-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Samsxe-Cavaxetiya - əfsanəvi “Böyük Ermənistan”a növbəti addım


Elmira Tariverdiyeva
Trend-in Avropa redaksiyasının icmalçısı

22 iyun 2011-ci il - 1 iyul 2011-ci il

    Gürcüstanda erməni Apostol kilsəsinə statusun verilməsi məsələsi bütün ermənilərin katolikosu II Qareginin Gürcüstana səfəri zamanı əngələ çevrilib. Katolikosun səfərinədək Gürcüstan erməniləri ümid edirdilər ki, II Qaregin Gürcüstanda erməni yeparxiyasının status məsələsi ilə bağlı razılığa gələ biləcək, eləcə də erməni tərəfinin özününkü, Gürcüstan tərəfinin isə mübahisəli elan etdiyi 6 kilsənin erməni yeparxiyasının idarəçiliyinə verilməsinə nail ola biləcək.
Səfər 6 gün davam edib. Bu müddət ərzində aydın oldu ki, II Qareginin missiyası uğursuz olub, Gürcüstan tərəfi isə taktiki yolla başa salıb ki, ermənilərin iddiaları əsassızdır.
    Ermənilərin daha çox hiddətinə o səbəb oldu ki, Gürcüstan katolikos-patriarxı II İliya Tbilisidə Üç Müqəddəslər kilsəsində bazar günü moizəsi zamanı bildirib ki, “II Qaregin gəncdir və yəqin ona daha çox təcrübə lazımdır. O ağıllıdır, lakin hər şeyi tez etmək istəyir, bu isə alınmır”. Ermənistan KİV qonşularının onların ünvanına belə söz demələrindən hiddətə gəliblər. Bu, cahil adamda Gürcüstanda yaşayan ermənilərə, xüsusilə də səfəri zamanı II Qareginə təcavüzün edilməsi təəssüratını yarada bilər.
    Lakin həqiqət ondadır ki, ermənilərə özgələrinin ərazisindən daha bir parça lazımdır və özgələrinin torpaqları uğrunda mübarizədə bütün vasitələr onlar üçün yaxşıdır. Bundan başqa, dini məsələlər də bu mürəkkəb çoxgedişli partiyada xırda karta çevrilir, burada hədiyyə isə əfsanəvi “Böyük Ermənistan” olmalıdır.
    Müxtəlif ölkələrin ərazilərində ermənilərin əbədi “tarixi vətən” məsələsi Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstan ərazisində bütün ermənilər üçün kəskin məsələyə çevrilib. Bədbəxtçilikdən əhalisinin əsasən ermənilərdən ibarət olduğu Gürcüstanın Samsxe-Cavaxetiya regionu 20 ildir Yerevana rahatlıq vermir.
    Ermənistan dəfələrlə ittihamlarla çıxış edib ki, Samsxe-Cavaxetiya regionunda yaşayan erməni əhali Gürcüstan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalır və mərkəzdən, yəni bilavasitə Tbilisidən maksimal surətdə müstəqil olmaq üçün işarələr edilib.
    Hər yerdə mövcud olan erməni diasporu dəfələrlə Gürcüstan hakimiyyətini ölkə ərazisində yaşayan “cəfakeş2 ermənilərə münasibətdə bütün ölüm hallarında günahlandırıb. Ermənilərin fikrincə, bu ərazilər əslində Gürcüstan ərazisi deyil.
    Dünya ermənilərinin fikrincə, əlbəttə ki, vəziyyətin belə olacağı təqdirdə, Gürcüstan hakimiyyətinin edə biləcəyi şey Samsxe-Cavaxetiyaya muxtariyyət vermək və bu regionda erməni dilini ikinci dövlət dili elan etməkdir.
    Mənə, azərbaycan nümayəndəsi kimi, Tbilisini hadisələrin bu cür inkişafı ilə bağlı xəbərdar etmək istərdim. Belə ki, rəsmi Bakı Ermənistanın azla kifayətlənməməklə bağlı xüsusiyyətlərinin yaxşı bilir.
    Samsxe-Cavaxetiyanın Dağlıq Qarabağın aqibəti ilə üzləşməməsi möcüzə idi. 1985-ci ildə, dünyanın SSRİ-nin dağılacağını gözlədiyi anda dünya ermənilərinin nümayəndələri Afinada “Daşnaksütyun” partiyasının 23-ci qurultayında toplaşaraq Ermənistan sərhədlərinin bu və ya digər tərəfə genişləndirilməsi məsələsini ortaya qoydular.
    O zaman toplaşanların cüzi üstünlüyü ilə Gürcüstan ərazilərinin deyil, Azərbaycan ərazilərinin ələ keçirilməsinə səs verdilər. Ermənilərin də məskunlaşdığı Azərbaycanın muxtariyyəti olan Dağlıq Qarabağ “əfsanəvi” “Böyük Ermənistan”ın bərpası yolunda ilk addım oldu. Bu məsələnin öz mahiyyəti olub, belə ki, Dağlıq Qarabağ Gürcüstanın ermənilərin məskunlaşdığı Samsxe-Cavaxetiya regionundan fərqli olaraq muxtar vilayət idi.
    Lakin bilavasitə Ermənistan sərhədlərinin yaxınlığında ermənilərin məskunlaşdığı ərazinin olması Yerevana, həm də bütün erməni nümayəndələrinə rahat yatmağa imkan vermir. Və indi Ermənistan üçün başlıcası odur ki, Samsxe-Cavaxetiyanın Gürcüstandan və Gürcüstan hakimiyyətindən maksimum az asılılığına nail olunsun.
    Ermənilərin anlayışında muxtariyyət ermənilərin yaşadığı başqa dövlətlərin regionlarının “amputasiyası” üçün uğurlu başlanğıcdır.
    Yuxarıda deyilənləri nəzərə alaraq, qəbul etməli oluruq ki, Gürcüstan üçün ölkənin cənubunda ermənilərin məskunlaşdığı regionda problemin yaranması kimi böyük risk var. Bunun üçün təkcə erməni diasporu deyil, həm də ölkədə vəziyyətin qeyri-sabitləşdirilməsinin sərf etdiyi bəzi xarici oyunçular çalışacaqlar.

Bu yazı 684 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :