-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

“Cəmiyyətin restovrasiyası”


Rəhim Xoyski
“Vətənpərvər Gənclər” Klubunun idarə heyyətinin üzvü,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi


17 dekabr 2012-ci il


   Mən hər dəfə onların gələcəyi barədə düşünəndə yadıma XX əsrin əvvəllərindəki babalarının sənəd yazmaq üçün Mirzələrin yanına qaçmağı yadıma düşür. Kütləvi sürətdə manqurtlaşma, kitaba nifrət hisləri onları tarixi keçmişlərinə qaytarır. Həmişə düşünürdüm ki, biz axır-əvvəl ibtidai icma quruluşuna qayıdacıq. Fikrimdə yanılmamışam. Orada yanılmışam ki, zaman müddəti, yəni bizim o dövrə belə sürətlə qayıdacağımızı təsəvvür belə etmirdim.

Əncir yarpağı
   İxtisasım tarix olduğu üçün qədim dövrü çox geniş oxumuşam. Qədim dövrdə yaşayan insanların geyimi haqqında ilkin təsəvvürlər barədə oxuyanda həmişə rast gəldiyim geyim o olur ki, o zamanlar insanlar öz cinsi yerlərini əncir yarpağı ilə örtürdülər. Bugünkü geyimlərə baxanda hərdən o əncir yarpağına şükür edirəm. Vallah, hərdən bizim qadınlarımız elə geyinir ki, heç amerikalı köpək qızı belə geyinmir. Mən Amerikada olmamışam. Amma bu kadrlardan oranı ziyarət edəndə görürəm ki, onlar həqiqətən də bu geyimi rahatlıq üçün geyirlər. Bizdə də belə rahatlığı tapanlar az deyil. Bu məsələyə məni toxunmağa vardar edən isə qışın oğlan çağında avtobus dayanacağında gördüyüm şortikli gözəl olub. Bu soyuq aylarda o şortiklə bu gözəlçə hansı rahatlığı tapır mənə çatmadı. Bircə onu bilirəm ki, qışın bu oğlan çağına bizim bu gözəlçə heç ayaqlarını qısqanmır.

Anaxaqanlığı
    XX əsrin əvvəllərinə toxundum. Bu yaxın keçmişə qayıdış mümkün olandır. Siz təsəvvür belə etmərsiniz ki, biz ibtidai icma quruluşuna necə sürətlə inteqrasiya olunuruq. Bilmirəm siz nə dərəcədə ətrafınızı izləyirsiniz, amma mən tamam fərqli şeylər görürəm. Bizim bir Vəli adda qonşumuz da bundan əziyyət çəkir.  29 illik mühasibat təcrübəsi olan Vəli kişinin 49 yaşı var. Siz bu Vəli dayını o biri dayılarla səhv salmayın ha. Deməli, bizim bu dayımız üç xarici dil bilir, kompüter biliklərinə yüksək səviyyədə sahibdir. Gəl ki iş tapa bilmir. Mənim özümdə də təəccüb doğurdu ki, ay Vəli dayı, siz belə təcrübəli idinizsə, niyə işdən çıxarılırdınız? Vəli dayı mənə belə cavab vermişdi ki, çünki biz anaxaqanlığına qayıdırıq. Bu cavab məni şaşırtmışdı. Lakin sonraki müşahidələrimdən sonra anladım ki, doğrudan da biz geriyə gedirik. Bu gün qadın kişi işini görür, kişi qadın. Addım başı iş elanlarına rast gəlib ölkəmizin iqtisadi inkişafı gözümüzə çarpır ki, görün nə qədər iş yeri açılır. Lakin o elanın sonunda əlavə cümlə şəkilində mötərizədə verilmiş “(qız tələb olunur)” ifadəsi mənə Vəli dayının sözlərini xatırladır. Təkcə elə bilməyin ki, bu problemdən Vəli dayı əziyyət çəkir. Vəli dayının oğlu Kamil oxumağın daşını atıb, gedib özü üçün daş axtarır. Amma bu Kamilin heç də daş daşımağla arası yoxdur. O, özünə ofisiantlıq işi axtarır. O gün mənə zəng etmişdi ki, bəs şəhərdəsənsə görüşək mənə iş axtaraq, mən restoranları elə də yaxşı tanımıram, mənə kömək olarsan. Çox restoran gəzdik hər yerdə bu sözə rast gəlirdik: “ofisiant qız tələb olunur”. Beləcə bu ailə gözünü Vəli dayının arvadı Mina xalaya tikib. Mina xala isə kitabxanada işləyir. Hərdən öz-özümə fikirləşirəm ki, görəsən, Mina xala olmasa həqiqətən də Quliyevlər ailəsi “minaya” düşəcək.

    Bu gün dünyada gender bərabərliyi uğrunda mübarizə aparan kifayət qədər təşkilatlar var. Təbii ki, bu təşkilatların işi qadın hüquqlarının kişi hüquqları ilə bərabərləşdirilməsinə çalışır. Bugünkü reallıqlara baxanda düşünürəm ki, artıq qadın hüquqlarının qorunması o həddə çatıb ki, kişilərin hüquqları tapdalanır.


1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  Qonaq

E-mail:           [email protected]

Sayt:           ------------

Şərh:             Araşdırmanız üçün təşəkkürlər



Bu yazı 1265 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :