-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Tarixi xidmət və tarixi tələb


Aqil CAMAL

26 dekabr 2011-ci il - 5 yanvar 2012-ci il


    Maraqlıdır ki, ərəb ölkələrində zəncirvari baş verən inqilablardan sonra hansı ölkədə iki nəfər bir yerə toplaşırsa, bunu "inqilabın başlanğıcı" kimi qiymətləndirirlər. Bunun örnəyini Rusiyada parlament seçkilərindən sonra keçirilən etiraz aksiyalarına münasibətdə gördük. Arxasınca isə Qazaxıstanda neftçilərin maaş davasından başlanan üsyankar hərəkətlər dünya mediasında, eləcə də Azərbaycanda "Qazaxıstan da qarışdı" şəklində tövsif olundu.
    Qazaxıstan hadisələrinə keçməzdən öncə, bir müqayisəyə ehtiyac gördüm. Son aylar iqtisadi böhranla bağlı Avropanın bir sıra ölkələrində, xüsusən İngiltərədə, İtaliyada, o cümlədən ABŞ-da böyük aksiyalar oldu. Dükanlar talan edildi, avtomobillərə od vuruldu. Amma heç kim qalxıb da ABŞ-da inqilab olacaq, Obamanı devirəcəklər demədi. Amma Rusiyada və Qazaxıstanda, Avropada və Amerikada baş verənlərin yanında çox kiçik sayılacaq aksiyalar oldu, bunlar inqilabın təməli kimi tarixə yazıldı.
    İndi konkret Qazaxıstan hadisələri və bu ölkədə inqilab arzularından bəhs etmək istəyirəm. İctimai və media fəaliyyətimlə bağlı son 10 ildə bir çox qazaxla təmasda olmuşam. Ölkədəki vəziyyət, Nazarbayev hakimiyyəti haqda fikirlərini soruşmuşam. Bilmirəm, mənim bəxtimdəndi, ya nədəndi, söhbət etdiyim qazaxların hamısı prezident Nursultan Nazarbayevdən ağızdolusu danışıblar. 2007-ci ildə görüşdüyüm Qazaxıstanın görkəmli elm adamı, akademik Yermentay Sultanmurat Nazarbayevin Qazaxıstan və Türk dünyası üçün böyük dəyər olduğunu bildirmişdi. Onun həyata keçirdiyi milli layihələrdən danışmışdı.
    Nazarbayevin şah əsərlərindən biri ölkənin paytaxtının Almatı şəhərindən Astanaya köçürülməsidir. Bəllidir ki, Almatıda rusdilli əhali dominant rol oynayır. Nazarbayev paytaxtı yeni şəhərə köçürməklə Qazaxıstan üçün milli bir paytaxt yaratdı.
    N.Nazarbayev Qazaxıstanda Turan şəhərinin əsasını qoyub. Türk dünyası üçün simvolik məna daşıyan bu şəhər başdan-başa bir muzeydir. 60 metr hündürlüyündə "Bozqurd" abidəsi, böyük "Türk Birliyi" sarayı və s. bu şəhərin başlıca rəmzlərindəndir. Yaxın illərdə bu şəhər hər bir türk üçün müqəddəs bir ziyarət məkanına çevriləcək.
    Hə, bu yerdə qeyd edim ki, Qazaxıstanda son illər buraxılan dəmir pullara böyük türk xaqanlarının - Atillanın, Metenin adı verilib.
    Bütün bunlar N.Nazarbayevin təkcə Qazaxıstan üçün deyil, bütün Türk dünyası üçün etdiyi böyük xidmətlərdir. Amma zamanın şərtləri və yeni nəsillərin tələbləri bəzən tarixi xidmətlərin üstündən belə asanlıqla keçə bilir. Bu mənada, Nazarbayevin Qazaxıstan üçün bundan sonra edə biləcəyi tarixi xidmət tədrici demokratik islahatlar yoluna başlamaqdır.
    Böyük əraziyə malik olan Qazaxıstan hər an separatizmin alovlana biləcəyi coğrafi məkan kimi də tanınır. Söhbət təbii ki, Rusiyanın alovlandıra biləcəyi rus separatizmindən gedir. O böyük coğrafiyanı ədəbiyyən qazax türklərinin hökmranlığına təslim etmək üçün hörmətli Nazarbayev gələcəyi konkret şəxsə yox, milli hisslərə malik olan qazax gəncliyinə əmanət etməlidir...

Bu yazı 689 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :