-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Mübarizəmiz sayəsində axıdılan şəhid qanlarına son qoyulacaq


Tural Məmmədov
17 oktyabr 2012-ci il - 2 noyabr 2012-ci il

    Səkkiz min ildən artıq şanlı tarixə malik, 15 imperatorluq, 60 dövlət yaratmış Türk Dünyası 19-cu və 20-ci əsrlərdə özünün ən acınacaqlı dövrlərini yaşadı. Məmləkətlərimiz işğal olundu, xalqımız sürgün edildi. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə vətənimizin parçalanması, 1918-ci ildə 40.000-dən artıq Azərbaycan türkünün soyqırıma məruz qalması, 1920-ci ildə Don-Kazaklarının sürgün edilərək vəhşicəsinə öldürülməsi, 1938-ci ildə 138 günahsız Qırğız türkünün güllələnməsi, 1943-cü ildə Kanlık, Qaraçay türklərinin tamamilə sürgün edilməsi, 1944-cü ildə 20.000 Axıska türkünün həyatını itirməsi ilə nəticələnən Axıska sürgünü və Türk Dünyasını parçalamağa, məhv etməyə xidmət edən digər faciələr, sürgünlər, soyqırımlar, represiyalar tariximizin qanlı səhifəsi kimi yaddaşlarda qaldı. Türk sərtliyi qəddarlıq, türk mərdliyi avamlıq, türk əzəməti vəhşilik kimi qələmə verildi. Türk xalqlarının türk olduğu danıldı, onların öz dillərini unutmuş, yalnız türk dilində danışan digər xalqlar olduğu deyilərək tariximiz saxtalaşdırıldı.
    Artıq bu zülmə dur deməyin, oyanmağın dirçəlməyin vaxtı çatmışdır. Osmanlı imperyasının parçalanmasından sonra nəhayət toparlanaraq Anadolu türkləri tərəfindən 1923-cü il 29 oktyabrda Türkiyə (Türkiyyə - terk eli, türk ellərindən biri deməkdir) Respublikasının müstəqilliyi elan edildi. 1918-ci ildə 28 mayda, xanlıqlara parçalanmış halda ruslar tərəfindən işğal olunmuş Quzey Azərbaycan bütöv şəkildə Azərbaycan Xalq Cümhuriyyəti olaraq azadlığını elan edərək şərqdə ilk müstəqil cümhirriyyət oldu. Bu Cümhuriyyətin xalqımızda milli ideologiyanı yaratmasının, müstəqillik toxumları səpməsinin nəticəsi idi ki, 72 ildən sonra 1991-ci il 18 oktyabrda Azərbaycan şəhidlərinin qanı bahasına öz əbədi müstəqilliyini elan etdi. 27 oktyabrda Türkmənistanın, 1 sentyabrda Özbəkistanın, 31 avqustda Qırğızıstanın, 16 dekabrda Qazaxıstanın öz müstəqilliini elan etməsiylə Türk Dünyasının dirçəliş dövrü başladı.
     Bu müstəqillik dövründə türk ölkələri o cümlədən Azərbaycan bir çox sahələrdə ciddi uğurlara imza atdı. İllərlə unudulmaqda olan milli dəyərlərimiz yaşadıldı. Digər türk xalqlarıyla əlaqələrin gücləndirilməsi ən vacib uğurlarımızdan biridir.
   Öncələr türk olduğumuzu bəyan edə bilmədiyimiz halda indi türkdilli ölkələrin birliyini qurmuşuq! Öncələr müstəqil türk ölkələriylə münasibət qurmaqdan çəkindiyimiz halda müstəqilliyimizin 20 illiyi ərəfəsində 28 türk xalqını Bakıda keçrilən türkdilli ölkələrin və toplumların media forumunda birləşdirmişik! Keçirilən zirvə toplantılarının forumların, görüşlərin sonunda imzalanan bəyannamələrdə yer almış, razılaşdırılmış addımlar haqqında məlumatlar indidən dünyanı qorxutmaqdadır. Artıq türkdilli ölkələrin media birliyinin, baş ofisi Bakıda yerləşəcək türkdilli ölkələrin mədəni irsi fondunun, Astanada Türk Akademiyasının, ortaq internet portalının, ortq televiziyanın yaradılması haqqında razılığa gəlinib. Bişkekdə keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın daxil olduğu Ortaq TÜRK bayrağı təstiqlənib. O bayraq ki, bütün türk xalqları bu bayraq altında birləşəcəklər! Astanada Turan şəhərciyi salınır, o şəhərcik ki, bir gün bütün Türk Dünyasının mərkəzinə çevriləcək!
     Lakin hələ də biz türklərin birliyi türk ölkələri birliyi yox türkdilli ölkələr birliyi adlanırsa, hələ də gənclərimiz milli dəyərlərə yox qərb dəyərlərinə üstünlük verirlərsə, hələ də bəzi müstəqil türk ölkələri müstəqil siyasət yeridə bilmirlərsə, hələ də Çində Uyğur türkləri işğəncələrə məruz qalırsa, hələ ki Noqaylar, Axıska türkləri, Krım tatarları öz vətənlərinə qayıtmıyıbsa, hələ də sayları süni şəkildə azaldılmaqda olan soy-kökləri türk olduqları unutdurulmaqda olan Rusiyanın tərkibindəki 10 muxtar respublika Taymır mahalı, Xakasiya Respublikası, Tıva Respublikası, Altay Respublikası, Çuvaş Respublikası, Başqırdıstan Respublikası, Tatar Respublikası, Kabarda-Balkar Respublikası, Qaraçay-Çərkəz Respublikası müstəqilliyini elan etmiyib bağımsız olmuyubsa, hələdə Kərkük qan içində boğulursa, hələ də Qarabağa ayaq basa bilmiriksə, hələ də Vətənimizin bir parçası olan fars şovinizminin əsarəti altında tarixi saxtalaşdırılaraq mədəniyyəti talan edilən, öz dilində yazıb-oxumaq, təhsil almaq hüququ əlindən alınmış, qadınlı-uşaqlı işgəncələrə məruz qalan Güney Azərbaycan azad olmuyubsa, deməli türkün müstəqillik mübarizəsi davam edir!
     Hələ də qədim türk yurdlarında başqa millətlərin dövlətləri yerləşirsə, hələ də türklərin yaşayış məskənlərinin adlarının dəyişdirilməsi adi hal almaqdadırsa, hələ də bəzi türk xalqları əsarətdədirsə, hələ də türkün problemləri bitib tükənmək bilmirsə, İraqdakı türkmənlərin, Suriyadakı, Əfqanistandakı, Yunanıstandakı türklərin, Bolqarıstandakı bolqar türklərinin, Rumıniyadakı qaqauzların, qıpçaqların, Ukraynadakı Krım tatarlarının, Moldovadakı qaqauzların, Macarıstandakı qara hunların, Litvadakı karaimlərin, Rusiyadakı qumuqların, şorların, kamasinlərin, tofaların, Dərbənd azərbaycanlılarının, Gürcüstandakı Azərbaycan türklərinin milli hüquqları tapdalanırsa, müstəqil deyillərsə, deməli türkün müstəqillik mübarizəsi davam edir!
    Bəsdir artıq türkün taleyi başqalarının siyasətinin qurbanı oldu, bəsdir artıq türk xalqları bir-birinin faciələrinə susdu, bəsdir artıq türk haqsızlıqlara ədalətsizliklərə boyun əydi.
    Unutmayaq ki, dünyanın ən böyük imperyalarını biz qurmuşuq, unutmayaq ki, çinlilər böyük Çin səddini məhz bizdən qorunmaq üçün çəkiblər, unutmayaq ki, Türklər nə yunanlar kimi mifologiyadan tarix yazmış, nə də ermənilər kimi tarix uydurmuşlar. Babalarımız tarixin özünü yaratmışlar, bu üzdən Friz Neumark “Türklər fərqində deyil ama avropalılar yaxşı fərqindədir ki tarixdən türklər çıxarılarsa yerdə tarix deyilən bir şey qalmaz demişdir”. Bu üzdən Məhəmməd peyğəmbərimiz (s) “Türkün dilin öyrən çünki onun uzun sürən hakimiyyəti var”, “türk mənim ordumdu”, “ümmətimin rəhbərliyi türklərin əlinə keçəcək” demişdir.
    Avropa Birliyi yaradan ölkələrin nəinki soykökü birdir hətta onları ortaq heç nə birləşdirmir. Lakin biz tam olaraq birləşə bilmirik. Halbuki bizim nəinki soy-kökümüz birdir, bizi ortaq dilimiz birləşdirir, bizi ortaq taleyimiz birləşdirir, hətta faciələrimiz bizi birləşdirir. Artıq milli dəyərlərimizlə silahlanıb bütövlüyə doğru yol almalıyıq. Çünki güclü ideologiya ilə silahlanmış əsgər güclü silahlı ordudan daha təhlükəlidir. Azərbaycan bu yolda uğurlu addımlar atmaqdadır. Biz gənclər də daim aktiv olmalı, milli dəyərlərimizi hər şeydən üstün tutmalı, milli şüurla və qələbəyə inamla millətimizi aydın üfiqlərə yüksəltmək üçün, gələcək nəsillərə uğurlu gələcək bəxş etmək üçün əlimizdən gələni etməli və inamımızı itirməməliyik. Bilməliyik ki bir Azərbaycanlı kimi dərdimiz Qarabağdırsa, Dərbənddirsə, Borçalıdırsa, bir türk kimi yaralı yerimiz Kərkükdü, Uyğurustandı. İnanırıq ki, bizim mübarizəmiz sayəsində axıdılan şəhid qanlarına son qoyulacaq, anaların yuxuları yox göz yaşları ərşə çəkiləcək və dünyada haqqı- ədaləti bərqərar edəciyik. Bu gün türk toplumlarının müstəqillik mübarizəsi sabah Birləşmək mübarizəsinə çevriləcək, lakin heç bir zaman türkün mübarizəsi dünyaya hökm etmək mübarizəsinə çevrilməyəcək....

Bu yazı 676 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :