-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Dünya Türk ədaləti ilə qurtulacaq


Fərman Salmanlı
“Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi

16 iyul 2011-ci il - 12 oktyabr 2011-ci il

"Mən ve millətim Tanrı'nın qırmancıyıq. Tanrı yoldan çıxan millətləri
cəzalandırmak üçün bizi göndərir."
BAŞBUĞ ATTİLA

    Ey iman edənlər! İçinizdən kim dinindən dönərsə, Allah Möminlərə qarşı təvazökar, kafirlərə qarşı şərəfli və sərt, özünün onları sevəcəyi, onlarında özünü sevəcəyi bir qövm gətirər ki; Onlar Allah yolunda döyüşərlər və heç bir qınayanın qınağından çəkinməzlər. Bu Allahın lütfü inayətidir ki, onu kimə diləsə ona verər. Allah lütfkarlığı bol olan, ən çox biləndir. (Maidə surəsi: 54).
    Bu ayəni təfsir edənlərdən başda Vani Məmməd Əfəndi, Almalılı Həmdi Yazar, Ömər Nəsuhi Bilmən və Cəlal İldırım olmaq üzrə bir çox İslam alimi və dinşunaslar tərəfindən ayədə Türklərə işarət edildiyi qəbul edilməkdədir.
    Tarixdə az sayda millətlərə böyük dövlətləri qurmaq çox az millətə isə dünya imperoturluğu qurmaq nəsib olmuş, lakin hər hansı bir millətə məxsus imperotorluqla və dövlətçilik ənənəsi ilə daha doğrusu idaərçilik metodları ilə Türklərin dövlət idarəçiliyi  arasında böyük fərqlər var. Çünkü yalnız Türklərin qurduqları dövlətlərin sayı 180-dən yuxarıdır və tarixin heç bir dönəmində dövlətsiz və bayraqsız olmamışlar, yalnız Türklər idarəsi altında olan xalqlarla kölə kimi deyil qardaşcasına, ədalətlə bərabərcəsinə davranmışlar, yalnız Türklər zəbt etdikləri ərazilərdə hər-hansı millətə məxsus maddi və mənəvi abidələri nəinki dağıtmamışlar əksinə qoruyaraq mühafizə etmişlər, yanız Türklər idarəsi altında olan millətlərin dilini və dinini qorumasına heç bir maneçilik törətməmiş və yalnız Türklər dünyanı kinlə, nifrətlə deyil sevgiylə və ALLAH sevgisi ilə ALLAHIN qoyduğu qanunlarla idarə etmişlər. Bu gün dünyamızda baş verən hadisələr, ədalətsizlik, aclıq, səfillik və digər bu kimi bəlalar məhz dünyanın idarəçiliyində hələlik Türklərin olmaması ilə əlaqədardır. Qurani-Kərimin Maidə surəsi: 54 ayəsinin Türklərə işarət etdiyini nəzərə alsaq dünyada və islam ölkələrində ədalətsizliyin höküm sürdüyü üçün Türklərin dünyaya yeni nizam gətirəcəyi labüddür.
    Ayənin məhz Türklərə məxsus olmasının əsas sübütlarından biridə Türklərin Əhməd Yasəvidən Mövlanəyə qədər inanc sisteminin ana xəttini təşkil edən ALLAHA inamın qorxu əsasında deyil sevgi əsasında formalaşmasıdır, Ayədə qeyd edilirki, ALLAH özünün onları sevəcəyi, onlarında özünü sevəcəyi bir qövm gətirər ki, Onlar Allah yolunda döyüşərlər və heç bir qınayanın qınağından çəkinməzlər, bu ifadə  ayənin  məhz ALLAH sevgisi ilə yanıb qovrulan, İlahi eşqin əsiri olan Türklərə işarət ediyinin bariz nümunəsidir.
    Türklərin dünyaya hökm edəcəkləri barədə bir sıra hədislərdə gizli işarətlər vardır məsələn, Türklər dünyaya iki dəfə hökm edəcək. .."Türkler sizə toxunmadığı, hərb etmədiyi müddətcə əsla siz də Türklərə toxunmayın! "(ən-nəsəi, Sünen ən Nəsəi, 4,s:44)
    "Sizlər; Türklərlə vuruşmadıqca qiyamət qopmayacaq"(əl-Buxarı,4,s:34,35,156, Səhihi Müslim, 17,s:37,38)
    Cənabi Peyğəmbərimiz buyurur Türklər dünyaya iki dəfə hökm edəcəklər yəni Türklərin bu iki dəfə dünya hakimiyyət cənabi peyğəmbərimizdən sonra baş verəcək, Türklərin dünyaya birinci hakimiyyət dövrü Səlcuqlardan başlayaraq, Çingiz xan, Teymurilər, Babur imperotorluğu, Səfəvilər və Osmanlı imperiyası ilə sona yetir, bu zaman isə maraqlı bir sual doğur bəs ikinci?
    Kitabi Dədə Qorqud dastanının girişində Qorqud atanın dilindən deyililir «Axır zamanda xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya» mənaya diqqətlə fikir vermək lazımdır. Axır zamanda  hakimiyyət yenidən Oğuzun Qayı boyuna dönəcək, bu ifadə olduqca maraqlıdır, yəni  hakimiyyətin yenidən Oğuzun Qayı boyuna dönəcək və heç bir güc buna mane ola bilməyəcək! Osmanlıların Oğuzların Qayı boyundan olması məlumdur və Osmanlı dövləti uzun müddət dünya imperotorluğu kimi hakimiyyət sürmüşdür. Dədə Qorquda görə sonda yenə hakimiyyət Oğuzların Qayı boyuna dönəcək. Bu ifadə cənabi peyğəmbərimizin Türklər dünyaya iki dəfə hökm edəcək hədisinə nə qədərdə yaxındır.
    Mahmud Kaşgarinin Türklərlə əlaqədar nəql etdiyi bir hədisin mətni isə budur: "Hz. Peyğəmbər qiyamət əlamətlərini, axır zaman hadisələrini və Oğuz Türklərinin ortaya çıxışlarını izah etdikdən sonra öz səhabələrinə buyurmuşdur ki, Türk dilini mütləq öyrənin. Çünki mülk və səltənət uzun zaman onların əlində qalacaq.
    Türk millətinin cənabi peyğəmbərimiz buyurduğu kimi ikinci dünya hakimiyyəti hələ qarşıdadır və milliyətindən aslı olmayaraq bütün islam əhlinin üzərinə düşən öhdəlik daima islamın və islam əhlinin müdafiəçisi vəzifəsini daşımış Türklərlə bu kutsal mübarizədə çiyin-çiyinə birlikdə mübarizə aparsınlar, kimlər bunun əleyhinə çalışsalarda, qəbul etməsələrdə unutmasınlar Ulu TANRININ yazdığına pozu yoxdur!

Bu yazı 893 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :