-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

“Azəri” və “Türkdilli” ifadələrinin yanlışlığı haqqında


                                                               Mübariz Aşırlı
“Türk Eli” jurnalının baş redaktoru

8 sentyabr 2010-cu il - 18 noyabr 2010-cu il

        Son bir neçə ildə Türk dövlətlərinin inteqrasiyası üçün həm ictimaiyyətin, həm də siyasətçilərin atdıqları addımları yalnız təqdir etmək olar. Hətta demək olar ki, rəsmi səviyyədə görülən işlər ictimaiyyətin gördüyü işlərdən daha sürətlə getməkdədir. İctimaiyyətin irəli sürdüyü təkliflər rəsmi dairələr tərəfindən qərar şəklində qəbul edilir, yavaş-yavaş həyata keçirilir. Buna rəğmən ictimaiyyət rəsmilərin qəbul etdikləri qərarlara lazımi dəstəyi göstərə, yaxud onların həyata keçməsində dəstəkçi ola bilmir.
        Bu situasiyadan kənar güclər öz maraqlarına uyğun yararlanaraq Türk xalqlarının arasını vurmaq üçün əllərindən gələni edirlər. Azərbaycanla-Türkiyə arasında bir neçə ay bundan əvvəl baş vermiş “bayraq böhranı”, Qırğızıstandakı Türklərin özbək türklərinə qarşı törətdikləri və s. göstərir ki, düşmən dayanmayıb. Onun təxribat maşını və bu maşının hərəkətvericisi qüvvəsi olan “özümüzünkülər” işlərini davam etdirirlər.
        Çar Rusiyasının, ondan sonra Sovet Rusiyasının “Türk” kəlməsini yığışdırmaq üçün göstərdiyi cəhdlər müəyyən qədər nəticə verib. “Parçala, hökm sür” düşüncəsi ilə davranan imperiya nökərləri əsas siyasətlərini də məhz milli düşüncənin, vətən əxlaqının beyinlərdən yığışdırılmasını həyata keçirməkdəydilər. Buna görə ən müxtəlif təxribatlar, təzyiqlər, qırğınlar həyata keçirilirdi. Çar Rusiyası ilə Sovet Rusiyası tarixin arxivinə getsə də təxribatlar dayanmayıb. İndi onların vəhşi siyasəti “demokratiya”, “insan hüquqları”, “fərdin hüquqları”, “azad insan” və s. kimi sərsəmləmələrlə Qərb dövlətləri və onların xidmətçiləri tərəfindən həyata keçirilir. Əsas məqsəd milli hissləri öldürmək, milli düşüncəli insanları ləkələyib cəmiyyətin gözündən salmaq, “vətənpərvərlik”, “Türk”, “İslam” və s. kimi ifadələri arxa plana keçirməkdir.
        Əlbəttə kimsə Azərbaycanda əhalinin 90 faizindən çoxunu təşkil edən Türklərə özünə “Türk” deməyi qadağan etmir. Lakin yaradılan süni və gözəgörünməz maneələr bunu tam şəkildə gerçəkləşdirməyə mane olur. Elə bir situasiya yaradılıb ki, Türk olan kimsələr “Türk” olduqlarını bilmirlər, bilənlər də bunu açıq şəkildə, qorxmadan səsləndirməyə çəkinir. Biz bu məsələ ilə mücadilə apararkən başqa bir ideoloji təxribatla üzləşirik. Söhbət müəllifinin kim olduğu bilinməyən “Azəri” ifadəsindən gedir. Bilən, bilməyən böyük bir kəsim “Azəri” ifadəsindən geninə-boluna istifadə etməkdədir. Bilənlər ümumi axara qoşulub “neynəmək olar, bunu dəyişmək mümkün deyil” deməklə özünə bəraət qazandırmağa çalışır. Bilməyənlər də şövqlə “Azəri” ifadəsini işlətməklə sanki doğru bir iş görmüş kimi davranırlar. Bu yanlışlığı, təxribatı həll etmək mümkündür. Bunun üçün hər kəs özündən başlamalıdır. Əvvəl özümüzdə dəyişməli, sonra da ətrafımıza təlqin etməliyik. Diqqətə çatdırmaq lazımdır ki, bu ifadədən daha çox Türkiyədən olan qardaşlarımız istifadə edirlər. Bu yanlışlığın ayaq tutub yeriməsində, oturuşmasında onların da böyük “rolu” vardır. Əsrin əvvəllərində biz “Türk” idik, onlar “osmanlı”. Bəs indi necə oldu ki, biz “Azəri” olduq? Birdəfəlik bunu həll etmək lazımdır. Həm Türkiyədən, həm də Azərbaycandan olan şəxslər bilməlidirlər ki, “türkiyəli” ifadəsi Türkiyədə necə yanlış qiymətləndirirlirsə “Azəri” ifadəsi ondan da betər yanlışdır.
        Artıq bir müddətdir ki, dövriyyəyə “Türkdilli” ifadəsi çıxıb. Diqqət yetirdikdə bu ifadədən Türkiyədə istifadə olunmadığını müşahidə etdim. Orta Asiyanı deyə bilmərəm, amma Azərbaycanda bu ifadədən hər addımbaşı istifadə edilməsi adamı üzür. Hətta ictimaiyyət də rəsmi təqdimata uyaraq “Türk” demək əvəzinə “Türkdilli” deməklə fikrini ifadə edir. Sonra da şikayət edir. Əgər söhbət 16 sentyabrda İstanbul şəhərində keçirilmiş Türk Dövlət Başçılarının Zirvə Sammitindən gedirsə burada qəbul edilmiş yekun sənədlərin heç birində “Türkdilli” adlı təhqiramiz ifadə işlədilməyib. Bütün sənədlərdə “Türk Dilində Konuşan” (“Türk Dilində Danışan”) ifadəsi qeyd edilib. Bu ifadələrin geniş yayılması ziyanlı ənənənin yaranması və yayılması deməkdir. Ona son qoyulması bizlərdən asılıdır.
        Gəlin “Böyük Turan qurulması”, “Türkçülük uğrunda”, “Türk millətçiliyinin yayılması” kimi pafoslu ifadələrlə cəmiyyətdə radikallığı artırmaqdansa bu yanlışlığı aradan qaldırmağa səy göstərək. Bu istiqamətdə görülə biləcək ən böyük iş isə bizim bu ifadələrdən istifadədən imtina etməyimiz ola bilər.    

 


3 Şərh əlavə edilmişdir



Ad və soyadı:  Anar

E-mail:           anar_turan@hotmail.com

Şərh:             Qardaş məqalən yaxşıdır, fikirlərin də əladır. Sadəcə axırda korlamısan. “Boyuk Turan” demək nə vaxtdan radikallığı artırıb. Bu bizim işimizdisə onsuz da işlətməliyik. Bu bizim millətin haqqıdır.  


Ad və soyadı:       Səidə Quliyeva

E-mail:             seidequliyeva@gmail.com

Şərh:               Salam. Mən "türkdilli" anlayışının yanlış olduğunu düşünürəm. Bu barədə iki rəsmi orqana və tədqiqatlarımdan biri vasitəsiylə ictimaiyyətə təqdim etmişəm.



Ad və soyadı:        Cəlal

E-mail:            bayat_c@yahoo.com

Şərh:                Oxudum. Razıyam ki, “Azəri” termini bizim kimliyimizi ifadə etmək üçün düz ifadə deyildir. Bu məsələləri kökündən həll etmək üçün ilk növbədə biz millət məhfumunun (ifadəsinin) harada və necə ifadə edilməsini ən azından nəzəri olaraq qət etməliyik. Məncə, biz, millət olaraq azərbaycanlıyıq, etnik kimlik (etnik mənsubiyyət) baxımından ise türk, talış, tat, avar və s. ola bilərik.

Bu yazı 1673 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :