sayını tamamlayır. Eyni zamanda eskadrilyanın yarısını itirən komandanlıq Ştaxelin əməlini tabe olmama, cinayət kimi qiymətləndirir və onun mühakimə edilməsi üçün yuxarıya raport yazır. Lakin, generalın simasında yuxarıların münasibəti deyərdim filmin də elə bu yazımız üçün də kulminasiya səhnəsi olur. Hətta intizamsızlığın alman xalqına yaraşmamasına dair mülahizəsini də rədd edən generalın sözlərini şərti olaraq təxminən yazmaq istərdim: “Elə bilirsiniz mən Ştaxeli elə-belədən seçmişəm? Küçələrə baxın, inqilab artıq qapımızdadır (hadisələr müharibənin sonunda, 1918-ci ildə cərəyan edirdi). Biz düşmənin 20 təyyarəsini məhv edərək “Mavi Maks”a layiq olan zabiti mükafatlandırmaq əvəzinə mühakimə eləsək, ondan bu təkcə ona qarşı ədalətsizlik deyil, bütün ordunun əhalinin gözündən düşməsinə səbəb ola bilər. Hazırkı məqamda Almaniyaya intizam yox, Ştaxel kimi cəsarətli, qətiyyətli qəhrəmanlar lazımdır”.
     Ramil Səfərov söhbətində uzun müddət səsi çıxmayan Azərbaycan dövlətinin sonradan əslində yaxşı mənada “saman altından su yeritdiyi” məlum oldu. Aydın oldu ki, Azərbaycan dövləti heç də öz vətəndaşına və xüsusən azadlığını onun uğrunda şüurlu şəkildə qurban vermiş zabitinə qarşı biganə deyil. Bütün bu illər ərzində elə düşmənlərimizin istifadə etdiyi üsulla, yavaş-yaşvaş, səs küy salmadan məqsədyönlü iş aparılır və bu işlər fizikanın dili ilə desək özünün böhran nöqtəsində, fəlsəfi dillə desək “kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçdiyi anda” (bəzilərinin iddia etdiyi kimi seçkibağaı yox) sıçrayış, inqilab baş verdi, Ramil Səfərov Azərbaycana ekstradisiya olundu. Dövlət başçısı qətiyyət nümayiş etdirdi, şəxsən öz fikrimdi bütün mümkün olacaqları bildiyi halda düşmənlərin gözünə şiş soxdu. Ramili əfv edib azadlığa qovuşdurdu, ona haqqı olan əmək haqqını, rütbəni verdirdi. Hə, bir çoxları Ştaxelin komandiri kimi fikirləşir ki, bu addım ədalətsizlikdir, Azərbaycan xalqına lap onların düşündü kimi yanaşım düşmən olsa belə yatmış köməksiz şəxsi belə qəddarcasına qətlə yetirən şəxsi qəhrəman etmək yaraşmaz. Bu ədalətsizlikmiş. Bu bizim adımıza ləkəymiş nə imiş.
      Lap siz deyən olsun. Lap elə olsun ki, məhkəmənini hökmü ədalətlidir. Lap bəzi üzdən iraq özümüzünkülərin fikirləşdiyi kimi (onlara aşağıda münasibət bildirəcəyəm) qəhrəman yox, Ştaxelə dedikləri kimi köməksiz hərbiçini qətlə yetirən amansız qatildir. Hə indi nolsun? Siz tarixi torpaqlarında yaradılmış oyuncaq dövlət tərəfindən qanuni torpaqlarının 20% işğal olunan, əhalisi pərən-pərən salınan, sonsuz cinayətlərə məruz qalmış dövlətinizə “ədalət” axtarmaqla kömək etməyəmi çalışırsınız?
        Azərbaycana sizin bu “ədalət”iniz lazım deyil. Azərbaycana Ramil Səfərov kimi, qətiyyətli, casur, igid və ən əsası canlı qəhrəmanlar lazımdır. Canlı demişkən bəs Ştaxelin taleyi nə oldu?


“Ədalətli” əxlaqsız qadın
       Filmin sonunda hadisələr çox dramatikcəsinə tərs dönməyə başlayır. Artıq leytenant Ştaxel ən böyük arzusuna çatmışdır. O, “Mavi Maksla” təltif olunacaq. Özü də bunu generalın xahişi ilə şahzadə özü edəcək və o bundan sonra yeni istehsaldan çıxmış Almaniyanın gələcəyi olacaq təyyarəni sınaqdan keçirməlidir.
        Lakin, qəfidən bütün planlar alt-üst olur. Film boyu Ştaxelin maraq göstərdiyi “qəhrəmanları sevən” əxlaqsız qadın Almaniyanın məhvə məhkum olduğunu deyərək onunla birlikdə qaçmağı təklif edir. Lakin, cənab leytenant bu təklifi vətənə xəyanət kimi qiymətləndirırək rədd edir. Əvəzində bu əxlaqsız qadının intiqamı qəddarcasına olur. Ştaxeli ədalətsizcəsinə qadının keçmiş məşuqundan mənimsədiyi 2 təyyarə məhv edir. Yuxarılara “həqiqət” bildirilir və bu halda Ştaxeli ordendən məhrum edilərək saxtakar kimi mühakimə edilmək aqibəti gözləyir. Burada yenidən generalın sözlərin öz interpretasiyamda təqdim etmək istərdim: “Mən onu Almaniya xalqı üçün nümunə olacaq qəhrəmana çevirdim, sən isə onunla birlikdə Almaniyanın gələcəyini məhv etdin”.
      Lakin, general vəziyyətdən çıxış yol tapır. İmkan daxilində Ştaxeli artıq təhlükəli olduğu məlum olan təyyarəni bütün bacarığı ilə sınaqdan keçirməsini əmr edir. Şöhrətpərəst və təkəbbürlü leytenant isə bu əmri “layiqincə” icra edərək təyyarə ilə birlikdə yerə çırpılır. General Ştaxeli ölümü ilə rüsvayçılıqdan qurtarıb qəhrəmana çevirir... Təyyarə ilə sanki həm zabitin xəyalları həm də Almaniya imperiyası göydən yerə çıxpılaraq məhv olur.
      İndi əzizlərim, mən nə Ramil Səfərovun nə də Azərbaycanımızın taleyininin belə bitməsini istəməzdim. Allaha şükür, heç bir “əxlaqsız” (hər kəsi o qadınla müqayisə etmək istəməzdim, çünkli “qatilçilər” arasında yaranmış vəziyyətdə səhv nəticə çıxaran vətənpərvərlər də var) şəxsi təminatsızlığından irəli gələn “ədalət” anlayışı ilə Ramilin xalq arasında nüfuzuna ziyan gətirə bilmədi. Ancaq, “danos” öz nəticəsini verib və dövlət sadəcə Ramili şərdən xilas etmək üçün ictimaiyyətdən gizlətməli olub. Elə Azərbaycanımız da Allaha şükür dövlət başçısının dediyi kimi “öz milli və mənəvi dəyərlərinə söykənərək sürətlə inkişaf edir”.
 
Ölü qəhrəmanlardan canlı qəhrəmanlara doğru
         “Allah yolunda öldürülənlərə “ölülər” deməyin, onlar diridirlər. Siz fərqinə varmırsınız”. (“Əl-Bəqərə”, 154).
        Azərbaycanın Ermənistan və erməni milləti ilə apardığı müharibə təkcə 2 dövlətin, 2 millətin mübarizəsi deyil, haqqın nahaqla, xeyirin-şərlə, ədalətin-ədalətsizliklə, Allah yolunda olanların iblisə xidmət edənlərlə ümumi müharizəsinin bir hissəsidi. İndiyədək erməni millətinin törətdiyi əməllər tam haqla bunu deməyə əsas verir. Elə ona görə də erməni ilə mübarizədə ölənlər də, öldürənlər də şəhiddirlər. Elə peyğəmbər əleyhissəlamın soyundan gələn Mübariz İbrahimov da yəqin ki, qəhrəmanlıq zirvəsinə yüksələrkən bu fikri rəhbər tutmuşdu. Hər halda şəhadətdən əvvəl yazdığı məktub bunu deməyə əsas verir. Bəli, o bilərəkdən, şəhid olmağı qəbul edərək öldürməyə və ölməyə getdi və ən yüksək məqama yüksəldi. Həlak oldu və xalqın qəhrəmanlna çevrildi. Dövlət də ona layiq olduğu ünvanı verdi.
       Ədəbiyyatımıza fikir versək görərik ki, əksər dastanlarımızda nədənsə baş qəhrəmanlar bir qayda olaraq sonra ölür və məhz ölümü ilə qəhrəmana çevrilir. İstisna kimi yalnız Koroğlunu xatırlayıram. Ən azında şərəfinə yazılmış musiqi əsərində o mübarizədə ölmür, sadəcə xalqın köməyi ilə qalib gəlir. Heç təsadüfi deyil ki məhz həmin musiqi milli azadlıq mübarizəmizin simvoluna çevrilib.
        İlk baxışda əhəmiyyətsiz görünəcək bir hadisəyə diqqət çəkmək istəyirəm. Bir müddət əvvəl dövlət başçısı mifik bir qəhrəman olan Koroğlunun abidəsinin açılışında şəxsən özü iştirak etmişdi. Ölü yox, qalib gələrək sağ qalmış mifik qəhrəmanın... Bəlkə bu sonra baş verəcəklər hadisələrə işarə idi.
        Mübariz İbahimov kimi həlak olaraq qəhrəman olan minlərlə şəhid göstərmək olar. Eləcə də layiq olduğu ünvanı almayan “adsız qəhrəmanlarımız” da az deyil. Ancaq fikir verin, yaxın zamana kimi gələcək nəsillərə nümunə göstəriləcək canlı qəhrəmanlarımız az olub və ümummilli səviyyədə demək olar ki olmayıb.
     Sizlərə ünvanlanıram, ey mənim bəzi “həmvətənlərim”. Qəhrəman kimi qalmaq üçün mütləq Ştaxel kimi öl(dürül)mək mi lazımdı?
         Qarşımızda Aşıq Veysəl demiş “uzun, incə bir yol” var. Qarabağ müharibəsi bitməyib. Sadəcə belə deyək birinci fazası dayanıb. Hələ haqq-ədalət Qarabağın azadlığı ilə bitmir. Azərbaycanın qarşısında hələ çox işlər durur. Ona görə də çoxlu qəhrəmanlara ehtiyacımız var. Ölü yox, canlı qəhrəmanlara. Bizi həmin o əxlaqsız qadın kimi şəxsi istəkləriniz naminə bu qəhrəmanlardan məhrum etməyin!

Bu yazı 993 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :