-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

İranda parlament seçkiləri - kimlər və necə iştirak edəcəklər


Təmkin Cəfərov
“Trend”in İran redaksiyasının icmalçısı

29 dekabr 2011-ci il - 25 yanvar  2012-ci il

    İran parlament seçkiləri hər seçkidən öncə Daxili İşlər Nazirliyinin nəzdində yaradılan Seçkilər Təşkilatının fəaliyyətə başlaması ilə start götürür və yeni çağırış parlamentin işə başlaması ilə başa çatır. Bu proses bir il davam edir.
    Seçkilərin keçirilməsinə nəzarəti ölkənin Nəzarət Şurası həyata keçirir.
    Seçkilər başa çatdıqdan sonra daxili işlər naziri yeni çağırış parlamentin ilk iclasında seçkilərin yekun nəticələri barədə məruzə ilə çıxış edir. Həmin iclasda İranın ali liderinin ofisinin rəhbəri, Prezident, Məhkəmə Sisteminin rəhbəri, Məsləhət Şurasının sədri iştirak edirlər.

Deputatlığa namizədliyə tələblər

    Parlament üzvlüyünə namizədliyini irəli sürmək istəyən şəxs ilk növbədə İran vətəndaşı olmalıdır. İslama və İran İslam Respublikasına inanmalı və əməldə də bunu göstərməlidir. İran Konstitusiyasına və ali liderə sadiq olmalıdır. Bundan başqa, seçki dairəsi üzrə nüfuzlu olmalı (nüfuzsuz və qaranlıq keçmişi olmamalıdır), fiziki qüsuru olmamalıdır (kor, kar və lal) və magistratura diplomuna malik olmalıdır. Namizədliyini irəli sürəcək şəxsin minimum 30, maksimum 75 yaşlı ola bilər.
    Prezident seçkiləri və Ekspertlər Məclisinin üzvlərinin seçkilərindən fərqli olaraq, parlament seçkilərində İran Konstitusiyası ilə müəyyən edilən dini azlıqların nümayəndələri öz namizədliyini irəli sürə və seçkilərə qatıla bilərlər. "İslam dininə inanmalıdır" şərti bu namizədlərə şamil olunmur. İran parlamentində zərdüştilər və yəhudilər hər biri bir kürsü, məsihilər (aşurilər, ermənilər və kəldanilər) isə üç kürsü sahibidirlər.
    Dövlət orqanlarında çalışan şəxslər deputatlığa namizədliklərini irəli sürmək üçün namizədlərin qeydiyyatına başlanmazdan 6 ay öncə tutduqları vəzifədən istefa verməlidirlər.
    Prezidentin müavinləri, nazirlər, səfirlər, əyalət rəhbərləri, icra başçıları, dövlət müşavirləri, hakimlər, Məhkəmə Sistemində çalışan şöbə rəisləri, Televiziya Təşkilatında çalışan yüksəkvəzifəli şəxslər, şəhər şurasının üzvləri, Nəzarət Şurasının müşahidəçiləri və nümayəndələri parlament seçkilərində namizədliklərini irəli sürmək istəyərlərsə, seçkilərə qeydiyyat başlamamışdan altı ay öncə tutduqları vəzifədən istefa verməlidirlər.

Seçkilərdə əsas rəqiblər

    İndiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 260 partiya qeydiyyatdan keçib. Onlardan yalnız 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir.
    Əsas rəqiblər isə islahatçılar və mühafizəkarlar (üsulgəralar) düşərgələridir. 2009-cu il iyunun 12-də İranda keçirilən prezident seçkilərində üsulgəralar cinahından olan hazırkı dövlət başçısı Mahmud Əhmədinejad 62,5, onun əsas rəqibi islahatçı namizəd Mirhüseyn Musəvi isə 33,75 faiz səs toplamışdı. Lakin Musəvi seçkilərdə ciddi saxtakarlığa yol verildiyini əsas gətirərək, nəticələri tanımadığını bəyan etdi. Onun tərəfdarları da nəticələrə etiraz olaraq, Tehran küçələrində aksiyalara başladılar. Aksiyalarda polislə toqquşmalar qeydə alındı. İslahatçı namizədin xeyli tərəfdarının həbs olunduğu bildirilir.
    Parlament seçkilərinə hazırlıq işləri başlanan gündən hakim üsulgəralar düşərgəsindən bəzi şəxslər 2009-cu ildə prezident seçkilərindən sonra yaranan gərginliklərlə bağlı islahatçıların gələcək parlament seçkilərinə qatılmasına şəraitin yaradılmamasını istəyiblər. İslahatçıların əsas rəhbərlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubi bir ildən çoxdur ki, ev dustağıdır.

Namizədlərin qeydiyyatı

    2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlamentə seçkilərə namizədlərin qeydiyyatına dekabrın 24-dən start verilib. Namizədlərin qeydiyyatı bir həftə davam edəcək. İranın seçki qanunvericiliyinə uyğun olaraq, namizədlərin seçkilərdə iştirak edib-etməməsi ilə bağlı yekun qərarı Nəzarət Şurası verir.
    İran DİN seçkilərin keçirilməsindən səkkiz gün öncə namizədliyi təqsdiq edilmiş şəxslərin siyahısını açıqlayır. Adları siyahıda olan namizədlər fevralın 23-dən seçkiqabağı təbliğat kampaniyalarına başlaya bilərlər. Namizədlər fevralın 29-u səhər saat 08:00-dək təbliğat aparmaq hüququna malikdirlər. Namizədlər özləri də martın 2-də keçiriləcək seçkilərdə səs verə bilərlər.
    Bundan əlavə, namizədlər və onların nümayəndələri səsvermə gününün sonuna kimi seçki məntəqələrində, bülletenlərin hesablanmasında və protokolların hazırlanmasında iştirak edə bilərlər. İran qanunvericiliyinə əsasən, namizədlərin və nümayəndələrinin seçki məntəqələrində iştirakına mane olmaq qadağandır və belə maneə yaradan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.
    Parlament seçkilərində namizədliyini irəli sürmüş şəxs səslərin 2/3 hissəsini əldə etmiş olarsa, seçkinin qalibidir. Belə olmazsa, seçkilərin ikinci mərhələsi keçirilir. İkinci mərhələdə ən çox səs toplamış namizəd seçkinin qalibi hesab olunur.
    Seçkilərin keçirilmə şəraitindən narazı olan və qanun pozuntularının olmasından şikayətlənən namizədlər səsvermə başladığı andan seçkilərin icraçı heyətinə və nəzarət heyətinə şikayət edə bilər. Səsvermənin nəticələrinə də etirazı olarsa, seçkilərin nəticələrinin açıqlanmasından 7 gün sonra Nəzarət Şurasına şikayət edə bilər.
    İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər. Bəzən Nəzarət Şurası seçki dairələrinin nəticələrini etibarsız hesab edir.
    İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.
    Parlamentin ilk iclasında deputatlar fəaliyyətə başlamazdan öncə and içirlər. Müsəlman deputatlar "Quran"a, dini azlıqların nümayəndələri isə öz müqəddəs kitablarına and içirlər.
    İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri dörd ildən bir keçirilir. İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisin tərkibində hazırda 290 deputat var.

Bu yazı 651 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :