-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Sənə gəldim...


Nigar İsfəndiyarqızı

6 dekabr 2012-ci il

    Şərqin ilk demokratik Cümhuriyyətini quran Məmməd Əmin Rəsulzadə və onun ideyadaşları Azərbaycanda inanılmaz uğurlara imza atdılar. İki illik Cümhuriyyət tarixin şanlı səhifəsinə elmi-mədəni, tarixi və hərbi uğurları yazdı. Dünya düzəni, eləcə də dünyada təklənmiş bir cümhuriyyət olaraq işğala məruz qalsaq da, Məmməd Əmin və silahdaşları öz ideyalarını Anadoluda gerçəkləşdirdilər. Onlar Türkiyə ideoloqları və qaziləri ilə birləşərək həmin ideyalar üzərində Türkiyə Cümhuriyyətinin qurulmasını təmin etdilər.
O, Azərbaycanda olduğu  kimi Türkiyədə də cümhuriyyətin qurulmasında xüsusi iştirak etdi və məzarını nə yad torpağa, nə də müstəmləkədə olan bir ölkəyə verdi.
O, məzarını öz ideologiyası üzərində qurulmuş özgür bir cümhuriyyətə sahib, vətən torpağı Türkiyəyə əmanət etdi!
“...Mənə məsul olan adamlara “işim var” deyib oteldən çıxdım. İlk dəfə olduğum bu ölkədə, bu şəhərdə gedəcəyim ünvanın küçəsini, döngəsini bilməsəm də, yolunu bilirdim. Ona gedəcəkdim. Azadlığımı borclu olduğum adama...
Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadə bu şəhərdədir. “Əsrin məzarlığı” deyilən bir səmtə tuturam üzümü. Bilmədiyin bir yolda azmaq mütləqdir. Mən də yanılıram. Amma inad etmişəm, bu gün oraya gedəcəm! Və gedirəm də.
Məzarlığa yaxınlaşınca məni həyəcan basır. Bir mağazaya dönüb su alıram. Satıcı, “buyur, bacı” deyə xitab edir. İçimdən gülümsəyirəm, nə qəribədir, Rəsulzadə burda tək deyil deyə düşünürəm. Tez də peşman oluram, axı, bura da Vətəndir.
İlk rastıma çıxanlar görəvlilər olur. Məzarlıq o qədər böyükdür ki, mənə axtardığım yerin xəritəsini çıxarırlar. Bağrıma basıb gedirəm. Rastıma çıxan üç gənc “bu, azərbaycanlıdır, Rəsulzadənin məzarına gedir” deyirlər. Gülümsəyib davam edirəm. Aza-dolana qalıram qəbirlərin arasında. Bax budur, yox, bu deyil. Ağlıma gəlir ki, onun məzarında üçrəngli bayraq olacaq. 
Axtarıram.
Gördüm!
Burdayam. Mənim dövlətimin müstəqil elan olunduğu gün - 28 May tarixinin yazıldığı tablo küçənin başına vurulub. Bəli, Məhəmməd Əmin Rəsulzadənin uyuduğu yer “28 May sokağı” adlanır. Önümdə al-qırmızı və üçrəngli iki bayraq dalğalanır. Görəvlilər məni tək qoyub bir az uzaqlaşırlar. Dizimi yerə qoyub öpərək oxşayıram və ürəyimdəki sözlər gözümün yaşında süzülür:
“...gəldim, babam. Daşına, torpağına qurban, Sənə səcdəyə gəldim, babam! Şəhidlərindən, əsir Qarabağından, can Azərbaycanından bir parça can gətirdim Sənə! Gəldim deyəm ki, enmədi... Sənin ucaltdığın bayraq enmədi, enməyəcək!”
Məni söhbətimizdən görəvlilər ayırır. Gəlişim şərəfinə bayraqların dəyişdirilib yenilənəcəyini söyləyirlər. Bir də sayğı duruşunda durmaq istədiklərini. Nə deyə bilərəm ki. Ürəyim, qəlbim elə hisslərlə doludur ki, bu adamları bağrıma basmaq keçir içimdən. Gülümsəyib təşəkkür edirəm və kənardan olanları seyrə dalıram. Bir əsgər kimi sayğı duruşunda duran bu iki nəfər bu an mənə candan əzizdir. Onlar “mənim” olanı “bizim” deyə bağrına basıblar...
Artıq getməyin vaxtıdır. Burda canımdan bir parça, gözlərimdən yaşlar qoyub gedirəm. Əvəzində isə...
Əvəzində isə azad, müstəqil Azərbaycana dönürəm! Mənə bu hürriyyəti bəxş edən adamsa nur üzlü simasıyla arxamca əl sallayır.
Ruhun şad, yerin behişt olsun, ulu öndər!
Sənə səcdəmizə, üçrəngli əmanətinə sevgimizə heç şübhən olmasın!
Necə demişdin?
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!!!
Haşiyə: Türkiyədəki dostlarımız məndən rica etdilər  ki, Məmməd Əmindən nigaran qalmayaq. Axı, o Vətənində uyuyur...

Bu yazı 608 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :