-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Doğum günün kutlu olsun, Azadlıq ŞAİRİ!


Nigar İsfəndiyarqızı

“Türk Hərəkatı” İctimai Birliyinin sədr müavini


22 oktyabr 2012-ci il - 25 oktyabr 2012-ci il

Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır,adam deyil,vur !
Yurdum özü boyda intiqam doğur.
      Mənə bu yazını yazdıran nə ədəbi təcrübəm, nə ali təhsilim, nə də iş məsuliyyətimdir. Əminəm ki, bu dərəcələrin hansından üzümü tutsam gücüm çatmaz bu mövzuda yazmağa. Çünki…
      …çünki Azərbaycanın ədəbiyyat adamlarından yazmaq hər oğulun hünəri deyil. Bunun Məmməd Arazı, Hüseyn Cavidi var, Cəlil Məmmədquluzadəsi, Mirzə Ələkbər Sabiri və daha bu kimi nə dahiləri var. Çəkinmədən deyə bilərəm bu adamların hər biri bütöv Azərbaycan boydadır. Bəli, bütöv Azərbaycan!
     Haqqında yazacağım isə elə bir şairdir ki, adı çəkilən yerə baş qoymamaq mümkün deyil. Çünki o, Azərbaycanın zəncirlərə vurulduğu zamanların azadlıq səsi olmağı bacarmışdı.

Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram…
         Xəlil Rza mənim millətimin azadlıq səsiydi. Bu gün də hayqırmaqda davam edir.
         Bəşəriyyət boyu azadlığı uğrunda mübarizə aparan xalqların öncülləri şairlər olmuşlar. Məhz elə buna görədir ki, ədəbiyyat hər xalqın taleyində əhəmiyyətli yerlərdən birini tutur. Öz milli-məfkurəvi düşüncələriylə xalqı arxasınca aparmağı bilən adamların əksəriyyəti ədəbiyyatdan doğulub. Xəlil Rza da eləcə. Xəlil Rzanın mübarizlik ruhunda yazdığı şeirləri onu Azadlıq Hərəkatının liderlərindən birinə çevirmişdi. Eyni zamanda gur səsi, dalğalı saçlarıyla Xəlil sanki bu hərəkatın özü idi.
         Nələr etmirdi ki, Xəlil? Rus siyasətinə, Dağlıq Qarabağ məsələsinə qarşı öz şeirləri ilə üsyan edirdi:

“Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!”
        Bu mübarizlik Lefortovo ilə nəticələndi. Amma Xəlil susmadı, orda da yazıb-yaratdı, əsərlərini davam etdirdi.
       Geridə qoyduğumuz gün Türk dünyasının böyük şairi, “Türk milləti mükafatı laureatı” mükafatçısı, Azərbaycan Respublikasının xalq şairi, qısaca hər kəsin sevdiyi azadlıq şairi  Xəlil Rza Ulutürkün doğum günü idi.
       Niyyətim dahi şairin yaradıcılığından bəhs etmək deyil. Sadəcə ona olan sevgimi ifadə üçün bu yazını yazmağa cəhd etdim.
    Ruhun şad olsun, Xəlil Rza!
    Ruhun şad olsun, ULU TÜRK!
    Tanrı sənin ruhunun aşıladığı azadlıq eşqindən bizi məhrum etməsin!

Bu yazı 602 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :