-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Ərəb dünyasına Soros zərbəsi


Banu Avar
jurnalist

7 mart 2011-ci il - 25 mart 2011-ci il

Ərəb dünyasında Soros zərbələrini “xalq inqilabı” kimi qələmə vermək
    “Sidr”, “Gül”, “Lalə” şəklində ortaya qoyulan şablon həmişə eynidir. Gürcüstan, Serbiya, Ukrayna, indi də Tunis və Misir. Hamısı eyni addımlarla gedir. Tunisdəki qiyama verilən ad da Sorosçu bir zərbənin izi: “Yasəmən”.
''Tunis 23 illik iqtidara son verdi!” Prezident Obama vəziyyəti qiymətləndirdi: “Tunis xalqı qürur və cəsarətini göstərdi!” Ardından H. Klinton əlavə etdi: “Tunis xalqının qərarlı mübarizəsi, digər Orta şərqli liderlərə bir xəbərdarlıqdır!” Onlar bu sözləri deyərkən Misir qarışdı. Qərb mətbuatı iri şriftlərlə yazdı: “Misir xalqı Mübarəki devirmək üzrədir!”

Ünvan eyni qaldı
    Bunlar, Amerikanın milli kəşfiyyat təşkilatına bağlı hədəf ölkələri qiyam, xaos yaratma və bu sürəcləri maliyyələşdirmə mərkəzi NED (National Endowment for democracy) və Sorosun “Açıq Cəmiyyət” Vəqfi (Open Society Foundation) imzalı...
    Devrimçi hərəkat eyni ssenari üzrə getdi, hər ölkədə xaos quruluşlandırma əməliyyatıyla inkişaf etdi... Xaos əvvəl iqtisadiyyatda başlanmalı, kor edilən qarışıq iqtisadiyyatda dövlətin yeri yox edilməlidir, sonar isə Beynəlxalq Valyuta Fondu (İMF) “Stend –by”- larla (zəmanətləri mənimsəməklə) hədəf ölkələrin qırtlağına çökəcəkdi. Misirdə də, Tunisdə də, digər bölgə ölkələrində də bütün fabriklər qlobal sərmayənin əlinə keçəcək, istehsal azalacaq, qiymətlər rekord səviyyəyə çıxacaq, işsizlik tavan edəcəkdi…

İqtisadi xaos şərtdir
İqtisadi xaos - hədəfə gedən yolda ön şərt idi:
    Hədəf ölkələrdə Qərbə bağlı rəhbərliklər və istiqamətləndirici elita həddindən artıq zənginləşəcək, xalq dəhşətli dərəcədə kasıblaşacaqdır...
    Soroscu “vətəndaş şəbəkələri” peşə, media və təhsil sisteminə sızacaqdı... Xalq 90-cı illərdən bəri hədəf ölkələrin şah damarlarına girəcək, Qərbə tabe hökumətlər tərəfindən bütün milli qurumları zədələyən bir dövr başlayacaqdı...

Tunis: necə başlandı…
    Hamı artıq bilir ki, Tunisdə bir göyərti satanın özünə qəsdindən sonra “xalq üsyanı” başladı. Amma bu həqiqətən belə idimi?.. 2009-cu ildə “Azad Düşüncə üçün Əl Cahid Forumu” (AJFFT) NED fondundan başlanğıc üçün 131.000 dollarlıq layihə aldı. Layihənin əsas məqsədi “demokratiya mədəniyyətini Tunis gəncliyi arasında yaymaq” idi. Bu qrup islamçı müxalifəti dışarlayan liberal ideyaları təbliğ edir, konfranslar təşkil edir, “liderlik” kursları açır, “yerli gənclik projelərinə” maddi dəstək verirdi. Digər bir qurum olan “Təhsili Gücləndirmə Dərnəyi” (APES NED) 2009-cu ildə 27.000 dollarlıq dəstək aldı. Bu QHT NED-in dəstəyi ilə Tunisdə İbtidai təhsil müəllimlərinə “demokratiya' mədəniyyəti” peyvənd etməyə başladı. Eyni ildə “Məhəmməd Əli Təhsil, Araşdırma mərkəzi” (CEMAREF) NED-dən 33.500 dollarlıq yardım aldı. “Gənc Vətəndaş” adlı QHT isə yerlərdə yaşları 20-40 arasında dəyişən 50 “fəalın” demokratiya təbliği üçün xərcləri üzərinə götürdü.
    Bənzər şəkildə Tunisli jurnalistlər, alimlər, hüquqçular, peşə sahibləri, insan haqqları dərnəkləri, Məhbuslar üçün Əfv dərnəkləri hər il min yüzyüzlərlə dollar həcmində mükafatlandırılırdılar.

Xalqın hirsindən çıxar təmin etmək
    Son 10 ildə bütün Orta şərq və Şimal Afrika ölkələrində Orta şərq əməkdaşlıq Təşəbbüsü (Middle East Partnership İnitiative), “Amerika demokratiyasını yaymaq” üçün rəsmi və vətəndaş, gizli və açıq agentləriylə dayanmadan çalışmaqda idi.
    Vaxtı çatanda ac, yoxsul və başı qarışdırılmış insanlar, “liderlik” kurslarından keçmiş yerli ABŞ-ın yerli agentləri tərəfindən istiqamətləndiriləcək, xalqın hirs və üsyanı, qlobal çıxarlar çərçivəsində qiymətləndiriləcəkdi..

Bu ölkələrdə illərdir qiyamət qopurdu
    2006-cı ilin dekabrdan bəri sayı yüz minləri aşan bir fəhlə hərəkatı Misiri sarsıdır və dünya mətbuatı bundan heç söz demirdi də. Bu olaylar barədə xəbərlər tək bir sətirlə belə, ingilis BBC-də və Amerika televiziyası CNN-də yer almamışdı. Türk jurnalisti Banu Avarın fikrincə fəhlə həmkarlar ittifaqının tətilləri, etiraz mitinqləri, onlara qarşı Misir hökumətinin repressiyaları dünya mediasına çıxmırdı. Bu günlərdə Misirdə “inqilabi hərəkatı” təbliğ edən KİV-lərdə susurdu. Nə üçün? Çünki Misirdəki fəhlə hərəkatı ittifaqı ABŞ-dan, Sorosdan dəstək almaqdan imtina etmişdilər. Onların “adamı” deyildilər… Eyni müstəqil hərəkatlar Yəməndə, Əlcəzairdə, İordaniyada var idi. Amma sorosçu media və dünya KİV-i üç meymun kimi susur, görmür və eşitmirdi…
    Amma bu müddətdə ABŞ bu ölkələrdəki QHT-ləri işsiz, ac, yoxsul yığınlara sədəqə paylayır və hakim təbəqədə adamları satın alırdılar. Son on ildə Tunisdə və Misirdə və bənzər ölkələrdə “insan haqqları” fəalları və "solçu müxalifət" tam olaraq Qərbin nəzarəti altında idi. Hamısı Qərb tərəfindən maliyyələşirdi...

Sənədmi? Tunisdən gəlir...
    Düymə basıldı
    2011-ci ilə addım atarkən düymə basıldı! İri şriftlərlə Tunis, Əlcəzair, Misir, Yəmən, İordaniya başlıqlarda!
    Bu ölkələrin hər birində ABŞ-ın 20-30 ildir dəstəklədiyi “təsir agentləri” var idi. Aparıcı KİV “kapitanları” Soros maliyyəsinin, qrantlarının “narkomanına” çevrilmişdi, ABŞ-dan böyük maddi dəstək alırlar...

“İslam terror ilə mübarizə” getdi, “Mülayim İslam” gəlməkdə
    “Mülayim İslam” nəzəriyyəsinin atası Daniel Payps (Pipes) mövzu ilə bağlı “Vaşinqton Post”da yazır:
    "Tunisdəki kimi nisbətən qansız, asan bir zərbə, digər İslam ölkələrində diktaturaların yıxılmasına köməkçi ola bilər!". Payps ərəb dünyası üçün "Tək həll - Mülayim İslamdır!" – deyir

"Yeni Orta Şərq" projesi qurulur
    Axı, necə oldu ki, ərəb ölkələrində diktaturalara dayaq verən anqlo-sakson elitası onlara münasibətini dəyişdi? Axı, nə baş verir? “Xalq hərəkatı” barədə nağıllara Azərbaycanda yalnız savadsız adamlar və bir də sorosçular həm sifarişlə, həm də özlərini aldadaraq inana bilər.

İpucunu Sorosçular vermişdi
    İndi "terrorla döyüş" bəhanəsinin "Amerika demokratiyası" dalğasıyla yumşadılması zamanı gəldi...
    Bunun ipuclarını vaxtilə Sorosun qurumları 2 il onca vermişdilər. Onlar bəlağətlə “Daha çox ictimai demokratiya!” deyərək öz məqsədləriniini pərdələyirdilər.
    ABŞ-ın keçmiş xarici işlər naziri Kondoliza Rays 2005-ci ildə: “Fars körfəzindən Pakistana kimi 22 ölkənin sərhədləri dəyişəcək!” sözlərini unutmayaq!
    Bunun mənası: "Ölkələr kiçik parçalara bölünəcək, şəhər- dövlətlər, qlobal sərmayə qruplarının hakimiyyətinə keçəcək. Daha çox bölgələşmə, dərəbəylik, daha az “millət dövləti” düsturu gerçəkləşir" idi. Anti- Amerika əhvalının çox güclü olduğu bu coğrafiyada, partlamağa hazır işsiz və yoxsul kütlələrin təpkisi anqlo-sakson qüvvələr tərəfindən nəzarət altına alınaraq istiqaməti dəyişdirilir.

Amma bu ikibaşlı nəticə verən oyundur
    Hələ 1900-cu illərin başında, ilk neft döyüşündə, oxşar ssenaridə baş vermiş proseslər keçən coğrafiyanın genetik yaddaşı, qütbləşən dünyada gözlənilməz bir nəticə verə bilər... Qərbin böyük qorxusu işdə budur!

http://bozgur d.com/index.php?newsid=544

Bu yazı 856 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :