-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Erməni vəhşiliyi


Leyla Namazova

28 fevral 2013-cü il - 15.03.13


      26 fevral tarixini bütün Azərbaycan xalqı və dünyada yaşayan 50 milliona yaxın soydaşımız Xocalı soyqırımı günü, bir matəm olaraq qeyd edir.
     26 fevral 1992 ildə Xocalıya  erməni faşistləri tərəfindən hücum oldu, şəhər təmamilə yerlə yeksan edildi, külə döndərildi. Ermənilər yerli dinc sakinlərə işgəncələr verərək əsl soyqırım torətdilər, bu azmış kimi onlar soyuq meyidlərdən də əl çəkmədilər, öz törətdikləri vəhşiliklərdən həzz aldılar. O soyuqda, o şaxtada cinayətkarların bir məqsədi var idi  – hər kəsi öldürmək, məhv etmək, yandırmaq və əzab vermək. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. Dinc sakinlər diri-diri yandırıldı, başları kəsildi, qafalarının dərisi soyuldu,  körpələrin gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yırtıldı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edildi. Uşaqları öldürmək, yaşlı insanlara əzab vermək, insanların başlarını kəsmək, o başla futbol oynamaq, gözlərini çıxarıb, əl-qollarını şikəst etmək və bundan da da betər vəhşiliklərdən həzz aldılar. Bunu ermənilərin üzdəniraq “ziyalıları” da öz kitablarında yazıblar.
      O hadisədən sonra çox az adam sağ qaldı. Neçə nəfər didərqin düşdü, yarısı meşədə soyuqdan donub öldü, neçə nəfər əlil qaldı, tək-tük adam qaça bildi. Onlar da indi Azərbaycanın bütün rayonlarında qaçqın və məcburi köçkün stasusu ilə yaşayırlar, halbuki onların tam haqları var ki, öz torpaqlarında yaşasınlar. Hətta belə bir hadisə də yadımdadır ki, Xocalı soyqırımının canlı şahidi olan bir uşaqdan soruşurlar ki, o faciədən nə yadında qalıb, o isə deyir: “Niyyətim sadəcə ermənilərdən qisas almaq və tezliklə Xocalıya ata-baba yurduma qayıtmaqdı”. Bunları necə adlandırmaq olar, bu vəhşiləri necə bağışlamaq olar? Kimsə nə vaxtsa bağışlasa da, bunları Allah-təala heç vaxt bağışlamayacaq, çünki Allah verən canı heç kəs ala bilməz, ermənilər isə əsl vəhşidilər. Mən o kadrlara baxanda həmişə gözlərim yaşarır, bədənim titrəyir, onlara nifrətim günü-gündən artır. Özüm-özümə belə bir təsəlli verirəm ki, dözmək lazımdı, tezliklə her şey öz yerini tutacaq, duşmənlərimiz oz cəzalarını alacaqlar.
     Neçə dəfə Xocalıya həsr olunmuş roliklər gedib bütün dünya bunu görüb. Bir çox ölkələrin Parlament və Senatları artıq bu hadisəni soyqırım kimi tanıyıb və kəskin şəkildə pisləyib, həmçinin qatillərin tutulması və cəzalanadırılması tələb olunub. Onlar artıq anlayırlar ki, erməni milləti qatildi və 21 il bundan əvvəl əsl vandal kimi, əsl qatil kimi, əsl vəhşi kimi bu soyqırımı törədənlər məhz erməni quldurları idi. Yavaş-yavaş hamı bu vandaların kim olduğunu görür. Ermənilər qətiyyətlə və həyasızcasına bəyan edirlər ki,  bütün Dağlıq Qarabağ sırf erməni torpağıdı və Xocalıda heç vaxt soyqırım olmayıb. Bəs bunu necə adlandırmaq olar? Bu cəfəngiyyatı ancaq erməni kimi alçaq millət deyə bilər. Erməni quldurları deyirlər ki, guya türklər onlara qarşı soyqırım törədiblər, nə qədər erməni qətlə yetiriblər. Belə uydurma “faktlarla” saxta tarix yaratmaq istəyirlər.
     Xocalını nə günə goydular, nə qədər insanı amansızcasına gətlə yetirdilər, sakinlərə nəqədər əzab-əziyyət verdilər? Bunlar deyəsən yadlarından “tamamilə çıxıb”. Bu hadisə onların iç üzünü açdı, hiyləqər və işğalçı olduqlarına hamı bələd oldu. Xocalı soyqırımı bu vəhşiliyin bir sübutu kimi göz qabağındadı. Bu soyqırım 20-ci əsrin ən dəhşətli faciəsidi.
     Xocalı soyqırımının hər ildönümü dünyanın bir çox nöqtəsində anılır. Hətta bu soyqırımla bağlı ABŞ prezidenti Barak Obamaya da müraciət olundu.  Ağ Evin “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1992-ci ildə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək. Petisiyada bildirilir Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün  Petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır. İmzatoplama kampaniyası keçirildi və 100 mindən çox imza toplandı. Bu da böyük bir uğurdu. Biz nəinki ABŞ-a, həm də bütün dünyaya sübüt etmək istəyirik ki, Xocalı facıəsini soyqırım kimi tanısınlar, ədalətli olub, qəbul etsinlər ki, ermənilər Azərbaycan xalqına qarşı terror törədiblər. Dünyanın bütün ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir. Bütün ölkələrdə erməni səfirliklərin önündə mitinq təşkil edib onlara öz etirazlarını açıq və sərt şəkildə bildirirlər, müxtəlif şüarlar səsləndirirlər. Ermənilər isə guya heç nə eşitmirlər. Onlar ürəklərində sevinirlər ki, düşmən bildikləri bizlərə bu qədər əzab, göz yaşı bəxş ediblər.
     Prezident İlham Əliyev xarici ölkələrdə səfərlərdə olanda sübüt edib ki, Xocalı və həmçinin Qarabağ Azərbaycan torpağıdı. Xocalının və şəhidlərin qanı yerdə qalmayacaq, nə vaxtsa biz qisas alacağıq. Ali Baş Komandan əmr versə  hamı ayağa qalxıb, silahlanıb torpağlarını düşməndən azad etməyə hazır olacaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da Xocalı haqqında həqiqətləri bütün dünyaya çatdırırlar. Leyla xanım Əliyevanın, “Xocalıya Ədalət” kampaniyası çox uğurla özünü doğruldur, həm Azərbaycanda həm də ki, başqa ölkələrdəki gənclər və yerli sakinlər bu kampaniyanı dəstəkləyir,  bu kampaniyaya qoşulur. Kampaniyanın məqsədi bütün dünyaya sübüt etməkdir ki, Xocalıda həqiqətən də soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib və bunu dünya görməlidi, qəbul etməlidi, bizə dəstək verməlidi. Ermənilərin yalan uydurulmuş tarixinə, mənası olmayan  sözlərinə YOX, əsl faktlara  inanmalıdırlar. Əsl fakt da odur ki, ermənilər cinayətkardılar və onlar hər bir cinayətə, tökdükləri qana, göz yaşına, yalana görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidilər.  Əgər həqiqət varsa nə vaxtsa onlar hər şeyə görə cavab verəcəklər. Keçən il Xocalı faciəsinin  20-cı il dönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirildi. Xalq bu vəhşiliyə öz etirazını  yürüşlə bildirdi. Başda prezident  İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, dövlət və hökümət nümayəndələri olmaqla, minlərlə insan bu yürüşdə iştirak etdi. Şəhər sakinləri və qonaqlar da  bu etiraz yürüşünə qoşuldular. Azadlıq prospektindən başlanan bu yürüş düz Xocalı soyqırımı abidəsinə qədər piyada davam etdi. Xətai rayonunda  Xocalı prospektində  Xocalı soyqırımına həsr olunmuş heykəl ucaldılıb. Bir qadın qucağında da bir uşaq, o sanki fəryad qoparıb kömək istəyir. Çox möhtəşəm tərtibatlı bir abidədi. Hər il soyqırım günü minlərlə insan buranı ziyarət edir,  bu heykəl önünə tər çiçəklər düzürlər. Soyqırım qurbanlarının əziz xatirəsini anıb, ehtiramlarını bildirirlər. Xocalı soyqırımının qurbanları və həmçinin vətən uğrunda şəhid olan bütün oğul və qızlarımız daima hər bir Azərbaycanlının ürəyindədi. Onlar heç vaxt unudulmayacaq, daima könüllərdə yaşayacaq. Nə qədər bu Millət var şəhidlər yaşayacaq.
     Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qalanlara isə səbr versin. Şəhidlərimizin qanı yerdə qalmayacaq, nə vaxtsa millət onların qisasını alacaq, gec-tez həqiqət üzə çixacaq və şəhidlərimizin ruhu rahat yatacaq. Həqiqət bizimlədi. Biz gərək öz vətənimizi bizim şəhidlərimiz kimi sevək. Necə onlar canlarını verdilər öz vətənləri naminə, eləcə də biz. Hər bir Azərbaycanlı üçün vətən birinci yerdə olmalıdı. Biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq.
Bu gün mənim də, hər bir azərbaycanlının da arzusudu ki, o torpaqlara bizim səfalı yerlərimizə, Qarabağımıza, Şuşamıza, Xankəndimizə qayıdaq. Ora əsl qalib kimi qayıdaq, əsl sahib kimi qayıdaq, əsl ev yiyəsi  kimi qayıdaq. Qarabağda bizim üç rəngli şanlı bayrağımızı qaldıraq və O orda həmişə dalğalansın.
    Azərbaycan bayrağı həmişə yüksəkliklərdə olmalıdı. Azərbaycanlı olmaq hamı üçün şərəf olmalıdı. Yazını ümummilli liderimizin, ulu öndər Heydər Əliyevin kəlamıyla başa vururam: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Bu yazı 647 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :