-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

“Mən öz həyatımı yaşayıram”...


Nigar İsfəndiyarqızı

25 oktyabr 2012-ci il - 5 noyabr 2012-ci il

    Deyəsən, istəmədən də olsa mən də qoşuluram bu axara.
    Son günlərdə internet saytlarındakı populyar yazılardan nəsibimi aldım. Oxucusu olmaqdan israrla imtina etdiyim bu yazılarda nələr yoxdur ki? Təhqir olunmuş mentaliletdən tutmuş, milli-mənəvi dəyərlərə qədər... Anlamıram, təsadüfi adamların maraq dairəsinə daxil olan mövzuların insanların əsəblərilə bu qədər oynaması kimə və nəyə gərəkdir?!

Bilmirəm
    Doğrudanmı nə yazdıqlarını düşünmürlər? Mentalitet kəlməsini elə iyrənc hala salıblar ki, mən bu ifadəni leksikonumdan çıxarmışam. Yəni mənim belə dilimdən silməyi bacarıblar. Artıq hədəf dəyərlərdir. Açıq-saçıq cümlələrlə mənə yenilikdən bəhs edən bu zavallılar görəsən, məsumiyyətin nə daddığını bilirlərmi? Heç sanmıram. Kaş rəssam olub ismətin rəsmini çizəydim. Və hər kəsə göstərəydim ki, sizin var gücünüzlə uzaqlaşmağa çalışdığınız bu məfhumlar necə müqəddəsdirlər.

“Mən öz həyatımı yaşayıram”...
   Bəli, hər kəs öz həyatını yaşayır və özünə layiq şəkildə. Amma, Allah eşqinə, örnək olmayan gizlinlərinizi haqqınız kimi ortaya çıxarmayın. Əmin olun, onlar heç kimə gərək deyil. Sizə uyub səhv edənlər belə bunun yanlış olduğunun çox gözəl fərqindədirlər. Sadəcə, lənətə gəlmiş Avropa həvəsinin gözlərinizə çəkdiyi pərdəni yırtıb atmaq cəsarətiniz yoxdur!
    Mən mövzunu konkretləşdirmək istəyirəm. Bu günlərdə əlimə “Yaxşı oğlanın bacısı” və “Bakirəlik fiziki anlayış deyil” adlı iki yazı keçdi. Niyə oxudum bu yazıları, bilmirəm. Bəlkə də imzası gözümə tez-tez girən Günel Mövluda bir az haqq qazandırmaq istədim və onu da istədim ki, bəlkə də doğrudan, Günel “yaxşı oğlanın bacısı”ola bilər...

Evin tikilsin, qız yiyəsi...
    Mən heç nə demirəm, susuram sadəcə. Günel Mövlud, həqiqətən sənə və sənin kimilərə Tanrıdan gözəl bir ailə diləyirəm. Niyə bilirsənmi? Görmədiyin və dadını bilmədən təhqir elədiyin bütün dəyərləri o ailədə yaşayıb tüpürdüyünü yalayasan deyə. Bunu istəyirəm! Müdriklərdən biri deyib ki, “dinə ən çox bağlananlar pis yoldan dönənlərdir”. Sənə də diləyim, geri dönüb o dəyərlərə elə tapınasan ki, aldığın hər nəfəsdə bu ifadələr üçün xəcalət çəkəsən. Xoşbəxt ol, Günel Mövlud, xoşbəxt ol!
    İkinci yazıdan isə Seymur Baycan qoxusu gəlir. O Seymur Baycan ki, yazdığı bir cümlə ilə məndəki qəbrini qazdı, “kaş mənim anam azərbaycanlıdan döl tutduğuna, o vaxt kəndə gələn rus əsgərlərindən doğsaydı məni...”
    Seymur Baycan, kaş səni anan heç doğmayaydı! Doğub, səni də, bizi də qara günə salmayaydı!
   Bu ifadələr üçün hər kəsdən üzr istəyirəm. Bunlar niyə Azərbaycan ədəbiyyatında var, hələ anlamış deyiləm amma əminəm Avropa ya da konkret olaraq Hollandiya ədəbiyyatının bu “ünsür”lərə çox böyük ehtiyacı var.
    İndi hər yerindən qalxan mənə əslində onların necə böyük bir yazar olduğunu başa salmağa cəhd edəcək. Bu ifadələr altında hansısa böyük bir hikmətdən bəhs etdiklərini və mənim o hikməti dərk etmədiyimi söyləyəcəklər.
    Sizdən bir ricam var. Bir anlığa o sözləri deməmişdən əvvəl dönüb evinizdəki ananızın simasına baxın. Bir anlıq düşünün ki, o öz həyatını istədiyi şəkildə yaşasaydı, siz hansı ad altında doğulardınız?! Bundan sonra mənə hələ də deyəcək sözünüz varsa, mən burdayam.
    Dəyərlərinizlə qalın...

Bu yazı 787 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :