-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

 

Uqo Çaves: vətənpərvər lider, yoxsa korrupsioner diktator?


Vüsalə Hüseynli

12.03.13

İslahatdan diktaturaya və ya əksinə…

Dünya mediasinda bir neçə dəfə ölüm xəbəri yayılan və hər dəfə də ölümün qapısından geri döndüyü söylənilən Venesuella prezidenti Uqo Çaves keçən həftə gerçəkdən uğunda döyüşdüyü, çox sevdiyi Vətəni, milləti və tərəfdarları ilə vidalaşaraq əbədiyyətə qovuşdu. Onun ölümü müxtəlif fikirlərin irəli sürülməsinə, şərhlərin verilməsinə, geniş müzakirələrin aparılmasına səbəb oldu. Bəziləri üçün böyük inqlabçı, islahatçı, demokrat, komandan, bəziləri üçün korrupsioner, diktator, özü üçün isə vətənpərvər olan, millət təssübkeşi olan Venesuella prezidenti əslində kim idi? Deyilənlərin hansı onun əsl simasını olduğu kimi xarakterizə edirdi? Bu sualın cavabını araşdırmadan öncə qeyd edim ki, Azərbaycanda son zamanlar dünyanın gedişindən-gəlişindən xəbəri olan insanların əksəriyyətinin müzakirə yeri olan facebook sosial şəbəkəsində də Çavesin ölümünü diktatorun hakimiyyətinin sonluğu kimi təqdim edənlərin onu bir vətənpərvər olaraq görənlərdən çoxluq təşkil etdiyinin şahidi oldum. Doğrusu, bu şərhlərlə tanış olduqdan sonra mənim üçün hakimiyyətə gəlişi ilə ən kasıb venesuellalının səsinin eşidilməsinə şərait yaratmış bu insan barədə düşüncələrimi bölüşmək istədim.
Sözün əsl mənasında dünyanın müzakirə açdığı, Latın Amerikası ölkələri üçün əlçatmaz olan, Qərb siyasətçilərinin, xüsusilə, Amerika siyasətçilərinin yuxularını qaçıran Uqo Çaves kim idi və onun Vətəni üçün etdikləri özündən sonra nə ilə yaddaşlarda iz qoyacaqdı?
Sadə müəllim ailəsində, zənginlikdən uzaq həyat keçirən, anasının istəyinə rəğmən din xadimi, arzularında beysbolçu olmaq istəyən, əslində isə hər iki istəyin üzərindən xətt çəkərək, komandan olmaq üçün Hərbi Akademiyaya üz tutan mərhumu dünyanın digər liderlərindən fəqrləndirən bir çox məqamlar var idi ki, məhz bu nüanslar onu heç vaxt nə sadə venesuellalının yaddaşından, nə də  dünyanın siyasi tarix səhnəsindən silinməsinə imkan verməyəcək.  Hətta qeyd edəcəyimiz nüansnlar komandan Çavesi tarixə özünün mənəvi ustadları saydığı XIX əsrin inqilabi siması olan Simon Bolivardan və Çe Gevaradan da fərlənməsinin əsas məqamları sayıla bilər. Baxmayaraq ki, bu gün dünyasını dəyişməsinə rəğmən xalqı üçün, Vətəni üçün etdiklərini həzm edə bilməyənlər venesuellalı komandana daha çox diktator damğası vuraraq, onu tarixin arzuolunmazları siyahısına düşməsi üçün bütün güclərini ortaya qoyublar.
Bəs komandan Çaves niyə dünyanın “siyasi” deletantları üçün diktator sayılırdi? Sualın cavabı birmənalı və sadədir.  Ona görə ki, Çaves kənardan gəlib Venesuella neftinə hakim çıxmaq istəyən əllərin yerindəcə qarşısını ala bilmişdi. Hələ 1998-ci ildə prezidentliyə namizəd  olan zaman ölkənin neft şirkətlərinin rəhbərlərini cah-çalal içərisində yaşamaqda, korrupsiyalaşmış oliqarxa çevrilməkdə ittiham edən komandan venesuellalarin qəlbini hələ o zaman fəth  edərək, xarici qüvvələrin yuxularına haram qata bilmişdi. Hakimiyyətə gəldikdən sonra isə, “inqlabi sosial siyasət”ə yönəlik islahatları arasında ilk gördüyü iş ölkənin strateji şirkətlərininin, xüsusilə, neftin  milliləşdirilməsi olmuşdu. Bu isə ilk növbədə Latın Amerika ölkələrində, o cümlədən, Venesuellada imperializm siyasəti həyata keçirən ABŞ şirkətlərinin maraqlarına uyğun olmadığından, ABŞ-ın “Exon Mobile” şirkəti beynəlxalq məhkəməyə müraciət edərək bu ölkənin 12 milyardlıq bank aktivini dondurmağa nail olmuşdu. Lakin Çavesin “neft ixracını dayandıracam” bəyanatı ali məhkəmə instansiyasını ədalətli qərar verməsinə və yazılmayan qanunlardan yan keçməsinə, aktivlərin bərpasına səbəb olmuşdu. Çaves ölkədə milli kadrların yetişməsi üçün, əksəriyyəti təhsilsiz olan kasıb venesuellalıların həyatının yaxşılaşdırılması üçün savadsızlığın qarşısını alacaq ciddi islahatlar həyata keçirmişdi. Bunun nəticəsidir ki, bu gün Venesuellada təhsilsiz insana rast gəlmək nadir hallarda mümkündür.  Venesuellanın qəhrəmanını beynəlxalq “baş bilən”lərin gözündə diktatora çevirən digər məqam Çavesin neft gəlirlərinin böyük hissəsini ölkənin inkişafına xərcləməsi, yeni xəstəxanalar, məktəblər, evlər tikdirməsi,  xalqını iş yerləri ilə təmin edərək, Venesuellanı dünya güclərinin iqtisadi asliliğından çıxarmağa nail olması idi. Artıq dünyanın söz sahibləri anlayırdılar ki, venesuellalı komandan onların ölkələrə “demokratiya” pərdəsi altında yerləşdirdikləri , əslində isə ölkə sərvətini daşınması üçün sözdə “demokratiya carçıları”na  yardımçı olan “marionet” deyildi.
Bəli, sözünü istənilən dövlətə açıq şəkildə deyən, dövlətini, xalqını heç bir gücün qarşısında əzdirməyən, ölkə sərvətini sözdə “demokrat”lara peşkeş edərək, oliqarxa çevrilənlərə qənim kəsilən, dövlətini gücləndirən, millətini savadsızlığdan qurtaran, milli kadrların yetişməsinə üstünlük verərək uzun müddətli strateji xətt inkişaf etdirən, səhiyyə müəssisələrimi pulsuz edən, həmişə yoxsulluqla mübarizə apararaq, əhalinin yanında olaraq onlara verilən subsidiyaların faizsiz verilməsini təmin edən, bir lider  yaşadığımız ədalətsiz, çoxtərərfli standartların tətbiq olunduğu beynəlxalq aləmdə  təbii ki, dünya “baş bilən”ləri üçün tiran və diktator damğasına tuş gəlməli idi.
Maraqlıdır, necə olur ki, 1956-cı ildə Qvetamala prezidenti Arbensin ABŞ şirkətlərini özəlləşdirəndə ABŞ-in Müdafiə Departamentinin – Pentaqonun bu ölkəyə hərbi müdaxilə etməsini, 1981-ci ildə prezident Torrixos Panama kanalını milliləşdirmək qərarı verəndə “təyyarə qəzasında” həyatını itirməsini, 1989-cu ildə Panamanın yeni prezidenti Noryeqa Torrixasın yarım qalmış işini tamamlamağı qərar verərkən, Birləşmiş Ştatların hərbi müdaxiləsi nəticəsində müstəqil dövlətin prezidentini qoluqandallı apararaq bü günə kimi  də ABŞ-da həbsdə saxlanılması heç də diktatorluğa, tiranlığa, imperalizm siyasətinə deyil, “demokratik” islahatlara dəstək kimi  dəyərləndirilir və  çöxtərəfli demokratiya, insan haqları aliliyinin göstəricilərinin baş carçıları bunu ya görmür ya da sərf etdiyindən görməməzlikdən gəlməyə üstünlük verirlər. Ancaq dövlətinin inkişafı üçün çalışan, onu xarici qüvvələrdən qoruyan,  kasib əhalisinin həyat şəraitini yüksəltməyə səy göstərən, onu hakimiyyətə gətirən insanının yanında olmağa çalışan isə, diktator damğasına məruz qalaraq tiran adlandırılır. Yeni dünyanın siyasi düzəni budurmu? Demokratiya budurmu?
Təbii ki yox. Dünya gücləri qəbul etsələrdə-etməsələr də, venesuela komandanı istər venesuellalıların yaddaşında, istərsə dünyanın siyası tarixində diktator kimi deyil, böyük lider və islahatçı, vətənpərvər komandan kimi daim xatırlanacaq.  O xalqının yaddasında ölkəsinin insanının inkişafına, dövlətinin güclənməsinə əməyi olan lider kimi anılacaq. Ən əsası isə, Venesuellanın ən kasıb insanının sözünün eşidilməsi üçün mühit yaradan siyasətçi kimi xalqının qəlbində iz qoyacaq.  Kəskin, xarizmatik  siyasi lider olan Çavesi özünün mənəvi ustadı hesab etdiyi Simon Bolivardan fərqləndirərək tarixə həkk edən bir məqam isə, müsbət mənada radikal islahatlar həyata keçirən venesuellalı komandanın inqlabçı Bolivardan fərqli olaraq öz xalqı tərəfindən sona kimi dəstəklənərək, arzu olunmaz lider kimi siyasi arenanı tərk etməməsidir.
Yuxarıda sadaladıqlarımın fonunda bəzən sərt, bəzən isə adi insanlara radikal görünəncək səviyyədə addımlar atmağa məcbur olan, hakimiyyəti dövrünü xarici təsirlərlə mübarizəyə həsr edib, vətəndaşını inkişaf etdirən, Latın Amerikasının bir çox ölkələrini ABŞ-ın iqtisadi aslılığından qurtarmağa çalışan bir lider sizcə diktatormu yoxsa islahatçı və vətənpərvərdirmi? Məncə Çaves sonuncuya daha çox uyğundur və sadə vətəndaşların onun üçün axıtdığı göz yaşı onun bir diktatordan çox uzaq olduğuna işarə edir.

Bu yazı 1397 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :