-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Bilmədiyimiz Suriya həqiqətləri


Samir İsgəndərli

22 yanvar 2013-cü il - 4 mart 2013-cü il


    Artıq mart ayında Suriyada baş verən hadisələrin 2 ili tamam olacaq. Amma hələ də ən xırda belə olsun bir irəliləmə nəzərə çarpmamaqdadır!
    Ən acınacaqlsı isə Suriyada qızğın döyüşlərin getdikləri yerlər,daha çox insanların insanların həyatlarını itirdiyi və böyük zərər çəkənlərin olduğu yerlər sadəcə müsəlmanların yaşadıqları yerlərdir.
    Çox az insan Suriyadaki hadisələrin, proseslərin əslində necə başladığnı bilir. Çoxları zən edir ki,Suriyada ilk olayları xarici qüvvələr planladı və başlatdı.Amma əslində hər şeyi başladan xarici güclər deyil də Dera şəhərində yaşayan 11 yaşındakı Hamza Əl Hatip oldu. 11 yaşlı  Hamza Əl Hatip  Dera şəhərində divara SIRA SƏNƏ GƏLİR HƏKİM yazması ilə bütün prosesləri başlatmış oldu. Onun divara yazdığı bu yazıdan sonra Əl Muhabirat bu uşağı həbs edərək işgəncələr etdilər. Bu işgəncələrə  dayanamayaraq  11 yaşlı Hamza Əl Hatip həyatını itirdi. Əl Muhabərat adına isə Hamza Əl Hatibi həbs edən və işgəncələr etdirən Bəşar Əsadın xalasının oğlu oldu. Dera şəhərinin ən böyük özəlliyi büyük aşirətlərin daha çox orada olması və Suriya gənəlində sözü kəçən aşirət rəislərinin Derada çoxluq təşkil etməsidir. Məhz Dera şəhəri ən çox bu özəlliyi ilə Suriyanın digər şəhərlərdin seçilir.Bu hadisə ilk olduğu zamanlar Dera şəhərində yaşayan böyük aşirət rəisləri bu olayı sakit yolla həll etməyə cəht etdilər. Yəni Hamza Əl Hatip-in öldürülmədən öncə onun sərbəst buraxılmasını və bu hadisənin sakit bir şəkildə səssizcə həll ətmək istəsələr də Bəşar Əsadın adamları onları dinləməyərək Hamza Əl Hatip-ə işkəncə edərək öldürdülər.Yaşanan bu faciəvi hadisədən sonra ilk olaraq yalnızca Dera şəhərində üsyanlar,xalq ayaqlanmaları başladı.Buradakı xalq hərəkatı 6 ay çəkdi.Bu altı ay içində Dera şəhərinin digər bölgələri  də onlara qatıldı.Əsadın adamları Dera Şəhərinin dinç sakinlərinə çox zulmlər etdiyindən 6 ay sonra Dera şəhərindən üsyanlar, narazılıqlar ilk olaraq Humusa Sıçradı.Bu sırada Rejim reform və bəzi dəyişiliklər ədəcəyini deyərək xalqı ovutmağa cəht etdi. Bu zaman da ovudulduğunu anlayan Xalq daha çox ayaqlanmaya başladı.İlk zamanlar baş verən bu protestolar ayaqlanmalar, üsyanlar, narazılıqlar silahsız dinc əhali tərəfindən oldu. Lakin daha sonra Bəşar Əsadın yaxın adamlarından ibarət olan özəl əskərləri tərəfindən narazı kütlələrdəki  insanların həbs edilərək işgəncələrlə öldürülməsindən, ən əsası isə narazı silahsız dinç insanlara, kütləyə qarşı  Bəşar Əsadın adamları tərəfindən atəş açılmasından sonra dinc xalq silahlanaraq özünü  rəjimə  qarşı  qoruma yoluna girdi.Proseslərin başında sadəcə özünü  qorumaq üçün silahlananmış Xalq kütlələri  daha sonralar günlər keçtikcə  Bəşar Əsədin əsgərləri tərəfindən xalqa qarşı münasibət şiddətləndikçə, xalq kütlələri daha çox qrublaşdı bununla da hadisələr daha da şiddətlənərək çıxılmaz bir yola girdi.Sürətlə qruplaşmaqda olan xalqının isə yalnızca tək məqsədi və çıxış yolu qaldı və özünə  Əsad rəjimini yıxmağı hədəf götürdü.Günlər keçdikcə Əsadın adalarının qəddarlıqlarının daha da çox artmasından və şiddətlənməsindən sonra daha çox silahlanaraq daha çox əzimkarlıqla qarşı qoyan xalqa qarşı hiddətlənən Əsad ordusu yənindən dinc xalqa qarşı şiddəti artıraraq bu qurupları terorist elan etdi, havadan və qurudan aramsız hücumlara başladı.İlk 6 ayda ən böyük atışmalar Humus kəndinin Babu Amır Türkmən məhəlləsində yoğunlaşdı.Əsad gücləri o qədər gücə baxmayaraq məhəllədə dirənişi qıramağa müvəffəq ola bilmədi.Sonunda Azad suriya ordusu atışanları taktik gərəyi qida və digər ehtiyatlarının azaldğını nəzərə alaraq geri çəkilərək məhəlləyi Əsad əsgərlərinə verdilər.Bundan daha çox ruhalanan Əsad isə medyada atışmayı onun qazandığını söylədi.Əsad ordusu Babur Amır-a girdiyi zaman məhəllədə bir dənə belə olsun sağlam ev və bir dənə də insan qalmamışdı.Şəhər tam olaraq boşdu.İlk olarak Azad suriya ordusu Oradan geri çəkildi və bundan sonra dirəniş bütün ölkə gənəlinə yayılarak,nəticədə bütün şəhərlərdə xalq tərəfindən dirənişçi birlikləri qurulmaya başlandı.Bu birliklər sürətlə Şəhərləri,kəntləri Əsad güçlərindən təmizləməyə başladılar.Bundan ruhlanan Özünü Azad Suriya Ordusu adlandıran qruplar daha çox basqıyı artırdı və nəticədə Əsad gücləri şəhərlərdən qəsəbələrdən atışarak və ya heç atışmalara girmədən çəkilməyə başladılar.Bu proseslər zamanı ordudan ayrılan əsgər sayısı da sürətli bir şəkildə hər gün artmaya başladı.Bu hadisələr başladıqdan sonra ilk olaraq Əsad da ordudan təxris olan əsgərlərin Azad Suriya Ordusuna qatılacağını bildiyindən ordudan təxrisləri dayandırdı.İmkan tapan əsgərlər ordudan qaçdılar, imkan tapa bilməyənlər isə birliklərində məcburən qaldılar.Ordudan qaçma fürsəti tapa bilməyən  əsgərlər arasında atışmalara girmək istəməyən əsgərlər Əsadın adamları tərəfindən  öldürüldülər. Sürətlə bütün ölkə boyu güclənməkdə olan müxaliflər böyük bir ruh yüksəkliyi ilə Əsadın bəzi əsgəri birliklərinə hücumlar düzənlədilər və bu uğurlu hücumlar nəticəsində ələ keçritdikləri ağır silahlarla Əsad güçlərinə daha çox dirəniş göstərməyə başladılar.Azad Suriya Ordusu Ələ keçirdikləri ağır texnikalarla əsgəri hava bölgələrinə,əsgəri üstlərə,polis mərkəzlərinə olan hücumlarının sayını artırdılar.Əsad tərəfindən qaldırılmış bir çox hərbi vertalyotlar,hərbi təyarələr  Azad Suriya Ordusu tərəfindən vuruldu.Buna qarşılık olarak Əsad güçləri taktiki manevr edərək gənəl olarak qurudan deyil də havadan hücumları daha çox güçləndirdi.Bu hava hücumları zamanı Varil bombası dəyilən TNT dolu oksigen tüplərindən gəniş istifadə olunaraq əsasən bunları sivil xalqın üzərinə atdılar. Bütün bunlarla bərabər Dünyaca Bəynəlxalq müharibə qanunlarına görə qadağan olunmuş parça təsirli bombalar da xalqa qarşı istifadə olunmağa başlanıldı.
    Sivil xalq bunu nə qədər söyləməklə bərabər  video çəkimləri ilə ispat ətməyə çalışsa da nədənsə dünya mətbuatı və dünya içtimaəti bu hadisələrə səssiz qaldı.Başda Rusiya olmaqla Çin və İran dəstəkli Əsad rəjimi hər keçən gün daha da qəddar  olaraq əhaliyə qarşı yeni toplu qətliyamlar başladarak bunu silahlı təroristlərə qarşı etdiyini söylədi.Bununla bərabər bəlli aralıqlarla Rus savaş gəmiləri Suriya sahillərnə yanaşaraq suriyada yerləşən hərbi birləşmələrində olan əsgərləri götürmək adı altında yeni yeni silahlar gətirdi Əsad ordusuna.
   Bütün bu hadisələr zamanı şəhərlərdə olan Savaşlardan qaçan Suriyalı mürtəcilər kəntlərdə evləri olanlar kəntlərə,evləri olmayanlar isə kəndlərdə olan qohumlarının yanlarına qaçdı.Digərləri isə özlərinə ən yaxın olan ölkələrə sığındılar.Ən çox suriyalı qaçqınlar isə Türkiyəyə gəlməyə  daha çox üstün tutdular.Türkiyə sərhədlərinə yaxın olan insanlar Türkiyədə qurulmuş çadır kəndlərinə sürətlə sığındılar.Sərhədləri keçə bilməyənlər isə ağaçlıq ərazilərdə açıqda qaldılar və hazırda belə öz imkanları ilə həyatda qalma savaşı verərək, həyatlarını sürdürməyə çalışırlar.Digər ölkə sərhədlərində olanlar isə Lübnan, Ürdün,İraq kimi ölkələrə sığındılar.Ama oradakı həyat şərtləri Türkiyədəki cadır kəntləri kimi olmadı.Soyuqdan və aclıkdan ölənlərin böyük əksəriyyəti uşaqlarlar və yaşlılar olmakla oralarda öldülər.Bu günə qədər rəsmi rəqəmlərə görə Suriyada  ölü sayı 65000 olaraq açıqlansa da amma hər kəs bilir ki,bu rəqəmlər 150-200 mini rahatlıqla artık keçmişdir.Bu rəqəmlər sadəcə ölü sayısı ama bunlarla bərabər 100minlərcə insan həbs ədilib və ya da itgin düşdüyündən onların da həyatları haqqında heç bir xəbər alınmamaqdadır. Mültəci sayı isə çadır kəntlərdə yalnızca Türkiyədə 155 min olduğu söylənilir.Bundan başqa təkçə Türkiyədə hazırda 250 mindən çox Suriyali köçgün yaşamaqdadır.Digər ölkələrdə də mürtəci sayı 200 mini aşmışdır. Hazırda bu rəqəmlər durmadan sürətlə artmaqdadır.Ölkə içində isə 1,5 milyondan çox insan evlərini tərk ədərək fərqli yərlərdə hayatlarını sürdürməklə bir şəkildə həyatda qalmağa çalışaraq, yaşamlarını sürdürməyə davam edirlər.
     Suriyada olan insanların ən böyük problemlərindən biri də elektrik,su,qazla bərabər digər vacib olan neft məhsulları və ən başlıcası isə böyük ölçüdə qida və dərman sıxıntısıdır.İlətişim isə bütün sahələrdə Əsad gücləri tərəfİndən kəsilmiş vəziyətdədir.Qaz və elektirik olmadığından dolayı soyuq günlərdə isinmə və yemək hazırlanışları qədim  ilkər çağlarda olduğu kimi atəş yandırılaraq yapılmaktadır.
     Həmçinin Suriya xalqının digər ən büyük problemləri sırasında olanlardan bir digəri də inanılmaz bir şəkildə sürətlə həyat şərtlərinin bahalanmasıdır.Özəlliklə qida həyat üçün vacib hesab olunan qida mallarında açqca nəzərə çarpan bu bahalanma 10 qat daha artmış və bu bahalanma durmadan daha da artmaqdadır.Ən başlıcası isə çörək bişirilən yerlərin yəni pekarnıların  Əsad gücləri tərəfindən dağıdıldığından böyük ölçüdə çörək sıxıntıları yaşanmaqdadır.Bütün bunlarla bərabər  təməl qida malları  da hər keçən gün daha da azalmaqdadır.Sərhəd bölgələrdə olan insanlar gənəldə Azad Suriya Ordusunun nəzarətində olduğundan insanlar az da olsa xarici yardımlardan yararlana bilirlər.Amma iç bölgələrdə yaşayan insanlar bu yardımlardan yararlanamadığından özəlliklə qida və dərman sıxıntılarından dolayı həyatlarından olaraq yaşamlarını sürdürə bilmirlər.
    Suriyada dinc Xalqın qida və dərman yardımına ehtiyacı get gedə böyük ölçüdə çoxalsa da diqqətdən kənarda qalmaqdadır.Ən önəmlilər sırasında olan diğər bir məsələ də Suriya xalqının hazırda bəynəlxalq  Mətbuatda da Əsad güclərinə vərilən xarici dəstəklərin diyandırılması və həqiqətlərin aydınladılmamasıdır.
    Suriyada vəziyyətin hər kəçən gün daha da ağırlaşmasına baxmayaraq onların mübarizə əzmini yüksək tutan  olumlu olan tək şəy Azad Suriya Ordusunun hər keçən gün daha da irəliləyərək Mərkəz Şama doğru yaxınlaşmasıdır.Hər keçən gün Azad Suriya ordusunu paytaxt Şama daha da yaxınlaşdırdğı gerçəyi qaçılmaz və danılmaz faktlardan biridir.Hətta bu günlərdə Şamın kənar kəntlərində atışmalar sürətlə artmaqtadır.
     Bütün bu faktlarla yanaşı digər bir danılmaz həqiqət də var ki,son zamanlarda Azad Suriya Ordusunun içərisində də parçalanmaların olmasıdır.Bunun da əsas səbəblərindən biri  əslində Azad Suriya Ordusunun fərqli bölgələrdən fərqli insanların bir araya gəlməsi ilə əmələ gəlməsidir.Hər bölgə bir birlik quraraq və bu birliklərin Azad Suriya Ordusuna bağlı olduqlarını bəyan etməsi nəticəsində yaranaraq böyüməsidir.
    Artıq son zamanlarda Əsad tərəfindən Azad Suriya ordusuna qarşı savaşanlarn böyük əksəriyəti  isə yalnızca 25-35 yaş arası Əl Şabiha adlandırılan və fərqli yərlərdən gətirilmiş böyük çoxunluqları peşakar snayperçilərdən ibarət olan pullu əsgərlərdir.Suriya Xalqından ibarət olan  ordu isə tam olaraq silahlar əlindən alınaraq silahsızlaştırılmış və bir küncə atılmışdır. Orduda olan Suriya vətəndaşlarndan yığılmış əsgərlərinin böyük əksəriyyətindən xabər alınamamaqdadır.Suriya xalqından toplanmış və silahları əllərindən alınmış əsgərlər  sadəcə son zamanlar Azad Suriya Ordusuna qarşı yem olarak isifadə olunmaqdadır.Bütün bu sadalanan neqativ səbəblərdən  dolayı orduda olan suriyalı əsgərlər sürətlə ordudan fürsət tapdıqça qaçmaqdadırlar.
    Hazırda xalq tərəfindən yaradılmş Azad Suriya Ordusunun ana üst düzey kadrosu Əsad zülmmünü görüb ordudan ayrılmış üst düzey komutanlardan və ordu mənsublarından ibarət olmaqdadır.Azad Suriya ordusunun başında isə iki adın olduğu deyilməkdədir.Biri siyasi olaraq çalışan Türkiyəyə sığınmış 40 yaşındakı komutan Riyad Əsaad digəri isə Suriyada savaşları idarə edib idarə edən  Hacı Mari ləqəbli Abdulkadir Əl Salihdir.
    Suriyada digər önəmli məsələlər arasında olanlardan bir digəri də Azad Suriya Ordusu Əsad rəjmini yıxldıqdan sonra onun yerinə kimin kəçəcəyidir.Xalq arasnda Əsad rəjimi Azad Suriya Ordusu tərəfindən devrildiyi təqdirdə hakimiyyətə Əsad rəjimindən qaçmış insanların adları daha çox səsləndirilir. Adları səsləndirilənlər arasında ən çox hazırda adları keçənlər köhnə Əsad dövründə baş nazir olmuş Riyat Əl Hicab və Əsgəri qanatdan olan Münəf Atlas-dır.Münəf Atlas Bəşar əsadın həm uşaqlıq dostudur həm də əsgər yoladşı olmuşdur.Münəf Atlas yalnızca Sünni olduğundan Suriyada təqiblərə məruz qalaraq qovulmuşdur.Ama bu iki şəxsdən başqa Digər bir ad da var ki,bu da Əsadın hazırda  köməkçisi olan və hadisələrin başladığı Dera şəhərindən olan Faruk Əl Şaara hesab olunur.Faruk Əl Şaara Əsadı  müxaliflərlə masaya oturtarak anlaşma yapılması üçün diyaloqları başladan  yeganə insandır.Bu diyaloqun baş tutmasına baxmayaraq  xalq və Azad Suriya Ordusu  qəbul ətmədi.Bunun əsas Səbəbi olaraq da  müxalif olaraq göstərilən və Bəşar Əsadla masaya oturtulan şəxslərin əslində müxalif olarak qəbul ədilməmələridir.

Bu yazı 839 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :