-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Ərəb ölkələrində Türkiyə modeli


Elman Cəfərli

2 dekabr 2011-ci il - 19 yanvar 2011-ci il

   Misirdə bazar ertəsindən başlayan seçkilərin birinci mərhələsində bir zamanlar Hüsnü Mübarəkin fəalliyyətinə qadağa qoyduğu “Müsəlman Qardaşları” təşkilatı önə çıxıb. Seçkilərdə islamçılarla liberal qüvvələrin rəqabəti müçahidə olunurdu. Və islamçılar bu rəqabəti qazandılar. “Müsəlman Qardaşlar” əsasən paytaxt Qahirədə və ölkənin ikinci ən böyük şəhərləri hesab olunan İsgəndəriyyə, Luksor, Port Səid, Süveyş və Kafr Əl Şeyxdə üstünlük əldə ediblər. Siyasi ekspertlərin Misirdə islamçıların qələbəsinə münasibəti fərqlidir. Belə hesab edənlər var ki, bu düşünülmüş siyasətdir və əsas məqsəd ərəb dövlətlərində dünyəvi dövlət sistemini sıradan çıxarmaqdır. Qeyd edək ki, Misirdən öncə ərəb baharının başladığı Tunisdə də hakimiyyətə islam meylli qüvvələr gəlib. Son seçkilərdə  “Ən-Nəhzət” olmaqla  islamyönümlü partiyalar önə çıxıblar. Qərb ölkələri Yaxın Şərqdə islamçıların hakimiyyətə gəlməsindən narahat olsalar da siyasi mühaidəçilər hesab edir ki, baş verənlər müsəlman dünyasının özünəqayıdış prosesidir. Xatırladaq ki, Liviya Keçid Şurasının rəhbəri də bəyan etmişdi ki, bu ölkədə Şəriət dövləti qurulacaq. Bu günlərdə inqilabdan yan keçmiş islam dövlətlərindən biri olan Mərakeşdə də islamçılar iş başına gəlib. Son seçkilərdə İslamçı Ədalət və İnkişaf Partiyası parlament seçkilərində ən çox millət vəkili qazanan partiya olaraq irəli çıxıb. Suriyada da yəqin ki, oxşar proseslər gedəcək və postBəşər Əsəd dönəmində iqtidara müsəlman demokratlar gələcək. Qərb baş verənlərdən nahatdır. Türkiyədə hesab edirlər ki, baş verənlər təbii prosesdir və xalq islamçıları dəstəkləyir. İran ideoloqları hesab edir ki, baş verənlər İranın təsiridir. İran ideoloqlarına görə, 1979-cu ildə İranda baş vermiş islam inqilabı ərəb baharının əsas ideya mənbəyidir. Guya ərəb cəmiyyətləri islam inqilabının İrandakı uğurların görüb təsirləniblər və öz ölkələrində də bu cür quruluş arzu edirlər. Bu iddia kökündən yanlışdır. Əvvəla, İrandakı quruluşçu yalnız adı islamdır. Hakimiyyətdə islam dünyasında bölücü kimi qəbul olunan şiə mollalarıdır. İrandakı hakim dini cərəyan müsəlman aləmini parşalamaq vasitəsidir və bunu islam dövlətləri də bilir. İkincisi, İrandakı islam İran xalqına xöşbəxtlik yox, bədbəxtlik gətirib. İslam rejimi qurulan kimi müsəlman İraqla 8 illik müharibə başlandı və minlərlə iranlı mənasız müharibənin qurbanı oldu. Nəhayət, ərəb ölkələrində baş verənlər insanların sosial bərabərsizliyə etirazıdır, harınlamış varlılara üsyanıdır. Tunisdə hakimiyyətdən salınmış Bin Əlinin, Misir diktatoru Hüsnü Mübarəkin, Liviya lideri Müəmmar Qəddafinin milyardlarla dollar pulları vardı. İranda nüfuz və səlahiyyət sahibi olan Xamneyi, Xomeyni və digər ailələrin Avropa banklarındakı variadatı Liviya küçələrində linç edilmiş Qəddafinin sərvətindən az deyil. Deməli İran mollalarının varlandırmış islam inqilabı ərəb dövlətlərinin yoxsul əhalisi üçün örnək ola bilməz. Ərəb dövlətlərində baş verənlər heç şübhəsiz ki, Türkiyədə uzun illər qarşısı alınsa da, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qələbə qazanmağı bacarmış və hazırda iqtidarda olan siyasi islamın təsiridir. Sirr deyil ki, Ərdoğan Türkiyənin laik, hüquqi dövlətə çevrilməsi üçün ciddi addımlar atıb uğurlar qazanıb. Ərdoğan islahatları nəticəsində Türkiyə demokratiyası təhdiddən qurtulub, qeyri-qanuni silahlı birləşmələr ləğv edilib. Ərəb dövlətlərində baş verən xalq inqilabları Türkiyə modelinin qələbəsidir. Böyük ehtimalla, əksər ərəb dövlətlərində AKP tipli partiyalar iş başına gələcək.

Bu yazı 675 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :