-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

20 Yanvar ÜMUMMİLLİ hüzn günüdür


Nicat Göyüşlü
 
“Müasir İnkişaf” İctimai Birliyinin üzvü,
“Türk Eli” jurnalının baş redaktoru


20 yanvar 2013-cü il - 28 fevral 2013-cü il


     1990-ci illər… Yeddidən yetmişə hamı küçələrə axışır və millətinin haqq səsini dünyaya bəyan etməyə çalışırdı. Nəhayət yanvarın 19-dan 20-nə keçən gecə bu inqilabın qarşısının alınması üçün Bakıda Sovet imperiyasının XI Qızıl ordusu tərəfindən dəhşətli qırğınlar törədildi. İnsanlarımızın bir günahı  vardı: bu da azadlıqlarını tələb etmələriydi. Və bu ali hisslə əliyalın şəkildə qorxmadan tankların, topların üzerinə yeridilər. Həmin gecə Bakı qan gölünə qərq olmuşdu… Amma həyat davam edirdi və yenə səhər açılmışdı. Açılan səhər neçə illik əsarətdən sonra şəhidlərimizin canı, qanı bahasına başa gələn a    zadlığımıza doğru ilk səhər oldu.
     Göstərilən rəqəmlərə görə bir milyon adam şəhid olmuş 131 nəfərin dəfnində iştirak etmək üçün meydanlara axışmışdı... Bu birlik, bu izdiham hər ilin 20 yanvarında eyni templə davam edir, yaşanmaqdadır. Yaşlılar gənclərə Şəhidlər Xiyabanında uyuyanların taleyini anladır və 20 yanvar təqviminin Azərbaycan tarixində hüzn günü olmaqla yanaşı həm də şərəf günü olduğunu aşılayır. İndi bu müqəddəs məkana gələnlərin müəyyən bir qismi həmin hadisələr zamanı hələ heç dünyaya gəlməməşdilər. Elə bu günlərdə Şəhidlər Xiyabanını ziyarət edərkən də bunun şahidi oldum. Anaların torpağını öz qanı, canı bahasına azad etmiş şəhidlərimizi körpələri ilə birgə ziyarət etməsi yetişməkdə olan gənc nəslin daha da milli ruhda tərbiyə olunmasını şərtləndirmiş olacaq.
     Bütün bunları görəndə təbii ki adam sakitcə də olsa qürur hissi duyur. Amma çox təəssüf ki,bəzi hallarda neqativlər də nəzərə çarpır. Məsələn 20 yanvar təqviminin Azərbaycan xalqı ücün matəm günü olmasına baxmayaraq evində yüksək səslə ritmik mahnılara qulaq asanlara, küçədə gedərkən qulağına qulaqcıq taxıb öz kefində olanlara, yeyib-içənlərə də rast gəlinir.
     Musiqisevər xalq olduğumuz bəllidir, amma heç olmasa ildə bircə gün ümumilli hüzn gününü birgə yaşamaq hər birimizin vətəndaş borcumuzdur. Yaşamalıyıq ki, nəticə çıxaraq, nəticə çıxarmalıyıq ki, Vətənimizi qoruyub gələcək nəsillərə ötürə bilək.
   
      P. S.  Bu məsələ ilə bağlı öz facebook profilimdə etiraz əlaməti olaraq fikir bildirdim. Çoxları bununla razılaşsa da, qarşı çıxanlar da oldu. Bir məsələ agah olmalıdır ki, öz şəxsi nümunəsini ortaya qoymayıb Şəhidlər Xiyabanında şüarlar səsləndirməklə, aksiyalarda iştirak etməklə problemin dünyaya çatdırılmasında nəyəsə nail ola bilmərik. Çünki özün inanmadığın işə heç kimi inandıra bilməzsən.

Bu yazı 641 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :