-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Qərb küləkləri


Aqşin Atalızadə
"Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini

15 mart 2013-cü il


Coğrafiya elmində “Qərb küləkləri” Yer üzündə 30 və 65 dərəcə şimal və cənub enləri arasında qışda güclü, yayda isə zəif əsənküləklərə deyilir. Öz adlarını isə yerin hərəkətinə müvafiq olaraq şərqə doğru meyl etmələrindən almışdır. Ancaq, yazımız coğrafi biliklərinizi təzələmək üçün deyil.
Bu günlərdə əvvəllər adını belə eşitmədiyim bir şəxs onsuz da qarmaqarışıq olan Azərbaycan gündəminə “dahiyanə” yeniliyi ilə seçilən “sensassion” mövzu atıb. Azərbaycan bayrağı dəyişdirilməliymiş.
Əvvəlcədən qeyd edim ki, mən bu şəxsin adını bugünə qədər doğrudan da eşitməmişdim. Əminəm ki, əksəriyyətdə bu bəyanatlar sadəcə gülüş hissi doğurub. Məqsədim də uzun-uzadı tarixi araşdırmalar sayəsində əldə edəcəyim dəlillərimlə onu haqsız çıxarmaq deyil. Məsələyə sadəcə öz mövqeyimdən yanaşmaq istərdim.
Bu şəxsin əsas dəlili buymuş ki,bəs Azərbaycan bayrağı ziddiyətliymiş. Heç demə Azərbaycan bayrağı üç fərqli ideologiyanı və ya tezisi özündə cəmləşdiribmiş, üçüdə bir-birinə zidd imiş. Müəllif xüsusi vurğulayır ki, ”islam dini ümmətciliyi qəbul etdiyi halda, necə ola bilər millətcilik - Türk milli kimliyi ilə bir arada olsun?!”
Mən sadəcə bir şeyi başa düşə bilmirəm bu şəxs hansı dövrün islamından danışır? Tutaq ki, o islamçı mövqedən çıxış edir və hər növ millətçiliyi rədd edir. Bəs hanı o bütün islam xalqlarını bir ümmət altında birləşdirən vahid mexanizm? Hanı xilafət? Haradadır? Bəlkə müəllif bir anlığa yüzillər qabağa gedərək xilafətin ən möhtəşəm dövrlərini görüb bu düşüncəyə dalıb? Onun bu mövqeyindən yanaşsaq belə çıxır biz bütün milli dəyərlərimizi, adətlərimizi, milli bayramlarımızı ləvğ edib, ancaq dini adətlərimizi saxlamalıyıq, özümüz də dilimizi basdırıb ərəb dilində danışmalıyıq ki, nədi-nədi İslamın əsası olan Qurani-Kərim dəbu dildə yazılıb?
İndi tutaq ki, müəllif qatı türkçüdür və islamı qəbul etmir. Bu da gülünc görünür. Türk dünyasının daha doğrusu türk xalqlarının mütləq əksəriyyəti islam dininə etiqad edir. Həm də bir çox türk xalqlarının, məsələn tatarların, başqırdların bir xalq kimi mövcudluğunun saxlanmasında islam dini həlledici əhəmiyyət daşımışdır. Tarixdən də məlumdur ki, mənşəcə türk olan bir sıra xalqlar (bolqarlar, Rusiyanın türk mənşəli provaslav əhalisi, Qarabağ erməniləri və s.) məhz din faktoruna görə öz mövcudluğunu itirmiş və digər xalqların tərkibinə qatılmışdır. Elə müsəlman olan bütün digər türk xalqlarının həyatında da İslam dininin ehkamları həyat tərzini müəyyən etmiş, islam dəyərləri özünəməxsus milli-mənəvi dəyərlər formasına transformasiya olmuşdur. Əgər müəllifin məniqiynən çıxış eləsək,onda biz türklüyümüzə zidd olduğu üçünislam dinindən, onun ehkamlarından imtina etməli, tamamilə dəyərsizləşməli ya da ki, başqa dini qəbul etməliyik. İslam dininin Azərbaycan türklərinin və bütövlükdə Azərbaycan xalqının həyatındakı necə əhəmiyyətli rol oynadığını nəzərə alsaq, bu sadəcə qeyri-mümkündür.
Özünə bəraət qazandırmaq istəyən müəllif deyir ki, bəs “kütlə üzərimizə kəlsə belə, doğrunu deməli və doğruları insanlarımıza çatdırmalıyıq". Maraqlaqlıdır hansı doğrudan söhbət gedir? Bu adam özünü hamıdan ağıllımı sayır? Mən hər halda düşünürəm ki, bu bayrağın ideyasını formalaşdıran Əli bəy Hüseynzadələr, Ziya Gök Alplar, Yusuf Akçular, Məhəmməd əmin Rəsulzadələr və adını çəkmədiyim bütün digər dahilərimiz bu şəxsdən az savadlı və millətini az düşünən olmayıblar. Ancaq, mən bayrağımızın mənasını sadəcə öz başa düşdüyüm kimi təqdim etmək istəyərdim:bayrağımız Azərbaycan türklərinin və digər azərbaycanlıların ortaq milli dəyərləri ilə yenə də bizim olan islamın mənəvi-əxlaqi dəyərlərinin təməl kimi qorunması əsasında Azərbaycan dövlətinin müasir dünyanın tələblərinə uyğun olaraq sürətlə inkişafının zəruriliyinin təcəssümüdür. Burada söhbət Azərbaycan türklərinin və digər azərbaycanlıların ümumi milli dəyərləri ilə artıq bizim qəbul etdiyimiz və özümüzə uyğunlaşdırdığımız islami dəyərlərin sintezindən və sistemindən gedir. Əgər bu dəyərlər bir-birinə belə zidd olsaydı onda necə olub ki,  yüzillər boyu onları özümüzdə yaşadaraq bu günə gəlib çıxmışıq?
Bu baxımdan mən bayrağımızı sürətlə yüksəklərə uçan təyyarəyə bənzədərdim: Qırmızı rəng sürətlə irəliyə aparır, onun qanadlarındakı yaşıl və mavi rənglər isə yolunu azmamasını və tarazlığını saxlayır.Onlardan biri yaxud hər ikisi olmadığı halda təyyarə qəzaya məhkumdur!
Bəs heç bir elmi əsası olmayan bu absurd fikri ortaya atmaqda müəllifin məqsədi nədir? Bunu onun növbəti fikirləri ilə asanlıqla üzə çıxara bilərik. Müəllif təklif edir ki, Azərbaycanda Cümhuriyyətin ilk bayrağı - qırmızı üzərində aypara və səkkiz guşəli ulduzun olmasın istərmiş, çünki “bu bayraq daha dolğun və daha düzgün olardı fikirlərmizi hər kəsə çatdırmaqda".
Hansı fikirlərdən söhbət gedir? Nəyə görə məhz bu bayraq? Bax burda kələfin ucu görünür. Bilmirəm müəllifin xəbəri varmı ki, həmin o dediyi bayraq Azərbaycan hökuməti tərəfindən Osmanlı qoşunlarının Azərbaycan ərazisində olduğu dövrdə qəbul edilib və yanılmıramsa eynilə XIX əsrin ortalarına qədər Osmanlı imperatorluğunun bayrağı olub. Osmanlı qoşunlarının Azərbaycanı tərk etməsilə hazırki bayrağımızla dəyişdirilməsi məhz Osmanlıların diktəsi ilə qəbul olunmasını göstərir. Tarixi araşdırmalar təsdiq edir ki, Osmanlı dövləti hər nə qədər Azərbaycan xalqının xilaskarı olsa da, yeni yaranmış Azərbaycan Cümhuriyyətini tam olaraq bir dövlət kimi tanımaqda tərəddüdləri mövcud olmuş, bu mövqebir çox fikir ayrılıqlarına səbəb olmuşdur.Belə güman etmək olar ki, elə həmin bayrağı da bir növ Azərbaycana qarşı asılılıq münasibətinin rəmzi kimi qəbul etmək lazımdır. Belə olan halda hansı düzgün fikirlərdən söhbət gedə bilər?
Azərbaycan Cümhuriyyətinin ilk bayrağı hazırki bayrağımızdan yalnız türklüyü ifadə edən mavi rənglə islamı ifadə edən yaşıl rəngin olmaması ilə fərqlənir. Buradan görünür ki, müəllif əsas məqsədi əslində elə həm türklüyü həm də islamçılığı Azərbaycandantəcrid etməkdir. O,Azərbaycan xalqının milli və mənəvi dəyərlərdən məhrum edilib,sadəcə qərbə meyl etməsini istəyən liberaldır. Məllifin niyyətini elə çəkdiyi misal da təsdiq edir: "Nümunə kimi Gürcüstanı göstərə bilərəm, demokratik hakimiyyət yarandıqdan sonra bayraqlarını dəyişdilər. Bayraq bizim üçün çox önəmli bir dəyərdir. Onu dəyər və müqəddəs edən isə özündə əks etdirdiyi bir ideyadır”.
“Dava yorğan davasıymış ki”! Müəllifin misal gətirdiyi inqilabdan ancaq torpaqlarının bir hissəsini itirməkdən başqa heç nə qazanmayan Gürcüstan da, əsaslanmaq istədiyi modellər də, elə bəlkə də xəbəri olmadan bayrağını istədiyi Osmanlı dövləti də Azərbaycandan qərbdə yerləşir. Külək yenə də qərbdən əsir. Özü də güclü, dağıdıcı qüvvə ilə. Sadəcə milli qürurumuz olan üçrəngli bayrağımız bu küləklərlə dalğalanmır. O, kimlərəsə mane olur. Dalğalanması üçün mütləq dəyişmək və qərb küləklərinə adekvat cavab verəcək bayraq lazımmış. Bu da bütün həqiqət!

Bu yazı 1478 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :