-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Torpaq vətənim, növi-bəşər millətim insan!



Etibar Muradlı
“Müasir İnkişaf” İctimai Birliyinin üzvü,
“Vətənpərvər Gənclər” Klubunun sədri
 

18 dekabr 2012-ci il

   Özünü planetin sahibi, bəşər övladını isə dost-doğma milləti adlandırır Tofiq Fikrət. Əziz oxucu bizləri başqalarından fərqləndirən əsas cəhət cəsurluq, ağıl, əxlaq olmalıdı. Qəddar adam qorxaq olar..
   Sözüm sizədi ey mənim müsəlman-türk qardaşlarım deyən Mirzə Cəlilin, Mövlanənin və başqa böyük şəxsiyyətlərin əxlaq, iman və inam haqqında dedikləri fikirləri siz, əziz həmvətənlərimlə bölüşməyə çalışacağam. Əxlaqlı, imanlı, inamlı adam təbii ki, cəsur olar, vətənpərvər olar, millətini, torpağını sevən olar.
     Bir gün Səlcuqlu əmiri Mücinəddin Pərvanə öz adına, şanına şöhrət gətirər deyə Mövlanədən xahiş edir;
    -Bir yer göstər, orada atanız Bahəddin Vələd üçün bir qübbə inşa etdirim.
     Mövlanə cavab verir:
    -Mənə deyin görüm, gördüyünüz göy qübbəsindən daha möhtəşəm bir qübbə tikdirə bilərsinizmi?..
    -Elə isə atamın məzarı ilə işiniz olmasın, onu bu müqəddəs göy qübbəsinə tapşırmışam.
    Əziz dost, cəmiyyət olaraq yaradıcılığa həddən artıq meylliyimiz bizi, bizdən öncəkiləri məhv etməklə yenisini qurmağa təşviq edir. Hər hansı bir işi görərkən “öncə dağıdıcılıq, sonra yaradıcılıq” prinsipini əsas götürərək, davamlı inkişafın qarşısını alır, ümumi nəticənin hasil olmasını ləngitmirikmi? Təhsil səviyyəsinin daha da yüksəldilməsi üçün, demək olar ki, hər il ümumiyyətlə sistemi dəyişir və nəticədə təhsil sahəsində keçid dövrünün özünü belə keçib qurtara bilmirik. Müxtəlif üsullarla öyrədilməyə çalışılan şagird  və tələbəni sonda müəllimlər özləri belə başa düşmək istəmirlər. Bunun bütün səbəbkarı “keçid”dən keçməyə qadir olmayan tələbələrimiz, müəllimlərimiz yoxsa tamamilə başqa səbəbdimi, bunu Allahın izni ilə görəcəyik. Bu qəbildən olan bir çox “hali-qəzaları” ətrafınıza diqqətlə baxsanız sizlər də görə bilərsiniz. Sözümün canı nədi, deyim. Yəni biz Mövlanənin dediyi möhtəşəm və müqəddəs olan göy qübbəsindən daha artığına dildə iddia elədiyimiz halda əməldə sadə bir daxmanı belə tikməyə çalışmırıq. Səbəbi isə sadədi. Atalarımızın bu yerə uyğun gözəl bir məsəli var: “Tövbə toxluqdan, üz-göz yoxluqdan olur”. Demək, ya toxluq olub, ya da ki, yoxluq.
    Sonda yenə də Mövlanəyə müraciət edirəm. “Hirs ağlı, həsəd dini, qeybət saleh əməli yox edər”. Çalışın bunlardan uzaq durun və zəmanəmizdə qorunması ən çətin nəsnələr olan ağlınızdan, dininizdən və elminizdən muğayat olun, əgər bu sizə lazımdısa...

Bu yazı 4552 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :