-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Azərbaycanlılar və diaspora


Taryel Faziloğlu
4 iyul 2011-ci il - 8 oktyabr 2011-ci il

    Azərbaycan Respublikası müstəqillik qazanandan bəri azərbaycanlı ifadəsi də müzakirə mövzusu oldu. Bəziləri azərbaycanlı ihadəsini hətta ayrıca millətin adı kimi izah etdi. Bununla da həqiqət bir kənarda qaldı, azərbaycanlı ifadəsini millət adi kimi qəbul etdik. Azərbaycan Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasinin etnik tərkibi ilə baqli açıqladığı rəsmi hesabatlarda azərbaycanlı ifadəsini Azərbaycanın əhalisinin 90 %- ə qədərini təşkil edən millət kimi qeyd etdi. Azərbaycanlı ifadəsi qəbul olunmuş qanunlara salındı. Arxasınca daha da irəli gedərək deyildi ki, dünyada 50 milyon azərbaycanlı yaşayır. Bu ifadə o qədər populyarlaşdı ki dövlət rəsmiləri bu ifadəni işlətməyə başladı. Nəticədə 50 milyonluq azərbaycanlı ifadəsi siyasi status qazandı.
    Amma nə dövlət rəsmiləri, nə də ictimaiyyət nümayəndələri bu sözün nə qədər yanlış və nə qədər ziyanlı olduğunu görmək istəmədilər. Bunu izah etmək üçün azərbaycanlı ifadəsinin düzgün izahını vermək lazımdır.
    Yaxşı onda azərbaycanlı kimə deyilir? Azərbaycanlı hüquqi ifadədir. O bütün Azərbaycan vətəndaşlarına deyilir. Yəni millətindən, irqindən, cinsindən asılı olmadan Azərbaycan vətəndaşları birlikdə Azərbaycan xalqını təşkil edir və onun bütün nümayəndələri azərbaycanlıdırlar. Bir sözlə Azərbaycan vətəndaşı olan talış da, ləzgi də, rus da və s. azərbaycanlıdır. Bundan belə çıxır ki, Azərbaycan vətəndaşı olmayan şəxslərə azərbaycanlı demək olmaz. Demək ki 50 milyonluq Azərbaycanlı ifadəsi yanlışdır. İndi isə gələk onun zərərinə. Bax bu məsələyə çox ciddi yanaşmaq lazımdır. 50 milyonun içində 30 milyonundan coxu İran vətəndaşlarıdır, yarım milyonu Gürcüstan vətəndaşlarıdır. 10 milyona yaxın olsa da nədənsə 3 milyon götürdükləri kəsim Türkiyə vətəndaşlarıdır. Yüz mindən çoxu Rusiyanın Dağıstan Muxtar Respublikasının vətəndaşlarıdır. Bu saydıqlarımın heç biri Azərbaycandan ora köçməyib. Ta qədimdən oranın yerli əhalisidirlər və biz onlara azərbaycanlı dedikcə həm onlara yaşadıqları ölkədə problemlər yaradırıq, həm də Azərbaycanla o ölkələr arasında anlaşılmazlıqlar yaranır. İranla bağlı olanlar buna ən gözəl misaldır.
    Sual çıxa bilər ki bəs onlar kimdi və onlar necə adlandırılmalıdır. Onlar Azərbaycan türkləridir. O ölkələrin vətəndaşları olan Azərbaycan türkləri. Hə unutmadan Statistika idarəsinin azərbaycanlı kimi qeyd etdiyi etnik çoxliq da Azərbaycan türkləridir. Azərbaycan vətəndaşı olan ləzgi, talış, kürd və s. hesabatda elə belədə qeyd olunursa Azərbaycan türkləridə türk kimi qeyd olunmalıdır. Yoxsa bu səhvi zaman bizə bağışlamayacaq.
    Azərbaycan müstəqillik qazanandan sonra onun en böyük ehtiyaclarından biri də onun dünyada səsi olacaq diaspora idi. O diaspora ki, onun haqq səsini hər yerə çatdıracaq. Onun tanınmasında önəmli rol oynayacaqdı. Azərbaycan müstəqillik qazanandan 90–cı illərin sonlarına qədər daxili problemləri ilə tam əhatə olunduğundan diaspora məsələsinə demək olar ki hec diqqət ayıra bilməmişdi. Bu illərdə diasporamız müstəqil şəkildə təşkilatlanmağa çalışırdı və çox önəmli işlərə də imza atmışdı. Azərbaycanın tanınmasında, onun problemlərinin dünyaya çatdırılmasında böyük işlər görməyə başlamışdı.
     2000–ci illərin əvvəllərindən dövlət diaspora məsələsinə diqqət ayırmağa başladı. Elə diasporamızın əsl problemləri burdan başladı. Hökumət diaspora işinin gücləndirilməsi üçün dünyadakı azərbaycanlıları birləşdirmək üçün Dünya Azərbaycanlıları Konqresini yaratdı. Amma böyük yanlışlığa yol verdi. İran vətəndaçı olan və olmuş Azərbaycan türkləri burda üstünlük təşkil etdilər və buna görə də DAK-ın işi Azərbaycanın maraqlarına xidmət etməkdən çıxdı. DAK İrana qarşı mübarizə aparan, onun ərazisini parçalamağa çalışan, buna görə də İranı işğal etməyə çalışan qüvvələrin oyuncağına çevrilən təşkilata çevrildi. İran da buna görə Azərbaycanı günahlandırdı və Azərbaycana qarşı siyasətini sərtləşdirdi. Bunu görən Azərbaycan diasporaya nəzarət etmək üçün Diaspora Komitəsini yaratdı. Bu işi dahada qarışdırdı. Bunula da Azərbaycanın daxilində gedən iqtidar müxalifət “mübarizəsi” ( əslində düşmənçiliyi) diasporaya daşındı. Diasporamız parcalandı və bütün gücləri iqtidar müxalifət mübarizəsinə sərf edildi. Həqiqətən də Azərbaycan üçün nələrsə etməyə çalışan əsl vətənpərvər insanlar bu olanları görüb meydandan çəkildilər. Bu səfər də hökumət 2006-cı il Dünya Azərbaycanlılarının II Qrultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını yaratdı. Məqsəd isə bir idi diasporanı düzgün şəkildə təşkilatlandırmaq. Amma bu da bir nəricə vermədi.
     Bu qarışıqlardan istifadə edən iş adamları özlərinə diplomatik toxunulmazlıq almaq üçün bu təşkilatlara doluşdular. Onları nə Azərbaycan diasporası, nə də Azərbaycanın problemləri maraqlandırmırdı. Onları bir şey maraqlandırır - bu imkandan istifadə edərək daha çox pul qazanmaq. Məhz buna görə də DAK bir neçə yerə parçalandı. Avropa dövlətlərində, Rusiyada, ABŞ-da və çoxlu cırtdan təşkilatlar yarandı.
Belə bir mənzərəni görəndə bəzi suallar ortaya çıxır. İranda, Gürcüstanda, Dağıstanda, İraqda ta qədimdən yaşan, yerli əhali olan Azərbaycan türklərinin diasporaya nə dəxli var? Onlara azərbaycanlı demək nə dərəcədə doğrudur?
Diasporanı təşkilatlasndırmaq üçün bu qədər təşkilatlara nə ehtiyac var? Bu təşkilatların mərkəzləri Azərbaycanda ola-ola necə diasporanı təşkilatlandıracaqlar?
     Bütün bu qarışıqlıqlardan isə itirən Azərbaycan oldu, xaricdə yaşayan sadə azərbaycanlılar oldu. Məncə bu problemi tezliklə həll etmək lazımdır. Bu qarışıqlıqlar heç də Azərbaycana ziyansız ötüşmür. Bu gün bu yanlışlıqlar üzündən ən böyük qonşumuzlardan biri olan İranla az qala düşmən olmuşuq. Nəzərə alanda ki, İran bizim tarixi dövlətimizdir, deməli məsələyə daha həssas yanaşmaq lazımdır. Onsuz da Azərbaycanın Qarabağ kimi böyuk problemi var. Edilən yanlışlıqlar üzündən başqa problemlər lazım deyil.

Bu yazı 1077 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :