-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Can Xocalı...


Nigar İsfəndiyarqızı

26.02.2013

..Siz heç tikələnmiş insan gördünüzmü? Atanızın, babanızın bədəninin bir parçası qopub gözünüzə dəydimi? Bağıra-bağıra qaçdınızmı üzü Allaha?

Başınızı daşa çırpıb çarəni daşdan dilədinizmi?

Diləmədiniz!

Yumdunuz gözünüzü! Düz iyirmi bir ildir də açmadınız! Elə bir yumdunuz ki, kor olmaqdan betər etdiniz özünüzü!

Alçağın, namərdin, şərəfsizin, homoseksualistin, cinsiyyəti olmayanın, itin, köpəyin hüquqlarından əskik gördünüz bizi!

Yaxşı deyiblər: “El elin eşşəyini fışqıraqla ararmış”.

Bir Azərbaycan türkünə Xocalının nə ifadə elədiyini sorsalar, cavab əvəzinə qan-yaş tökər gözündən. İçinin sızıltısı bağrının qanına qarışar. Bunları bilə-bilə, bunları görə-görə hələ də ümid edirik, hələ də bizim “eşşəyimizi başqalarının bizdən daha yaxşı axtarıb tapacağına” inanırıq!

İllərdir dünya ictimaiyyəti elə bu cür axtardığı üçün də heç cür tapa bilmədiyi həqqətlər taleyimizə çevrildi bizim. Azərbaycan, can məmləkətim ümid edə-edə ümidsizliyin eşiyinə gəldi, bitdi, tükəndi, amma görən olmadı.

Bəs deyilmi?!

Allah eşqinə, biz nə vaxta qədər yalançı xristianların “bayraq”larında dalğalanacağıq?! Bu lənət olası qisasın alınacağı gün gəlmədimi?! Süngülərə keçirilən körpələrimizi dünya görmədisə o süngünü dünyanın gözünə soxmağın vaxtı deyilmi?!

Mənim nə siyasətə, nə humanizmə, nə insanlıq adı verilən oyunlara ayıracaq zamanım qalmayıb. Ömür dediyin 50-60 ildir onun 21 ilini bu utancla keçirmişiksə, bundan sonra yaşadıq deməyə millət olaraq haqqımız olacaqmı?!

Heç zənn etmirəm!

Din adı altında millətimə dinsizlik gətirənlər, insanlıq naminə insanlığımızdan edənlər, xristianlar, ruslar, ingilislər, daha nə bilim nələr...

Yetər!

Artıq yetər! Mən Xocalının, Şuşanın, Zəngilanın, əsirlikdə olan heç bir torpağımın üzümü qaraltdığı günün ildönümünü qeyd eləmək istəmirəm!

Mən qadınımın, qızımın namusuna toxunulmağın yükünü daşıya bilmirəm! Daşıdığım qan məni boğur, boğazıma tıxanan qəhər yumruqlarıma düyümlənir. Bu soyqırıma bais olanlar, əmin olun, o düyümlənən yumruğum bir gün milli heysiyyətimə dil uzadan sizlərin sifətinə tərs şapalaq kimi açılacaq!

Can Xocalım, işğal günün mübarək!!!!!!!

Başımı qaldırıb üzünə baxmağa üzüm yox! Amma sən yenə səbr elə! Qeyrətimizin son damlasına güvən.Qırx igidli Kür Şad misali bir gün səni məsumiyyətin kirlənmiş də olsa geri alıb bağrıma basacam!

Bax, o gün, bizim ölümümüz o gün olacaq, AZƏRBAYCANLILAR!

Namusuna toxunulmuş bir gəlinin heç vaxt geri qaytara bilməyəcəyimiz qeyrətinin ağrısı iliklərimizə işləyəcək! Doğa bilmədiyi oğlunun, süd verə bilmədiyi döşünün, “niyə doğdun” deyə çəkib yaxasını cırmağa qəbrini tapmadığı anasının hesabını o gün soracaq!

Sənin qiyamətin o gün olacaq, azərbaycanlı...! O gün!!!!!!!!


P.S: Qeyrət parayla  alınmır!

Bu yazı 1486 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :