-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

ANADOLUM!


Vüqar Zifəroğlu
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin sədri,
filologiya üzrə fəlsəfə doktoru

12 noyabr 2010-cu il -20 yanvar 2011-ci il

        Şanlı irqimin bu gün də bu torpaqların əmin-amanlığı uğrunda verdiyi şəhidlərimizin ruhuna ittihaf edirəm…
        Bir torpaq var bağrı qan ağlayan, bir torpaq var ruhuma özü kimi yaxın. Anadolu torpağım…
        Bağrına dağ çəkilmiş, həzin türküləri ilə gözlərdən qan yaş axıdan Anadolum var. Bu gün 1000-lərlə türk ərənimi şəhidlik mərtəbəsinə yüksəltmiş bir Anadolum var. Babalarım Uzun Həsənin, Qara Yusifin, şah babam İsmayılın, fateh Sultanım Mehmedin ruhunun sərkərdan gəzdiyi bir Anadolum var.
        Adı bizim, dadı özgənin olan bir Anadolum var. O Anadolum var ki, düşmən bu gün orada mənim əleyhimə min cür pusu qurmaqdadır. O Anadolum var ki, bozqırlardan gələn yarımçıq türkü kimi iliyimə işləyir…
        Anadolum var. O Anadolumda Diyarbəkrim, Urfam, Adanam… var. Üç müqəddəs gölümdən biri var. Türkün özü var, sözü var…
        Bir Anadolum var ki, hələ açılmamış, oxunmamış bir kitab kimidir. Kaş ki, o kitabı bir oxuya bilsəydik. Orada nələr yazıldığını bir anlasaydıq…
        Halbuki bu torpaqlardan başladı əvvəlimiz. Bu torpaqdan qalxdıq şahə, yayıldıq, böyüdük, dünyanı silkələdik.
        Kaş ki, Türkün, yaşı 3000 ildən çox olan bir Anadolu sevdasını hiss edə, duya bilsəydik…
        Duyammırıq…
        Duymağa qoymurlar ki…
        Bizə yalançı Altay nağılları şirin gəlir…
        Bizə Sibirin ucsuz bucaqsız çöllərinin, Anadolumun çəmənlərindən üstün olduğunu təlqin etdilər. Təlqin etdikcə yadlaşdıq, yadlaşdıqca yaddaşsızlaşdıq, yaddaşsızlaşdıqca özgələşdik, kiçildik, bölündük, cırlaşdıq… Ruhumuza sahib çıxa bilmədik…
        Anadolunun 3000 ildən artıq bir sahibi olduğumuz halda orada bir gəlməyə çevrildik… O qədər kütləşdik ki, gəlmə olmağımızla iftixar etdirdilər bizə…
        Halbuki, biz idik o SİRRİN sahibi, biz idik o ƏMANƏTİN qoruyucusu, biz idik o QAPILARIN qapıçısı! İLAHİNİN hikməti bunda idi. Biz o HİKMƏTİ itirdik!

Bu yazı 800 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :